13:11 Cümə, 22 Iyun 2018
İDMAN

“Almaniyaya uduzmaq da şərəfdir” - Rövnəq Abdullayev

23:59, 15.03.20175410
“Almaniyaya uduzmaq da şərəfdir” - Rövnəq Abdullayev
"Almaniyaya uduzmaq da şərəfdi”.
 
Bu sözləri apasport.az saytına açıqlamasında AFFA-nın prezidenti Rövnəq Abdullayev deyib. Qurum başçısı DÇ-2018-in seçmə mərhələsinin martın 26-da Almaniya ilə keçiriləcək ev oyunu haqda fikirlərini açıqlayıb. Abdullayev rəqibin çox güclü odluğunu, lakin yığmamızın mübarizə aparacağını bildirib: "Biz mübarizə futbolu oynamağa çalışmalıyıq. İdmançı mübarizə aparırsa, onun uduzması da şərəf olur. İdmançı meydana arxa çevirib, mübarizə göstərmirsə, ən böyük biabırçılıqdı. Almanlar maşındılar, onlarda dayanmaq yoxdu”.
 
Qeyd edək ki, martın 26-dakı Azərbaycan – Almaniya oyunu Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
XƏBƏR LENTİ