15:11 çərşənbə, 13 Dekabr 2017
SOSİAL

“Bax gör nələr mümkündür” deyən “Bakcell” vətəndaşın başına görün nə oyun açdı- BİABIRÇI OLAY

18:27, 16.02.201724245
Bacısının ərini və qayınatasını güllələdi - Bakıda kriminal

Redaksiyamıza müraciət edən Bakı şəhər sakini Şəfiyev Nadir Sabir oğlu "Bakcell”dən 2 il öncə aldığı mobil nömrəsinin 2 ildən sonra ona aid olmadığını öyrəndiyini deyir. Vətəndaş "Bakcell”in qeyri-peşəkarlığından yazaraq başına gətirilən problemdən bəhs edib.

AZXEBER.COM olaraq həmin müraciəti təqdim edirik:

"Hörmətli AZXEBER.COM saytının redaksiyası, bu məktubu sizə yazmaqda məqsədim özünü Azərbaycanın bir nömrə mobil operatoru adlandıran Bakcell şirkətinin özbaşnalıqlarını nəzərinizə çatdırmaqdır.

2015-ci il 1 avqust tarixində Bakcell şirkətinin şəhərin düz mərkəzində - Fəvvarələr Meydanında yerləşən rəsmi diler mağazasından mobil nömrə almışam. Üstündən düz 2 il keçəndən sonra bu yaxınlarda mənə məlum olub ki, ödənişini edərək aldığım nömrə sistemdə hələ də mənim adıma oturmayıb. Yəni loru dildə desək nömrə yiyəsizdir. Bakcell istədiyi vaxt həmin nömrəni mənə heç bir xəbərdarlıq etmədən satışa çıxara bilər.

Təbii ki, bunu öyrəndikdən sonra dərhal Bakcelin müştəri xidmətlərinə müraciət edib durumun aradan qaldırılmasını tələb etdim. Onlar isə nömrə satışı səlahiyyətlərinin özlərində olmadığını bu hüquqları dilerlərinə verdiklərini bildirdilər və dilerə müraciət etməyimi tövsiyyə etdilər. Əsl həngamə isə elə bundan sonra başladı. Diler mənə 2016-cı ildən əvvəl olan sənədlərin əllərində olmadığını bu mövzuda mənə heç bir kömək edə bilməyəcəklərini dedi. Yəni pulunu verib nömrə alıram, 2 il bu nömrəni istifadə edirəm və bugün mənə məlum olur ki, sən demə nömrə mənim deyil.

Təsəvvür edin, özünü Azərbaycanın bir nömrəli mobil operatoru adlandıran şirkət dilerləri üzərində nəzarət mexanizmi qurmayıb. Diler mobil nömrəni müştərilərə satır, müqavilə bağlayır amma interfeys üzərindən bu nömrəni abunəçinin adına keçirmir. Üstəlik bu şəhərin düz mərkəzində yerləşən böyük dilerdə baş verirsə ucqar rayon yerlərində olan özbaşnalıqlar bundan qat-qat artıqdır.

Bu hadisə barədə Bakcelin müştəri xidmətləri mərkəzində şikayət ərizəsi yazmışam. Amma təəssüflər olsun ki, şirkət ərizəmə hələ də münasibət bildirməyib. Aşağıdakı şəkildə həmin ərizə ilə tanış ola bilərsiniz. Eyni zamanda İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə hüququmun pozulmağı ilə bağlı müraciət etmişəm.

Əminəm ki, bu vəziyyətdə olan yeganə abunəçi mən deyiləm. Bakcelin özbaşnalığına görə bu durumda minlərlə abunəçi var. Sizdən xahiş edirəm bu hadisəni işıqlandırmaqla digər abunəçiləri də bu barədə məlumatlandırasız”.

 


0
XƏBƏR LENTİ