14 fevral sevgililər günü - Müqəddəs Valentin kim olub?

14 Fevral 2017, 11:19
AAA
Hə, bu gün 14 fevral sevgililər günüdür. Dünən və bu gün gül dükanları, hədiyyə və qır-qızıl, bər-bəzək əşyaları satan dükanlar sözün əsl mənasında bayram edirlər. Çünki əslində bu onların "bayramı”dır. İki gün ərzində 3-4 aylıq alver etmək sizə asan gəlir? Şəhər küçələrində qoltuğunda "mişka”sı, əlində hədiyyə paketi, gül buketi ora-bura qaçışan minlərlə, on minlərlə oğlan və qızları görmək adi hala çevrilib.

Sosial şəbəkələrdə isə bu bayramı qeyd edib-etməmək barədə fikir ayrılıqları var. 13 fevraldan başlayaraq iki qarşı cəbhə virtual döyüşə başlayır. Valentin gününü müdafiə edib qeyd edilməsinin tərəfdarı olanlarla əks fikirdə olanlar həm statuslarda, həm də rəylərdə müxtəlif arqument, fakt gətirirlər. Bizim fikrimiz bu bayramı qeyd edin və ya etməyin demək deyil. Biz sadəcə bu bayramın tarixçəsinə nəzər saldıq.

Bu günlə bağlı maraqlı faktları təqdim edir:


Müqəddəs Valentin haqqında əfsanə və miflər

Katolik kilsəsi Valentin adlı  üç müqəddəs şəhidini ehtiramla yad edir. Amma onların həyatı barədə dəqiq məlumat demək olar ki, yoxdur. Məlum olan odur ki, Romalı Valentin keşiş olub və eramızın III əsrində xristianların təqibi zamanı şəhid olub. Digər Valentin İteramna yepiskopu (İtaliya, müasir Terni şəhəri) olub. 270-ci ilin 14 fevral tarixində dini inancına görə edam edilib və Roma yaxınlığında dəfn edilib. Həm katoliklər, həm də provaslavlar üçün müqəddəs sayılır. Üçüncü Valentinin Karfagendə həlak olduğundan başqa heç bir məlumat yoxdur.

XI-XV əsrlərdə bir az ətraflı məlumatlar ortaya çıxmağa başladı. Əvvəlcə bu məlumatlarda romantik abu-hava yoxdur. Çox güman ki, əfsanələrdə söhbət başqa müqəddəs və ya Valentin adı ilə fəaliyyət göstərən müxtəlif şəxslərdən gedir.


Qızıl əfsanə

Əfsanəyə görə, Roma İmperatoru II Klavdiy ordusuna kifayət qədər döyüşçü cəlb edə bilmirdi. İmperator başa düşdü ki, arvadlar ərlərini müharibəyə buraxmırlar. Bu səbəbdən də cavan kişilərə evlənməyi qadağan etdi.

Müqəddəs Valentin xristianlığın təbliğatçısı və vaizi idi. O, təkcə xəstələr üçün dua etmir, eyni zamanda da, Klavdiyin qadağasına baxmayaraq sevgililəri gizli surətdə evləndirirdi. Bir dəfə həbsxana gözətçisi kömək üçün ona müraciət etdi. O, Valentindən qızı Yuliyanın kor gözlərinə əlac etməyi xahiş etdi. Keşiş qıza məlhəm yazdı və bir müddət sonra gəlməyi tapşırdı.


Amma gizli evlənmələr barədə söz-söhbət imperatora qədər çatmışdı və Valentin həbsə atıldı. Tezliklə edam olunacağını bilən Valentin kor Yuliyaya məktub yazdı və ona sevgisini etiraf etdi. Valentin məktubu qızın atasına verdi.

Valentin 14 fevral günü edam edildi. Yuliya məktubu açanda, onun içində zəfəran və "Sənin Valentinin” imzasını tapdı. Qız zəfəranı əlinə götürdü və möcüzə nəticəsində gözləri açıldı.

Xristian şəhidi olduğu və inamına görə edam edildiyi üçün İnteramnalı Valentin də Katolik Kilsəsi tərəfindən müqəddəs elan edildi. 496-cı ildə isə Roma Papası Gelasius 14 fevralı Müqəddəs Valentin günü elan etdi.


Bu versiyanı uydurma saymaq mümkündür. Çünki Valentinin yaşadığı dövrdə, yəni III əsrdə nikaha girərkən kilsədə xeyir-dua almaq adəti hələ mövcud deyildi. Bundan başqa, bütpərəst Romada xristian dini qəbul edilmirdi. İmperator Klavdiy isə belə bir adətə çətin ki, əhəmiyyət verə bilərdi.


