Azərbaycanda bu da oldu: Təşkilat QHT Şurasının ayırdığı qrantdan imtina etdi

09 Mart 2017, 18:24
AAA
Yayımların Monitorinq Mərkəzi İctimai Bilriyinin rəhbəri Nəsimi Məmmədli dövlət büdcəsindən təşkilatına ayrılan qrantdan imtina edib.
 
AZXEBER.COM xəbər verir ki, bu barədə Nəsimi Məmmədli özü məlumat verib.
 
Təşkilat sədri deyib: "Azərbaycanın MHŞT -dən çıxarılmaması məqsədilə Koalisiya üzvlərinin MHŞT İdarə Heyətinə göndərdiyi məlum müraciətlə bağlı bir daha fikirlərimi bölüşməyi zəruri hesab edirəm. Bu qeydlərlə iki vacib bildiyim məqama toxunacağam. Öncə hər kəsə bir daha bəyan edirəm ki, mən xeyli müddətdir siyasi fəaliyyətlə məşğul deyiləm və hakimiyyətə gəlmək üçün də mübarizə aparmıram. Siyasətlə məşğul olan insanları isə alqışlayır, bunu doğru fəaliyyət hesab edir və onlara bu yolda uğurlar arzulayıram. Mən yalnız bir fərd olaraq ölkəmizin demokratikləşməsini, dövlətimizin təhlükəsizliyini, insanlarımızın hüquq təminatı altında yaşamasını arzulayan və bunun üçün çalışan sadə bir vətəndaşam. Cəmiyyətə faydalı və ya zərərli yanaşmaları ayrıd etdiyim üçün müxtəlif proseslərə dəstək verməyim də şəxsi maraqlarla bağlı deyil. Cəmiyyətdə nəzərəçarpan təşəbbüslərə və proseslərə dəstək verməyə çalışıram. Bəzən atdığım addımlar doğru və ya yanlış qəbul edilir, müxtəlif qütblərdən tənqid, bəzən isə sərt təhdidlər alıram. Cəmiyyətin emosional durumu ilə bağlı aydın təsəvvürlərim və bilgilərim olduğu üçün belə halları qabartmamağa üstünlük verirəm. Amma, doğru bildiyim məsələlərdə mövqe ifadə etməkdə tam müstəqiləm və heç kimin qarşısında xüsusi öhdəliyim və ya asılılığım yoxdur. Müxalifət sıralarında olmasam da bəzən tənqidlərimə görə müxalifətçi kimi görünməyimi də söyləyənlər olur.
 
Bir vətəndaş olaraq cəmiyyətdə rəğbət bəslədiyim qurumların və fərdlərin olduğunu da gizlətmirəm. Ölkəmizlə bağlı hər hansı beynəlxalq təhlükələr hiss etdikdə, istisnasız olaraq dövlətimizin maraqlarını qorumağa hazıram. Təəssüf ki, hökumət dövlət maraqları ilə hakimiyyət maraqlarının sərhədlərini o qədər bir-birinə qarışdırıb ki, bəzən biz istəmədən hökumətin mövqeyini dəstəkləyənlər kimi də görünürük. Xüsusilə də bu, son MHŞT ilə bağlı müraciətə olan münasibətlərdən bunu çox aydın müşahidə edirəm. Bu məsələdə bir daha qeyd edirəm ki, nə hökumətin mənim dəstəyimə ehtiyacı var, nə də mənim hökuməti dəstəkləmək kimi niyyətim. Sadəcə olaraq belə bir narahatedici fikir qabardılırdı ki, bu toplantıda Ermənistan üzvlüyə qəbul olunacaq, Azərbaycanın isə üzvlükdən çıxarılması məsələsi gündəmdədir.
 
