21:59 Cümə, 15 Dekabr 2017
SOSİAL

Azərbaycanda əməliyyat: “Baron” həbs olundu - VİDEO

11:40, 18.03.20178065
Azərbaycanda əməliyyat: “Baron” həbs olundu - VİDEO
Hacıqabulda "Baron” ləqəbi ilə tanınan narkotik alverçisi saxlanılıb.

Rayon Polis Şöbəsi tərəfindən rayon sakini, 57 yaşlı İbrahim Abasov narkotik maddələrin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün tutulub. 

Rayon Polis Şöbəsinin keçirdiyi əməliyyat-axtarış tədbirləri çərçivəsində onun üzərinə baxış keçirilən zaman 2 ədəd kibrit qutusuna qablaşdırılan 3 və 4 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Keçirilən tədbirin davamı olaraq onun yaşadığı evin zirzəmisinə baxış zamanı oradan bir kiloqramdan çox narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Hacıqabul Polis Şöbəsində araşdırma aparılır.
 
///Xəzər Xəbər
Copy SHARE LINK TO THIS PLAYER:
0
XƏBƏR LENTİ