Bütpərəstliyə aid kökləri

Digər versiyaya görə, Müqəddəs Valentin günü Kilsəyə bütpərəstlik bayramını sıxışdırıb aradan çıxarmaq üçün lazım idi. Romalıların inancına görə, şəhərin təməlini qoyan Romul və Remi dişi canavar öz südü ilə böyüdüb. Bu heyvanın şərəfinə "luperkaliya” bayramı (lupus-canavar deməkdir) qeyd edilirdi. Bu bayramda canavar üçün keçi və it qurban kəsilirdi. Qurban kəsilmiş heyvanların içalatını çıxarır və dərilərindən nazik kəmər düzəldirdilər. İki çılpaq gənc kəməri də götürərək qaçmağa başlayırdılar. Onlar küçədə qarşılarına çıxan hərkəsi kəmərlə vururdular. Qadınlar və qızlar bədənlərinin müxtəlif nayihələrini qəsdən zərbə altına qoyurdular. Çünki inanca görə, bu kəmərlə vurulan qadın asanlıqla uşaq dünyaya gətirə bilərdi və bu zərbə hamilə qalmağa kömək edirdi.

Müqəddəs kəməri "februa” adlandırırdılar. Bu sözdən isə fevral ayının adı yaranıb. Bu ayın ortalarında luperkaliya bayramı qeyd edilirdi.

Müqəddəs Valentin günü XIX əsrdə Böyük Britaniyada populyarlıq qazandı. ABŞ-da bu bayram sonradan qeyd edilməyə başladı. Bu gün gənclər tanış qızların adı yazılan kasadan adları çıxarmalı idilər. Yaranan cütlüklər il ərzində "Valentin” sayılırdılar və bir-birinə hörmətlə yanaşır, görüşürdülər.

XIX əsrin ortalarında iş adamları bu bayrama maraq göstərməyə başladılar. Artıq 14 fevral tarixində sevgililər romantik görüşə çıxır, açıqcalar, oyuncaqlar, parfüm, gül buketi və s. hədiyyələr almağa başladılar.


Müxtəlif ölkələrdə Müqəddəs Valentin Günü müxtəlif adətlərlə qeyd edilir. Məsələn, Yaponiyada şokolad hədiyyə etmək adəti var. Bu gün yapon qız utanmadan sevgisini etiraf edə bilər.

İngiltərədə 14 fevral günü qızlar fala baxdırırdılar. 

XIX əsrdə Amerikada gəlinlərə o dövr üçün çox bahalı şirniyyat sayılan marsipan hədiyyə edirdilər.

Fransızlar sevgililərinə bəzək-düzək və zinət əşyaları hədiyyə edirlər.

Valentin homoseksual olub?

Başqa bir versiyaya görə, Roma İmperatoru II Klavdiy fərman imzalayır. Fərmana əsasən, hərbi xidmətə yararlı şəxslər öz aralarında (eynicinsli nikah) evlənə bilməzdilər. Bu, ordunun hərbi ruhuna pis təsir göstərirdi. Valentin adlı keşiş imperatorun fərmanına qarşı çıxaraq döyüşçü homoseksualları evləndirirdi. Bu səbəbdən edam edildi. Ölümündən sonra isə katolik kilsəsi tərəfindən müqəddəs elan edildi. 


Amerikalı homoseksuallar bu bayramı fəal surətdə 70-ci illərdə qeyd etməyə başladılar. Amerikalı homoseksuallar məhz 14 fevral günü rəsmi olaraq eynicinsli nikahlar bağlamağa başladılar...
///ölkə.az

