Bakıda Mikayıl Müşfiq gecəsi keçirildi - FOTOLAR

28 Yanvar 2017, 12:57
AAA
Dünən Yuğ teatrında Cabir Novruz Mədəniyyət Fondu və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyiylə "Söz" Ədəbi Layihəsi çərçivəsində növbəti görüş keçirilib. "Söz" ün bu dəfəki şeir gecəsi şair Mikayıl Müşfiqə həsr edilib. 
 
AZXEBER.COM xəbər verir ki, gecədə bir çox qiraət ustaları iştirak edib. Şeir gecəsində Yuğ Teatrının aktyorlarının ifasında Mikayıl Müşfiqin ən gözəl şeirləri səsləndirilib.
 
Gecənin əsas təşkilatçlarından olan Cabir Novruz Mədəniyyət Fondunun rəhbəri Cavanşir Qurbanov tədbiri açıq elan eədərk, Mikayıl Müşfiq yaradıcılığından bəhs edib. O, çıxışı zamanı Mikayıl Müşfiqin Azərbaycan ədəbiyyatına yeni nəfəs gətirdiyini, onun yaradıcılığının dillər əzbəri olmaqla yanaşı, qəlblərdə məskən saldığını vurğulayıb.
 
Əsas məqsədlərindən bəhs edən fond rəhbəri təkcə Mikayıl Müşfiqin deyil, digər şairlərimizin də yaradıcılığına həsr olunmuş gecələr keçirmək istədiklərini qeyd edib. Fondun gələcək planlarından danışan Cavanşır Qurbanov onu da qeyd edib ki, əsas məqsədlərindən biri də gənc şairlər üçün yaradıcılıq gecəsinin təşkil olunmasıdır.

Daha sonra "Söz" Ədəbi Layihəsinin rəhbəri Nigar Həsənzadə Azərbaycan Yazıçılar Birliyinin və Cabir Novruz adına Fondun mükafatı ilə təltif edilib.

Tədbir musiqi proqramı ilə davam edib.

Qeyd edək ki, şair Mikayıl Müşfiq 1908-ci il iyunun 5-də Bakının Xızı kəndində ziyalı ailəsində dünyaya gəlib. Poetik yaradıcılığa 1926-cı ildə Gənc İşçi qəzetində çap etdirdiyi "Bir gün" şerilə başlayan gənc şair müntəzəm olaraq dövri mətbuatda çıxış edir və eyni zamanda bədii tərcümə ilə də ciddi şəkildə məşğul olur. M.Müşfiq həbs edilməmişdən əvvəl "Çağlayan" şerlər toplusunu tərtib edib nəşriyyata verib. 1937-ci ildə şair "Xalq düşməni" damğası ilə həbs edilib və 1938-ci il yanvarın 6-da qısa çəkən məhkəmə iclasında haqqında çıxarılmış ölüm hökmü elə həmin gün icra olunub.
 