Doğrusu, rayonda olduğum üçün məsələnin təfərrüatlarına tam varmadan bildirdim ki, belə olan halda mən də müraciəti dəstəkləyirəm. Müraciətdə qətiyyən razı olmadığım məqamlar olsa da (bunu öncəki statusumda geniş qeyd etmişəm), onu dəstəkləməkdən imtina etmədim. İndi isə məlum olur ki, heç ölkəmizin bu platformadan çıxarılması ilə bağlı məsələ müzakirə olunmayacaqmış və narahatlığım üçün də ciddi əsaslar yox imiş. Bu məsələ ilə bağlı da daha əlavə fikir demək istəmirəm. Münasibət bildirmək istədiyim ikinci məsələ isə QHT-lərə Dövlət Dəstəyi Şurasından ayrılan maliyyə ilə bağlıdır. Belə ki, rəhbərlik etdiyim təşkilat 2007-ci ildən rəsmi dövlət qeydiyyatına alınıb və fəaliyyət göstərir. Həmin ildən etibarən Şura yaranıb və milyonlarla manat vəsait qrant şəklində QHT-lərə ayrılıb. Həmişə bu qənaətdə olmuşam ki, bu pullar, dövlət büdcəsinin vəsaiti kimi səmərəli layihələrə xərclənərsə, bundan cəmiyyət uda bilər. Həmçinin QHT-lərin Şuraya donor kimi müraciət etməsini də normal qarşılamışam və hər il keçirilən müsabiqələrə müraciət etmişəm. Elə il olub ki, 2-3 dəfə müsabiqə olub və mən hamısına layihə göndərmişəm. Amma, mənə yalnız 10 ildə cəmi 14 min manat qrant verilib.
 
Onlardan biri "Məcburi köçkünlərə mülkiyyət hüquqlarının qorunması məqsədi ilə Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edənlərə hüquqi yardım göstərmək”, digəri isə "Cəmiyyətin və regionların aktual sosial-hüquqi problemləri –Regional TV debatda” mövzuları üzrə olub. Hər iki layihəni yüksək səviyyədə və peşəkarlıqla icra etmişik. Son illər hətta apellyasiyadan keçən layihələrimizin də maliyyələşməməsi halları olub. Bütün bunları geniş şəkildə sadalamaqda məqsədim odur ki, məsələ ilə bağlı heç bir qaranlıq nüans qalmasın.
 
Nəhayət, bu il 6 mart tarixdə açıqlanan qaliblər siyahısında mənim də təşkilatımın adı çıxdı. Maraqlı və aktual mövzu ilə bağlı layihəmizin maliyyələşməsinə vəsait ayrılıb. "Təqsirsizlik Prezumpsiyasına əməl olunmasının mövcud durumu və maarifləndirmə tədbirlərinin təşkili ilə bağlı KİV-in Monitorinqi” layihəsidir. Məlum müraciətin imzalanması ilə Şuranın qalibləri eyni zamanda açıqlaması, habelə sosial şəbəkələrdə olan çoxsaylı müzakirələri nəzərə alaraq, bu barədə konkret mövqe ifadə etmək istəyirəm. Son illər Şura ətrafında formalaşan mənfi fikirlər cəmiyyətdə belə bir rəy yaradıb ki, hökumət bu qurum vasitəsilə QHT-ləri satın alır, onları hökuməti dəstəkləməyə vadar edir. Təəssüf ki, belə bir ictimai rəyin yaratdığı şəraitdə şəxsimin və təşkilatımın üzərinə hər hansı kölgə düşməsinə imkan verə bilmərəm. Odur ki, dövlət büdcəsindən təşkilatıma ayrılan vəsaitdən tam şəkildə imtina edir, layihəni öz şəxsi imkanlarımla icra edəcəyimi bəyan edirəm. Mənim azad iradəmə təsir edə biləcək heç bir halı qəbul etmirəm və bundan sonra da etməyəcəyəm".
 