Oxunma sayı : 884

SON XƏBƏRLƏR
Bakıda avtoxuliqan saxlanıldı: 750 manat cərimə – FOTO - 17 Noyabr 2017, 21:59
"FETÖ"nun dinlədiyi insanlar arasında Tarkanın da adı var - 17 Noyabr 2017, 21:40
Azərbaycan-Bosniya və Herseqovina işgüzar görüşü keçirilib - 17 Noyabr 2017, 21:14
Məhkumlar üçün yeni məscid tikilib - FOTO - 17 Noyabr 2017, 21:10
Son dəqiqə! Hövsanda torpaq sürüşməsi, dağıntı altında qalanlar var - Yenilənir - 17 Noyabr 2017, 20:44
Azərbaycanda əhalinin nominal gəlir səviyyəsi- AÇIQLANDI - 17 Noyabr 2017, 20:39
"Aİ-95" və “Ai-98” benzin bahalaşdı - RƏSMİ - 17 Noyabr 2017, 20:37
“WhatsApp”da yeni funksiya sınaqdan keçirilir - 17 Noyabr 2017, 20:16
Bakı Olimpiya Stadionunda kütləvi dava - 17 Noyabr 2017, 19:51
Benzinin və dizelin qiyməti bu gecə bahalaşacaq? — RƏSMİ AÇIQLAMA - 17 Noyabr 2017, 19:35
Dünyada ilk dəfə insan başının transplantasiyası həyata keçirilib - 17 Noyabr 2017, 19:17
Bakıda yeni televiziya qülləsinin istifadəyə veriləcəyi TARİX - 17 Noyabr 2017, 18:59
NATO təlimində Ərdoğan və Atatürk təhqir edildi — QALMAQAL - 17 Noyabr 2017, 18:35
Azərbaycan Prezidenti latviyalı həmkarını təbrik etdi - 17 Noyabr 2017, 18:17
Azərbaycanda 5 bal gücündə zəlzələ oldu - 17 Noyabr 2017, 17:55
Bakıda həkim daha iki kişini impatent etdi: Təbriz Mehr klinikasının qurbanları artır - 17 Noyabr 2017, 17:48
Hazırlığa gedən 10 yaşlı qıza binanın qapıçısı təcavüz etdi: "Balaca arvadım olarsanmı?" - 17 Noyabr 2017, 17:45
2018-ci il kimlərə xoşbəxtlik gətirəcək? - Şərq təqvimi üzrə proqnoz - 17 Noyabr 2017, 17:36
Sabah Bakının bu hissəsində işıq olmayacaq - 17 Noyabr 2017, 17:31
Peterburqda həyəcan: 21 məktəb boşaldıldı - 17 Noyabr 2017, 17:31
Ərdoğan: Son terrorçu məhv edilənə qədər... - 17 Noyabr 2017, 17:22
"Barselona" Arda Turanı satır: "Onu heyətdə istəmirik" - 17 Noyabr 2017, 17:06
Gəncədə məktəbli qıza qarşı nalayiq hərəkət - 45 yaşlı kişi avtobusda... - 17 Noyabr 2017, 16:58
Müəllimi borca görə işdən qovdular – “Özbaşınalığa etiraz edirdim…” - 17 Noyabr 2017, 16:20
"Məni belə görmək sizə xoş olmaz" - Fuad Poladov - 17 Noyabr 2017, 16:15
Soyunub qazanan qadınlar pullarını göstərir - FOTO - 17 Noyabr 2017, 16:11
Türkiyədə ölən tələbənin meyiti Azərbaycana gətirildi - FOTO - 17 Noyabr 2017, 15:54
“Kontakt Home”un daha bir dələduz əməli ifşa olundu - FOTO - 17 Noyabr 2017, 15:42
NIKOIL | Bank ipoteka faizlərini 7%-dək azaltdı - 17 Noyabr 2017, 15:12
Polis sevgilisi ilə qaçan qız özünü niyə öldürüb? - FOTO - 17 Noyabr 2017, 14:43
Gey iddiasına cavab: "Hətta anan da bunun yanlış olduğunu bilir" - 17 Noyabr 2017, 14:36
Bakıda ərəblə azərbaycanlı qızın dəbdəbəli toyu: gəlini qızılı "Rolls Royce"la apardı (VİDEO) - 17 Noyabr 2017, 14:34
Evlərə niyə hələ də istilik verilmir? - VİDEO - 17 Noyabr 2017, 14:18
Sürücülər söhbətə görə cəzalandırılmayacaq - Parlament qərar verdi - 17 Noyabr 2017, 14:09
Bakıda evi uçurulan şəxs özünü doğradı: "Mənim evimi niyə sökdünüz?" (VİDEO) - 17 Noyabr 2017, 13:57
“Pulu verən sizsiniz” - Spiker deputata irad bildirdi - 17 Noyabr 2017, 13:52
Yol polisinə çətin anlar yaşadan məmur oğlu Elvin kimdir? - FOTO - 17 Noyabr 2017, 13:23
“ Rasim Balayevin xəstəliyi məsələsi diqqətdə saxlanılacaq” - Oqtay Əsədov - 17 Noyabr 2017, 13:13
“ Artur Rasi-zadə bizə cavab vermir”- Deputatdan etiraz - 17 Noyabr 2017, 12:47
Azərbaycanlı gənclər “Yetənək sizsiniz”də izləyiciləri təəccübləndirdi - VİDEO - 17 Noyabr 2017, 12:42
Abutalıbovun səlahiyyətləri niyə "iflic" edilir? - İlin sonuna kimi postu ilə vidalaşa bilər - 17 Noyabr 2017, 12:20
Azərbaycanlı tələbə Türkiyədə faciəvi şəkildə öldü - 17 Noyabr 2017, 12:14
Nazirlikdən açıqlama: 3 gün ərzində hava necə olacaq? - 17 Noyabr 2017, 11:37
Azərbaycanlı gənc Rusiya meşəsində ölü olaraq tapıldı - 17 Noyabr 2017, 11:24
Zaur Kamal 7-ci sinif şagirdinə elçi getdi - VİDEO - 17 Noyabr 2017, 11:18
Bütün xəbərlər >>


Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 32, Ofis 10
Bizim email ünvanımız: [email protected]
Əlaqə nömrəsi
012-493-13-65
077-270-01-10