“Azərbaycan etibarlı tərəfdaş olduğunu sübut edib” - Prezident

10 Mart 2017, 17:47
AAA

 

Azərbaycan Prezidenti İlham Əliyev Donald Tusku yenidən Avropa İttifaqı Şurasının prezidenti seçilməsi münasibəti ilə təbrik edib.

Dövlət başçısının məktubunda deyilir:

"Hörmətli cənab prezident, Avropa İttifaqı Şurasının prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə sizi səmimi qəlbdən təbrik edirəm. Ötən ay Avropa İttifaqı və Azərbaycan arasında yeni ikitərəfli saziş layihəsi üzrə danışıqlara başlanılması məqsədilə sizin dəvətiniz əsasında Brüsselə səfərimi, eləcə də səfər zamanı sizinlə görüşümüzü, apardığımız fikir mübadiləsini məmnuniyyətlə xatırlayıram. Avropa İttifaqı-Azərbaycan münasibətlərinin inkişafına, eləcə də Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə verdiyiniz dəstəyinizə görə sizə bir daha təşəkkür edirəm.

Azərbaycan Avropa İttifaqı ilə əlaqələrinin hərtərəfli inkişafına xüsusi əhəmiyyət verir. Sevindirici haldır ki, siyasi, iqtisadi, mədəni və digər sahələrdə əlaqələrimiz uğurla inkişaf etməkdədir. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatında etibarlı tərəfdaş olduğunu sübut edib.

İnanıram ki, sağlam təməl, etimad və dəstək üzərində qurduğumuz tərəfdaşlıq əlaqələrinin, qarşılıqlı faydalı əməkdaşlığımızın bundan sonra da müvəffəqiyyətlə davam etdirilməsi üçün birgə səylərimizi davam etdirəcəyik.

Hörmətli cənab prezident, sizi bir daha təbrik edir, möhkəm cansağlığı, xoşbəxtlik, qarşıdakı məsul və şərəfli fəaliyyətinizdə uğurlar diləyirəm”.



Oxunma sayı : 293

Loading...
SON XƏBƏRLƏR
Atamla məni birləşdirən “Söz” - 22 İyul 2017, 00:14
Bakıda ilk dəfə olaraq ayrıca balıq bazarı yaradılacaq - 21 İyul 2017, 23:33
Atası türk aktrisanı uşaqlıqdan zorlayırmış - 21 İyul 2017, 22:27
Mingəçevirdə sürücü avtomobili manelərə çırpıb və ciddi xəsarət alıb - 21 İyul 2017, 21:29
Azərbaycanda 108 ədəd qovaq ağacını kəsən şəxs məsuliyyətə cəlb ediləcək - 21 İyul 2017, 20:36
Vüsal Quliyevin sədrliyi ilə Şuranın cari ilin ikinci rübdəki fəaliyyətinə yekun vuruldu - 21 İyul 2017, 19:47
Bakı-Şamaxı-Yevlax avtomobil yolunda torpaq uçqunu baş verib - 21 İyul 2017, 19:37
Saleh qız atası oldu - 21 İyul 2017, 18:57
Üç nəfər dənizdə batmaq təhlükəsi ilə üzləşib - 21 İyul 2017, 18:44
Jurnalistlər üçün tikilmiş binada pulsuz internet olacaq - 21 İyul 2017, 17:41
Dövlət Xidmətindən çəyirtkələrlə bağlı xəbərdarlıq - 21 İyul 2017, 17:20
La Liqanın püşkü atıldı - 21 İyul 2017, 16:59
Bakıda daha iki qız itkin düşdü - 21 İyul 2017, 16:27
Bakıda turist qəzaya düşdü: kəllə sümüyü sındı - 21 İyul 2017, 16:10
Bakıda otelin qarşısında atışma - 21 İyul 2017, 15:51
“Gənc Vətəndaş” prezident İlham Əliyevə təşəkkür etdi - 21 İyul 2017, 15:43
“Ərim məni əxlaqsız otellərə aparırdı” - 21 İyul 2017, 15:28
Samira qızı ilə efirə çıxdı- VİDEO - 21 İyul 2017, 14:47
“WhatsApp”-dan super yenilik gəlir - 21 İyul 2017, 14:45
Məktəb direktorlarının diaqnostik qiymətləndirilməsi aparılacaq - 21 İyul 2017, 14:32
Ana ölmüş körpəsinin meyitini niyə tapa bilmir? - 15-ci tabutun sirri - 21 İyul 2017, 14:24
İlham Əliyev Putinlə görüşəcək - 21 İyul 2017, 14:12
Məhkəmədə general Elçin Quliyevlə zərərçəkmiş arasında mübahisə düşdü - 21 İyul 2017, 14:11
Novxanı çimərliyində iyrənc olay: qadını döydülər - 21 İyul 2017, 13:55
Xətainin heykəlinin yeri dəyişdiriləcək - 21 İyul 2017, 13:39
Sabah 42 dərəcə isti olacaq - 21 İyul 2017, 13:28
Bankın milyonlarını "yeyən" iş adamı həbs edildi - 21 İyul 2017, 13:05
46 yaşlı xalq artistinin açıq-saçıq geyimi -FOTO - 21 İyul 2017, 12:53
Bakıda 17 və 15 yaşlı iki bacı yoxa çıxdı - 21 İyul 2017, 12:36
Abutalıbovun müavininin ölümünün təfərrüatı - Həkim qızı yanında olub... - 21 İyul 2017, 12:22
"Jurnalistika"ya qəbul olmaq istəyən abituriyentlərin nəzərinə - 21 İyul 2017, 12:14
Bakıda güclü yanğın - Böyük tıxac yarandı - 21 İyul 2017, 12:01
Bodrumdakı zəlzələdə xəsarət alanlar arasında azərbaycanlı var? - AÇIQLAMA - 21 İyul 2017, 11:39
"Ulduz" restoranı yanıb, kül oldu - 21 İyul 2017, 11:33
"Yeni mənzillərin açarları dekabrda veriləcək" - Vüqar Səfərli - 21 İyul 2017, 11:20
Azərbaycanda iki nəfər özünü öldürdü - 21 İyul 2017, 11:09
Azərbaycanda 24 yaşlı gənc əməliyyat masasında öldü - 21 İyul 2017, 10:53
Yol polisindən toy karvanları ilə bağlı XƏBƏRDARLIQ - 21 İyul 2017, 10:47
Bakıda idmançı "Galendewagen"lə ağır qəza törətdi: ölən var - 21 İyul 2017, 10:35
Cəbhədə vəziyyət gərgin olaraq qalır - Düşmənin növbəti təxribatı... - 21 İyul 2017, 10:11
Gəncədə ağır qəza - Ana öldü, 4 aylıq körpəsi yaralandı - 21 İyul 2017, 09:50
Ev verilən jurnalistlərin - TAM SİYAHISI - 20 İyul 2017, 20:02
“Porsche” ilə qəza törədən rəisin oğlu: Atamın pulu ilə ayaqqabı belə almamışam - 20 İyul 2017, 19:11
Prezident yanında Gənclər Fondu qrant müsabiqəsinin qaliblərini açıqladı - SİYAHI - 20 İyul 2017, 18:52
Oğlu "Porsche" ilə piyadanı tapdalayan rəis barədə araşdırma başladı - Maşını hansı pulla alıb? - 20 İyul 2017, 18:47
Bütün xəbərlər >>


Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 32, Ofis 10
Bizim email ünvanımız: [email protected]
Əlaqə nömrəsi
012-493-13-65
077-270-01-10