Bakıda məktəblinin müəmma dolu ölümü - Hadisə yerindən şok görüntü

18 Mart 2017, 10:37
AAA

 

Dünən səhər saatlarında Qaradağ rayonu Qızıldaş qəsəbəsində yaşadığı evin yaxınlığında meyiti tapılan 13 yaşlı Toğrul Sultanovun ölümü ilə bağlı çoxsaylı suallar qalmaqdadır.

Hadisənin baş verdiyi yerdə olub və meyitin tapıldığı əraziyə gedib. Ailə üzvləri və qohumları 13 yaşlı Toğrulun kanalizasiya suyunun axdığı bataqlıqda necə ölə biləcəyini hələ də dərk edə bilmirlər. Yeniyetmənin atası Zaur Sultanov bildirib ki, uşağın sudurğa keçirməsi ehtimalı da mümkün deyil: "Əvvəlcə dedilər, guya sudurğası tutub. Uşaq martın 15-i günortadan itib, martın 16-sı səhər meyiti tapılıb. Bu necə ola bilər? Uşağın bədənində xəsarət yox idi. Amma ona iynə vurub, narkotik verib də öldürə bilərlər. Sonra da meyitini gətirib həmin əraziyə ata bilərlər. Həm də sağlam uşaq idi. Gördüyünüz bu hasarları hörməkdə mənə kömək edib. Necə ola bilər ki, daş hörə bilən uşaq xəstə olsun?".

Müəmmalı şəkildə vəfat etmiş Toğrulun atası oğlunun öləndən sonra meyitinin həmin əraziyə gətirildiyinə inanır: "Paltarlarının bir hissəsi hələ quru idi. Qəsəbədə it əlindən çölə çıxmaq mümkün deyil. Necə ola bilər ki, meyit o qədər vaxtı həmin yerdə qalsın, it-qurd ona toxunmasın?".
 
Qohumlarının sözlərinə görə, martın 15-də orta məktəb şagirdlərinin bir çoxu Lökbatan qəsəbəsində keçirilən tədbirə yollanıb. 180 saylı orta məktəbin 7-ci sinif şagirdi olan Toğrul isə tədbirə getməyərək evə qayıdıb. Onun evə qayıtmasını əks etdirən görüntü qonşunun müşahidə kamerasına düşüb. Lakin Toğrul evi tərk edərkən ön tərəfdən, yəni qonşunun kamerasının əhatə dairəsi olan yerdən deyil, hasar istiqamətini seçib. Atası Zaur Sultanov deyir ki, tədbirdən qayıdan böyük oğlu Toğrulu evdə tapa bilməyib: "Daha sonra hamı axtarmağa başlayıb. Mən də işdən təxminən saat 7-də gələndə xəbər tutdum. Bütün gecəni axtarmışıq. Meyitin tapıldığı yerə də dəfələrlə baxılıb. Amma görən olmayıb. Ayın 15-də saat 2 ilə 9 arası onu heç kim görməyib. Mən daş karxanasında işləyirəm, böyük əziyyətlə çörəkpulu qazanıram, 3 uşaq böyüdürəm. Heç onları istədiyim kimi yedizdirə bilmirəm. Bunlar mənim başıma niyə gəlməlidir ki?".
 
Mərhumun əmisi oğlu Tural Sultanov əlavə etdi ki, meyitin tapıldığı yerdə başqa ayaq izləri var: "Bir insan palçıqlığa, bataqlığa girib özünü boğa bilərmi? Əgər o, özü gəlib bu lilin içində ölübsə, onda ayaqqabıları ilə batmalı idi. Amma təmiz idi. Suyun üzərində onun bədən forması hələ də qalıb. Əgər orda can veribsə, çabalamalı, ətrafa əl-qol atmalı deyildimi. Həm də burda camaat mal-qarasını otarır. Səhər saat 6-7 arası burdan keçən olub və meyiti görən olmayıb. Məlum olur ki, burda nə isə başqa əməl var".
 
