Azərbaycanda “Facebook”a görə boşanan cütlüklərin - ŞOK statistikası

19 Mart 2017, 12:47
AAA

"Əsassız səbəblərdən boşanmaya gedirlər. Bir-biri ilə yarışmaya çıxan insanlar var ki, bir nəfər müraciət edib, deyir ki, mənim dostum artıq iki dəfə boşanıb, mən bir dəfə boşanmışam, artıq ikinci dəfə boşanmaya müraciət etmək istəyir. Deyir, mən ondan geriyə qalıram. Gülünc bir şeydir, ancaq cəmiyyət üçün həyəcan təbili çalınacaq bir hadisədir".

Bu fikirləri APA TV-yə açıqlamasında vəkil Xəyal Bəşirov deyib. Onun sözlərinə görə, son zamanlar əsassız boşanmaların sayı artıb. 2016-cı ildə 13 min ailənin nikahına xitam verilib. Onlardan 20-30 faizinin boşanmasına sosial şəbəkələr səbəb olub:  

"Əvvəllər boşanmaların sayı ciddi səbəblərdən olurdu amma son dövrlərdə bəzi gülünc səbəblərdən də ailələrin boşanması hallarına rast gəlirik. Son dövrlər diqqətinizə çatdırım ki, bir çox hallarda bir-birini xəyanətdə ittiham edirlər. Bu xəyanətin də əsaslı sübutu və dəlili yoxdur. Kişi və yaxud qadın olmasından asılı olmasına baxmayaraq, digər tərəfi internetdə, sosial şəbəkələrdə, sosial mediada hər hansı bir şəxslərlə yazışmasını və yaxud virtual olaraq münasibətdə olduğunu əsas gətirib və bu da ona xəyanət etməsi fikrinə gəlir ki, sonda boşanmaya səbəb olur".

Xəyal Bəşirov deyir ki, hətta bir layk və şərhə görə də boşananlar var. Kişilər həyat yoldaşlarının sosial şəbəkələrdəki fəallığının kənardan yanlış anlaşılacağından çəkinirlər: "Əks cinsin nümayəndəsi bir məlumat paylaşır və yaxud bir hadisə ilə bağlı bir fikir bildirir, digər şəxslər qadın ona şərh yazarsa bu, artıq qloballaşdırılıb boşanmanın əsası kimi gətirilir və boşanmaq üçün kişi tərəfindən məhkəməyə müraciət etmək üçün əsas olur. Bəzən heç o insan heç o adamı tanımır, sadəcə, fikirdir, baxır, maraqlı olur, şərh yazır".

Vəkil deyir ki, qanunvericilikdə nikah könüllülük prinsipləri əsasında qurulduğu üçün boşanmalar da eyni əsasla həyata keçirilir.

Şəhər sakinlərinin məsələyə fikri müxtəlifdir:

- Birincisi baxır nəyi like eləyir,  şərh yazır.  Elə şey olsun ki, qısqanılacaq şey olmasın. Mənim xoşuma gəlməyəcək şey olmasın. Məsələn, instagramı götürək də, oğlanların follow da olması, kimə lazım olar ki, həyat yoldaşının şəkillərinə tanımadığı adam baxsın.

- Oğlan yol verməməlidir belə problemlər yaransın. Qadın status yazmasın, girməsin heç.

- Mənə qadağa qoyub, mən də istifadə etmirəm. Ancaq WhatsApp istifadə edirəm. Ailəli adam istifadə etməməlidir.

- Boşanmaların əksəriyyəti sosial şəbəkələrə görədir. Bizim kişilər çox qısqancdır da, kişiyə hər şey olar, qadına yox. Tanış biri var idi, ona ağlına gələni yazırdılar, yoldaşı da sosial şəbəkələri bağladı.

Psixoloq Təhminə Çələbi deyir ki, sosial şəbəkələrin bilavasitə ailəyə təsiri var. O, psixoloji olaraq sosial şəbəkələrə hazır olmağın vacibliyini vurğulayır: "Müəyyən düşüncələr, dəyərlər Avropa ilə bizdə üst-üstə düşmür. Onlar o layk və yaxud şərhə normal baxırlarsa, bizim özümüzün dəyərləri mental inanclarımız var ki, üst-üstə düşmür. Bunu qəbul edə bilməyəcəyimiz təqdirdə, bu şəbəkələrdən istifadə edirik və nəticəsi təbii ki, xoşagəlməz olur. Kiçik bir şeydən insan öz eqosuna, şəxsiyyətinə, hətta namusuna belə toxunulduğunu düşünür. Bu müasirlik deyil, irəli getmək, dünyagörüşü deyil, sadəcə, xarakter və mental dəyərlərlə əlaqəlidir".

Psixoloq deyir ki, cütlüklərin bir-birinə, yaxud övladlarına ayırdığı vaxt sosial şəbəkələrə ayrılan vaxtdan daha az olur. Bu da münasibətlərdə uçuruma gətirib çıxarır. 



