11:18 Bazar Ertəsi, 24 Sentyabr 2018
MARAQLI

Azərbaycanlı milyarderlərin xanımları - FOTOLAR

17:51, 22.03.201739119
Azərbaycanlı milyarderlərin xanımları - FOTOLAR

Azərbaycandan kənarda  öz bizneslərini qurub, milyardlar qazanan azərbaycanlı milyarderlər  dəfələrlə "Forbes” jurnalının siyahısına daxil edilib. Mübariz Mənsimov, Araz Ağalarov, Vahid Ələkbərov, Telman İsmayılov bu sıradan olan milyarderlərdir. Həm biznesləri, həm də şəxsi həyatları daim ictimaiyyətin diqqətini çəkən bu şəxslərin bəs xanımları nə ilə məşğuldur?   

Qeyd etməliyik ki, dünyanın digər milyarder şəxslərinin həyat yoldaşlarından fərqli olaraq azərbaycanlı milyarderlərin xanımları fəaliyyətləri ilə o qədər də diqqəti cəlb etmir.

Türkiyədə yaşayan azərbaycanlı iş adamı və "Palmali” Şirkətlər Qrupunun sahibi Mübariz Mənsimovun xanımı Tamara Mənsimova Türkiyənin ən cazibədar və zövqlü xanımlarından biri hesab edilir. Belə ki, o, Türkiyə mətbuatının gündəmində daim getdiyi ziyafətlərdə geydiyi paltarlar və cəlbediciliyi, şarmı ilə diqqəti çəkir. Eyni zamanda məşhur iş adamının həyat yoldaşı Türkiyədə bir sıra fondlara etdiyi köməklə də diqqət mərkəzində olur.

"Lukoyl” şirkətinin prezidenti Vahid Ələkbərovun xanımı Larisa Viktorovna Ələkbərovların ailəvi xeyriyyə fondunun direktorudur.

Digər iş adamı, Rusiyada yaşayan "Krokus” Şirkətlər Qrupunun sahibi Araz Ağalarovun həyat yoldaşı İrina Ağalarova milliyyətcə yəhudidir. Həyat yoldaşının hər zaman dəstəyini aldığını qeyd edən İrina Ağalarovanın "Krokus siti molle”də hədiyyə və paltarlar mağazası var.

Rusiyada yaşayan iş adamı və AST Şirkətlər qrupunun prezidenti Telman İsmayılovun xanımı Samira İsmayılova digər milyarder xanımlarından fərqli olaraq arxa planda qalmağa üstünlük verir. Samira İsmayılova hər hansı fəaliyyətinin olmaması ilə diqqət çəkib. Onun adı çəkildiyi iki  məlumat var. Birinci onun həyat yoldaşı tərəfindən içərisində böyük brilliant fili olan mücrü alması, digər isə Telman İsmayılovun həyat yoldaşı ilə məşuqəsinin eyni oteldə qalması xəbərləridir (modern.az)


XƏBƏR LENTİ