Toğrulun əmisi isə bildirdi ki, Qızıldaşdan su kanalı keçmir: "Deyirlər ki, guya su kanalında boğulub, intihar edib. Bu qəsəbəyə su boru ilə gəlir və qəsəbədə su kanalı deyilən şey yoxdur".
 
Hadisə yerinə baxış keçirərkən məlum oldu ki, meyitin tapıldığı yer Toğrulun yaşadığı evdən təxminən 200-250 metr məsafədədir və bura birbaşa getmək üçün qonşunun müşahidə kamerasının əhatə dairəsinə düşmək lazımdır.
 
Qeyd edək ki, əslən Yardımlı rayonundan olan və ailənin ortancıl uşağı olan 13 yaşlı Toğrul martın 15-də saat 14 radələrində evdən çıxıb. Onun meyitini martın 16-da saat 07:30 radələrində Qızıldaşda yerləşən beşmərtəbəli binanın qarşısındakı bataqlıq sahədə bibisi tapıb. Bibisi səhər qardaşıgilə gedərkən yol kənarında uşağın cəsədini görüb və bu barədə məlumat verib.
 
Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.

 
///LENT.AZ

Oxunma sayı : 15333

Loading...
SON XƏBƏRLƏR
DİN vətəndaşlara müraciət etdi - 24 İyul 2017, 18:16
Sumqayıtda gəlin 3 uşağını atıb qaçdı: Əri onu axtarır – FOTO - 24 İyul 2017, 17:50
Nazirlik vakant yerlərin siyahısını açıqladı: 7640 müəllimə ehtiyac var - 24 İyul 2017, 17:45
I və IV ixtisas qruplarının imtahan nəticələrini açıqlandı: Cəmi 2 nəfər 700 bal topladı - 24 İyul 2017, 17:43
DİN-dən azyaşlı uşağı zorlamaq istəyənlə bağlı AÇIQLAMA - 24 İyul 2017, 17:35
Türkiyənin qədim Aksaray vilayətində Qarabağ parkı və Xarıbülbül abidəsinin açılışı olub - 24 İyul 2017, 17:33
Yetim Eyvazın oğlu müğənni imiş - VİDEO - 24 İyul 2017, 17:28
Qədim Kapadokyada Qarabağ küçəsinin açılışı oldu - 24 İyul 2017, 17:24
Tovuzda ağır qəza: ana ölüb, 3 övladı xəsarət alıb - 24 İyul 2017, 17:11
Arvadını yatdığı yerdə öldürdü, uşaqlarının başını çəkiclə əzdi - Dəhşətli qətlin təfərrüatı - 24 İyul 2017, 16:51
Baş Prokurorluq arvadını çəkiclə öldürən kişi ilə bağlı məlumat yaydı - 24 İyul 2017, 16:35
"Mən 18.2 kv.m sahəsi olan 1 otaqlı mənzildə 3 uşaq böyütmüşəm" - Nahid Canbaxışlı yazır - 24 İyul 2017, 16:33
15 yaşlı gəncin meyiti Kürdən tapıldı - 24 İyul 2017, 16:12
Maşallah Əhmədovun cəzası 8 ildən 2 ilə endirilib - 24 İyul 2017, 16:09
Hacıbəy Heydərli: "Prezidentin jurnalistlərə "mənim köməkçilərim" deməsi mətbuata ən böyük diqqət və qayğıdır" - 24 İyul 2017, 16:02
Bakıda ana körpəsini əmizdirərkən öldü - 24 İyul 2017, 15:35
Azərbaycanda ən yaxşı özəl universitet hansıdır? - "Facebook"da açıq sorğu başladı - 24 İyul 2017, 15:30
Nişanlısının bakirəliyini pozdu, qeyri-təbii yolla cinsi əlaqədə oldu - Oğuzda şok hadisə - 24 İyul 2017, 15:29