Oxunma sayı : 603

Loading...
SON XƏBƏRLƏR
Azərbaycanlı şairin həyat yoldaşını quduz it dişlədi - Həkimlər iynə vurmadığı üçün öldü - 19 Avqust 2017, 18:14
“Sahil”in bağlanacağı vaxt açıqlandı: 10 ay işləməyəcək - 19 Avqust 2017, 17:58
Ölüm xəbəri çıxan Faytonçu Nazim danışdı – "Sağ-salamatam" (VİDEO) - 19 Avqust 2017, 14:08
İstirahət günü hava necə olacaq? - 19 Avqust 2017, 12:58
Dünyanın ən "axmaq" 10 estetik əməliyyatı - VİDEO - 19 Avqust 2017, 11:23
DİN: Avtobus sürücüsünə silah çəkən şəxsin kimliyi tam müəyyənləşib - 19 Avqust 2017, 11:01
Bərdədə 7 yaşlı uşağın ölüm səbəbi bəlli oldu - 19 Avqust 2017, 10:56
Mingəçevirdə naməlum kişi meyiti tapılıb - 19 Avqust 2017, 10:41
Cəbhədən YENİ XƏBƏR - 19 Avqust 2017, 10:38
Məşhur avtoritet Lənkəranskinin qəbri üstündə - 19 Avqust 2017, 10:31
Ağstafada camış qadına ağır xəsarət yetirdi - 19 Avqust 2017, 10:25
""Faytonçu" Nazim ölməyib, sağ-salamatdır" - Açıqlama - 19 Avqust 2017, 10:24
Bakıda qızıgilə gedən qadın yolda döyüldü - 19 Avqust 2017, 10:14
Keçmiş telekanal rəhbərinin çayda batan oğlunun meyiti tapıldı - 19 Avqust 2017, 10:08
Zığ şosesində qəza: yaralanan var - 19 Avqust 2017, 10:00
Faytonçu Nazimin ölüm xəbəri yayıldı - 19 Avqust 2017, 09:20
Namiq bu dəfə ARB-də layihə edəcək - fotolar - 18 Avqust 2017, 23:48
Bərdədə 7 yaşlı uşaq dünyasını dəyişib - 18 Avqust 2017, 22:07
3 yaşlı qızı oğurladılar - 18 Avqust 2017, 21:50
Rusiyanın ilk prezidentinin avtomobili satışa çıxarılıb - 18 Avqust 2017, 21:05
Azərbaycanda keçmiş telekanal rəhbərinin oğlu çayda batıb - 18 Avqust 2017, 20:15
Prezidentdən 4 qəsəbəylə bağlı sərəncam - 5,78 milyon ayrıldı - 18 Avqust 2017, 19:11
Zaqatalada ev yanıb - 18 Avqust 2017, 19:06
"Dənizdə hicabla çimmək düzgün deyil" - Hacı Şahin - 18 Avqust 2017, 17:55
Ağdaşda güclü yanğın: xəsarət alanlar var - 18 Avqust 2017, 17:48
Prezident Xəzər rayonuna pul ayırdı - 18 Avqust 2017, 17:34
22 yaşlı azərbaycanlı beynəlxalq axtarışa verildi - 18 Avqust 2017, 17:22
Dolların qarşıdakı üç günə olan məzənnəsi açıqlandı - 18 Avqust 2017, 17:16
Çağırışa gedən təcili tibbi yardım həkimi döyüldü - 18 Avqust 2017, 17:05
Yüksək vəzifəli məmur vəfat etdi - 18 Avqust 2017, 16:34
Tələbə qızdan əl çəkməyən 8 uşaq atası: "Bir gün məndən yazacaqlar" - 18 Avqust 2017, 16:16
Gənclər təşkilatı Aran regionunda intellektual birinciliyə start verdi - 18 Avqust 2017, 15:44
"Yayılan sənədlər saxtadır" - Müdafiə Nazirliyindən Ermənistana cavab - 18 Avqust 2017, 15:20
Prodüser Təranə: "Renka sevgilisinə xəyanət edirdi" - 18 Avqust 2017, 15:16
Keçmiş MTN generalı: “Heç kimdən pul almamışam” - 18 Avqust 2017, 14:47
"Arvadımı başqası ilə gəzdiyi üçün öldürdüm" - Göygöldə arvadını və qaynanasını öldürən - 18 Avqust 2017, 14:33
Ərəb qadının "Park Bulvarda" başına gələnlərlə bağlı AÇIQLAMA - 18 Avqust 2017, 14:29
Sürücülərin nəzərinə: “Led” işıqları təhlükəlidir - 18 Avqust 2017, 13:43
Ərdoğan Azərbaycana gələcək - 18 Avqust 2017, 13:21
"Mahir Mədətov yaxşıdı, Əfran isə..." - Bakı sakinləri Azərbaycan futbolundan danışdılar (VİDEOSORĞU) - 18 Avqust 2017, 13:05
Qubada iki övlad atası baltalandı - 18 Avqust 2017, 12:57
Əflatun Amaşov “Turan”dakı yoxlamalardan danışdı - 18 Avqust 2017, 12:54
Baş nazirin müavini Əli Həsənovun həbsdəki nəvəsinin işində şok gəlişmə - özü payızda könüllü istefa verəcək - 18 Avqust 2017, 12:34
Arvadını və qaynanasını öldürən şəxs təslim oldu - Göygöldə dəhşət - 18 Avqust 2017, 12:30
Renkadan Təranəyə cavab: "O qadın o bədəni ilə dənizə girəndə adam utanır” - 18 Avqust 2017, 12:17
Bütün xəbərlər >>


Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 32, Ofis 10
Bizim email ünvanımız: [email protected]
Əlaqə nömrəsi
012-493-13-65
077-270-01-10