21:36 Cümə, 15 Dekabr 2017
Maqazin

Azərbaycanın ilk qorxu filmi gəlir - VİDEO

12:36, 13.03.20171294
Azərbaycanın ilk qorxu filmi gəlir - VİDEO
Azərbaycanın ilk qorxu filmi hesab olunan "Xənnas"ın ilk rəsmi tizeri yayımlanıb.
 
Bu haqda AZXEBER.COM-a filmin rejissoru Elvin Abdullayev məlumat verib.
 
O film haqda deyib: ""Xənnas” filminin ideyası haqqında çoxdan düşünürdüm. Azərbaycanın kino sənayesində qorxu janrı yoxdur. Hətta heç sovet dövründə də çəkilməyib. Əslində bu layihə ilə heç də bir ilkə imza atmaq kimi fikrimiz yox idi. Yeni bir janr üzərində işləmək istəyirdik. Bildiyiniz kimi, komediya janrında kifayət qədər filmlər və seriallar çəkildi. Onlardan biri "Xoxan”dır ki, mən orada ikinci rejissor kimi fəaliyyət göstərmişəm. Fərqli bir şey etmək istəyirdik. Çox düşündük və belə qərara gəldik ki, madam, bizdə qorxu janrında film çəkilməyib, bu janrda film çəkək.
Bu işlə məşğul olan dostlarımızın motivasiyasının da rolu böyük oldu. Belə ki, bunun böyük risk olduğunu, əslində bizim belə bir filmi çəkməyimizin imkansız olduğunu bildirirdilər. Digər janrlarda filmlər çəkildi, onlar o qədər də uğurlu alınmadı deyə, dostlarımızın 90 faizi deyirdi ki, bu işə girmək böyük risk tələb edir. Biz deyilənlərin heç birinə fikir vermədik, öz işimizi gördük"

Qeyd edək ki, film yaz aylarında tamaşaçılara təqdim olunacaq.
 

0
XƏBƏR LENTİ