Günel, AZXEBER.COM

Oxunma sayı : 520

Loading...
SON XƏBƏRLƏR
Oliqarxların milyonluq villaları satışa çıxarıldı - Böhran Bakıda ev-ev gəzir - 23 Aprel 2017, 18:00
Azərbaycanlı holdinq rəhbərinin qızından yeni FOTOLAR - 23 Aprel 2017, 17:51
Ruhi barəsində yazılanlara aydınlıq gətirdi: "Etdikləriniz məni qətiyyən narahat etmir" - 23 Aprel 2017, 17:38
Vüqar Rəhimzadə: "Möhtərəm Prezidentimizin vurğuladığı tezislər gələcək inkişaf strategiyasının prioritetləridir" - 23 Aprel 2017, 15:17
Aygün Kazımovanın qızı İlqarə əməliyyatdan sonra belə oldu - VİDEO - 23 Aprel 2017, 15:06
Şirvanda əri tərəfindən döyülən hamilə qadın uşağını itirdi - 23 Aprel 2017, 15:00
Dolu düşəcək, qar yağacaq - XƏBƏRDARLIQ - 23 Aprel 2017, 14:21
İqbal Ağazadənin çıxışı Nuranı hiddətləndirdi: "Ən böyük rüşvətxor efirlərdədir" - 23 Aprel 2017, 14:19
Ətin qiyməti qəfil ucuzlaşdı - 23 Aprel 2017, 14:15
Aygün Kazımova küsülü olduğu Röya haqqında nələr dedi? - 23 Aprel 2017, 14:02
Mətanətin iki dəfə nişanı qayıdan qızı türk oğlanla nişanlandı - FOTO - 23 Aprel 2017, 14:01
Bu da Aysel və Oqtayın yeni - videosu - 23 Aprel 2017, 13:30
Tağı Əhmədovun nəvəsinin toyu oldu: TOYDAN VİDEO - 23 Aprel 2017, 12:59
Sevil Nuriyeva TRT-nin canlı yayımında Ermənistanın işğalçı siyasətindən danışdı - VİDEO - 23 Aprel 2017, 12:45
Dollar bu gün neçəyədir? - 23 Aprel 2017, 12:30
Azərbaycanda 2 telekanalın yayımı dayandırıldı - 23 Aprel 2017, 12:24
Mədət Quliyev gitarada ifa etdi, mahnı oxudu -VİDEO - 23 Aprel 2017, 11:37
Sarayda "Mercedes" yandı - 23 Aprel 2017, 10:58
İşçilərə ən yüksək maaş verən ölkələr - SİYAHI - 23 Aprel 2017, 10:33
Cəbhədən yeni xəbər - Ermənilər 16 mərmi atdılar - 23 Aprel 2017, 10:24
Rövşən Lənkəranskinin 24 il əvvəlki - Videosu - 23 Aprel 2017, 00:59
"Rəna, evli adamam, gecə mənə yığma..." - Zaur onu rüsvay etdi - VİDEO - 23 Aprel 2017, 00:37
Dövlət idarəsinin qadın rəisini iş otağında kim öldürüb? - 22 Aprel 2017, 20:40
İlkinin nişanlısının xınasından - FOTOLAR - 22 Aprel 2017, 20:34
1 milyard dollar oğurlayan deputat oğlu: "Anam alkaqolik idi..." - 22 Aprel 2017, 17:43
“Balaca” məmur Şükürovun çox böyük əməlləri: keçmiş quda bütün sirləri açdı - 22 Aprel 2017, 17:16
Bakıda metro pulsuz olacaq - 22 Aprel 2017, 17:06
Mehman Hüseynov hansı həbsxanaya köçürüldü? - Vəkil açıqladı - 22 Aprel 2017, 15:28
Azərbaycana gətirilən bu mallar rüsumdan azad edildi - 22 Aprel 2017, 15:01
Telman İsmayılov şikayət etdi - 22 Aprel 2017, 14:54
Sabah hava necə olacaq? - Güclü külək, şimşək, dolu... - 22 Aprel 2017, 13:38
Bakıda üzərində qumbara olan şəxs tutuldu - 22 Aprel 2017, 13:30
Elman Rüstəmovun səlahiyyətləri alınır - MƏQSƏD - 22 Aprel 2017, 13:22
Səsi ilə məşhurlaşan biləsuvarlı çobana inanılmaz təklif - 22 Aprel 2017, 13:15
Bakıda qadın paltar asarkən yıxılaraq öldü - 22 Aprel 2017, 13:10
Ərəb turist 16 yaşlı qızı cinsi əlaqə üçün otelə gətirdi: aləm bir-birinə dəydi - Bakıda ŞOK-VİDEO - 22 Aprel 2017, 12:49
Mətanət İsgəndərlinin qızı 3-cü dəfə kimə ərə gedir? - FOTO - 22 Aprel 2017, 12:40
"Ərim onunla görüşdüyümü bilirdi, amma vecinə deyildi" - Sevgilisi oğlunu öldürən qadın - 22 Aprel 2017, 12:29
Bakıda məktəbli qıza görə 2 nəfəri güllələyənlər tutuldu - 22 Aprel 2017, 12:17
Türkiyədə qanlı döyüşlər: 5 hərbçi öldü - 22 Aprel 2017, 11:00
Bu ölkədə 30 yaşda evlənib, 40 yaşda boşanırlar - 22 Aprel 2017, 10:50
Bakı bazarında çiyələyin kilosu 5 manata, alçanın ədədi 15 qəpiyə - VİDEO - 22 Aprel 2017, 10:32
"İslamiadada 12 min polis asayişi qoruyacaq" - Ramil Usubov - 22 Aprel 2017, 10:30
ATV-də lağa qoyulan gənc YAP-ın fəal üzvü imiş: "İndi əsgərlikdədir" - 22 Aprel 2017, 00:33
Bürclər - 22 APREL - 22 Aprel 2017, 00:18
Bütün xəbərlər >>


Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 32, Ofis 10
Bizim email ünvanımız: [email protected]
Əlaqə nömrəsi
012-493-13-65
077-270-01-10