15:01 çərşənbə, 13 Dekabr 2017
İQTİSADİYYAT

Banklarda dollar bahalaşdı - QİYMƏTLƏR

11:36, 07.03.2017501
Bacısının ərini və qayınatasını güllələdi - Bakıda kriminal
Bu gün ölkənin bir neçə bankı valyutanın satış və alış qiymətlərini bahalaşdırıb. AZXEBER.COM fins.az-a istinadən xəbər verir ki, səhər saatlarından banklar 1 dolları 1.7200 manatdan baha alır, 1.7750 manatdan da yüksək satır.

Araşdırmaya əsasən, dünən "Bank BTB” dolları 1.7400 manata alıb 1.7800 manata satırdı. Bu gün isə bu bankda dolların alışı 1.7450 manat, satışı isə 1.7900 manatdır.

"Günaybank” da qiymətləri bahalaşdırıb. Belə ki, bank dolları 1.7560 manata alır, 1.7800 manata satır. Dünən isə bu göstərici müvafiq olaraq 1.7540 manat və  1.7770 manat olub.

"AtaBank” yalnız dolların satışını bahalaşdırıb: Dünən ABŞ valyutasını 1.7850 manata satan bank bu gün 1.7900 manata satır.
"Caspian Development Bank” isə dolların alışını bahalaşdırıb, satışını isə ucuzlaşdırıb. İndi bu bankda valyutanın alışı 1.7350 manatdır. Dünən isə 1.7300 manat idi. "CDB bank"da dolların satışı 1.8000 manatdan 1.7950 manata enib.

0
XƏBƏR LENTİ