BDU-nun fəaliyyətində nöqsanlar aşkarlandı - 24 İyul 2017, 15:14
Novxanı çimərliyində 2 qardaş boğularaq öldü - FOTO - 24 İyul 2017, 14:46
Səbail icra hakimiyyətinin saldığı parkda ağacları kəsib, kafe salırlar- Badamdar sakinləri etiraz edir - 24 İyul 2017, 14:39
Əli İnsanov ciddi rejimli cəzaçəkmə müəssisəsinə köçürüldü - 24 İyul 2017, 14:34
Bu şəxslər də güzəştli mənzil əldə edə biləcəklər - 24 İyul 2017, 14:22
8 yaşlı oğlanı zorlayan manyak həbs edildi – TƏFƏRRÜAT - 24 İyul 2017, 14:06
Samirə yeni mahnısını təqdim etdi - VİDEO - 24 İyul 2017, 13:57
Rüşvətə alarkən həbs olunan baş həkim azadlıqda - 24 İyul 2017, 13:54
Nəsimi rayonunun “Gənc İlhamçılar”ı Şəki şəhərinə istirahətə yola düşdülər - 24 İyul 2017, 13:50
Sabiq deputatın əmlakı müsadirə olundu, 13 il azadlıqdan məhrum edildi - 24 İyul 2017, 13:29
Şəbnəmin hər kəsdən gizlətdiyi oğlunun - FOTOLARI - 24 İyul 2017, 13:27
“Azərbaycan” qəzeti dənizi hasarlayan və plyajları pullu edənləri “topa tutdu” - 24 İyul 2017, 13:09
“Prezidentin nəcib əməlinə qarşı kampaniya başlayıblar...” - VİDEO - 24 İyul 2017, 13:02
Faiq Əmirliyə hökm oxundu - 24 İyul 2017, 12:58
Bakıya gələn ərəb turist icarəyə götürdüyü avtomobili bu hala saldı - VİDEO - 24 İyul 2017, 12:58
"Gecə körpə ağlayırsa, onu bir saat qadın, bir saat kişi sakitləşdirməlidir" - QMİ sədrinin müavin - 24 İyul 2017, 12:44
Azərbaycanda qadın ərini öldürərək tövlədə basdırdı – FOTO - 24 İyul 2017, 12:24
İctimai TV-nin fəaliyyətində nöqsanlar aşkarlandı - 24 İyul 2017, 12:09
Rusiyada beş nəfərlik azərbaycanlı ailəsi yanaraq öldü - 24 İyul 2017, 12:05
"Seaside" restoranının məsul şəxsi çay istəyən müştərini təhqir etdi - FOTOLAR - 24 İyul 2017, 11:57
Bakıda tanınmış aparıcının oğlunun şirkəti qarət olundu - 24 İyul 2017, 11:43
Naxçıvanda ağır qəza: ölən var - 24 İyul 2017, 11:33
"Zirə" Rəşad Sadiqovu qovdu - 24 İyul 2017, 11:27
Paytaxtda film kimi qəza - 005 nömrəli "BMW" yolu kəsdi, 6 maşın toqquşdu - 24 İyul 2017, 11:16
"Ermənilər yaşayış məntəqələrindəki mülki obyektlərə ziyan vurub" - Müdafiə Nazirliyi - 24 İyul 2017, 11:10
Avadını qətl edib, uşaqlarına ağır xəsarət yetirdi, sonra özünü öldürdü- Azərbaycanda qorxunc hadisə - 24 İyul 2017, 10:52
Bakı çimərliklərində dəhşətli gün: 3 nəfər öldü - 24 İyul 2017, 10:47
Bütün xəbərlər >>


Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 32, Ofis 10
Bizim email ünvanımız: [email protected]
Əlaqə nömrəsi
012-493-13-65
077-270-01-10