21:50 Cümə, 15 Dekabr 2017
SOSİAL

Azərbaycanda bu universitetlərin tələbələrinə 3 aydır ki, təqaüd verilmir - SİYAHI

13:05, 13.03.20173158
Azərbaycanda bu universitetlərin tələbələrinə 3 aydır ki, təqaüd verilmir - SİYAHI
Azərbaycanda 3 aydır ki, universitet tələbələrinə təqaüd verilmir.
 
Bu haqda AZXEBER.COM-a Azərbaycan Dillər Universitetinin tələbələri məlumat verib.
 
Onların dediyinə görə, 2017-ci il başlayandan təqaüd üzünə həsrətdirlər: "Artıq 3 aydır ki, təqaüdlərimiz verilmir. Son dəfə dekabr ayında təqaüd almışıq. Səbəbini soruşanda deyirlər ki, gözləyin. Pul yoxdur deyə karta köçürülmə olmur. Elə tələbələr var ki, bütün ümidlərini o təqaüdə bağlayıblar. Ancaq bizə bir şeyi də dedilər ki, bu təkcə bizim universitetdə belə deyil, bir çox universitetdə təqaüdlər verilmir"
 
Məsələylə bağlı "Azərbaycan Universitetləri" səhifəsi araşdırma aparıb və məlum olub ki, aşağıdakı adları sadalanan universitetlərdə də təqaüd verilmir: 
* Azərbaycan Turizm və Menecment Universiteti
* Xəzər Universiteti
* Azərbaycan Dövlət Dəniz Akademiyası
* Azərbaycan Dillər Universiteti
* Dövlət İdarəçilik Akademiyası
* Bakı Slavyan Universiteti
* Rəssamlıq Akademiyası
* Mədəniyyət və İncəsənət Universiteti
* Bakı Musiqi Akademiyası
* Sumqayıt Dövlət Universiteti
* Bakı Mühəndislik Universiteti
* Lənkəran Dövlət Universiteti
0
XƏBƏR LENTİ