AZXEBER.COM


Oxunma sayı : 1986

Loading...
SON XƏBƏRLƏR
Əziz həmkarlar, məhəlləmizə daş atmayın! - Aqil Ələsgər yazır - 23 İyul 2017, 00:26
Əli Həsənovdan jurnalistlər üçün mənzil bölgüsü barədə iddialara — CAVAB - 22 İyul 2017, 20:58
Kooperasiya Universiteti yandı, qəbul imtahanı ləğv edildi - Abituriyentlər arasında zəhərlənənlər var - 22 İyul 2017, 14:07
Ağsuda faciə - 2 qardaş suda boğuldu - 22 İyul 2017, 13:58
Arvadını kirvəsi ilə tutdu, sonra... - Ağcabədidəki dəhşətin şok təfərrüatı - 22 İyul 2017, 13:09
Novxanı çimərliyində qadını döydülər - 22 İyul 2017, 13:06
Bakıda 30 yaşlı qadın iki uşağı ilə yoxa çıxdı - 22 İyul 2017, 13:04
Qanunsuz ağac kəsilməsi ilə bağlı cinayət işi başlandı - 22 İyul 2017, 12:59
Temperatur enəcək - 22 İyul 2017, 12:56
"Banklar jurnalistlərə kredit verməlidir" - Əflatun Amaşov - 22 İyul 2017, 12:37
Bakıda universitet binası yanır - 22 İyul 2017, 12:30
Cəbhədə gərgin gecə: atəşkəs 132 dəfə pozulub - 22 İyul 2017, 11:58
Bakı-Quba yolunda yük və minik avtomobilləri toqquşub - 22 İyul 2017, 11:12
Azərbaycanda növbəti qəbul imtahanı keçirilir - 22 İyul 2017, 11:09
Bilgəh çimərliyində faciə: 20 yaşlı oğlan öldü - 22 İyul 2017, 10:53
Polis avtomobilin nömrəsinə “seks” yazan sürücünü cəzalandırdı – FOTO - 22 İyul 2017, 10:40
Bakıda ana qızını bıçaqladı - 22 İyul 2017, 10:34
Atamla məni birləşdirən “Söz” - 22 İyul 2017, 00:14
Bakıda ilk dəfə olaraq ayrıca balıq bazarı yaradılacaq - 21 İyul 2017, 23:33
Atası türk aktrisanı uşaqlıqdan zorlayırmış - 21 İyul 2017, 22:27
Mingəçevirdə sürücü avtomobili manelərə çırpıb və ciddi xəsarət alıb - 21 İyul 2017, 21:29
Azərbaycanda 108 ədəd qovaq ağacını kəsən şəxs məsuliyyətə cəlb ediləcək - 21 İyul 2017, 20:36
Vüsal Quliyevin sədrliyi ilə Şuranın cari ilin ikinci rübdəki fəaliyyətinə yekun vuruldu - 21 İyul 2017, 19:47
Bakı-Şamaxı-Yevlax avtomobil yolunda torpaq uçqunu baş verib - 21 İyul 2017, 19:37
Saleh qız atası oldu - 21 İyul 2017, 18:57
Üç nəfər dənizdə batmaq təhlükəsi ilə üzləşib - 21 İyul 2017, 18:44
Jurnalistlər üçün tikilmiş binada pulsuz internet olacaq - 21 İyul 2017, 17:41
Dövlət Xidmətindən çəyirtkələrlə bağlı xəbərdarlıq - 21 İyul 2017, 17:20
La Liqanın püşkü atıldı - 21 İyul 2017, 16:59
Bakıda daha iki qız itkin düşdü - 21 İyul 2017, 16:27
Bakıda turist qəzaya düşdü: kəllə sümüyü sındı - 21 İyul 2017, 16:10
Bakıda otelin qarşısında atışma - 21 İyul 2017, 15:51
“Gənc Vətəndaş” prezident İlham Əliyevə təşəkkür etdi - 21 İyul 2017, 15:43
“Ərim məni əxlaqsız otellərə aparırdı” - 21 İyul 2017, 15:28
Samira qızı ilə efirə çıxdı- VİDEO - 21 İyul 2017, 14:47
“WhatsApp”-dan super yenilik gəlir - 21 İyul 2017, 14:45
Məktəb direktorlarının diaqnostik qiymətləndirilməsi aparılacaq - 21 İyul 2017, 14:32
Ana ölmüş körpəsinin meyitini niyə tapa bilmir? - 15-ci tabutun sirri - 21 İyul 2017, 14:24
İlham Əliyev Putinlə görüşəcək - 21 İyul 2017, 14:12
Məhkəmədə general Elçin Quliyevlə zərərçəkmiş arasında mübahisə düşdü - 21 İyul 2017, 14:11
Novxanı çimərliyində iyrənc olay: qadını döydülər - 21 İyul 2017, 13:55
Xətainin heykəlinin yeri dəyişdiriləcək - 21 İyul 2017, 13:39
Sabah 42 dərəcə isti olacaq - 21 İyul 2017, 13:28
Bankın milyonlarını "yeyən" iş adamı həbs edildi - 21 İyul 2017, 13:05
46 yaşlı xalq artistinin açıq-saçıq geyimi -FOTO - 21 İyul 2017, 12:53
Bütün xəbərlər >>


Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 32, Ofis 10
Bizim email ünvanımız: [email protected]
Əlaqə nömrəsi
012-493-13-65
077-270-01-10