Bu həkimlərin əməkhaqları artırıldı

28 Fevral 2017, 15:21
AAA

 

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində Agentliyin tabeliyinə verilmiş tibb müəssisələrinin yeni prinsiplərlə maliyyələşməsi ilə əlaqədar olaraq "Pilot layihə çərçivəsində həkimlərin əməkhaqlarına əlavələrin və mükafatların hesablanması və ödənilməsi Qaydaları"nı təsdiq edib.

Bu barədə Agentlikdən məlumat verilib.

Bildirilir ki, fevral ayından etibarən icbari tibbi sığorta sistemində çalışan həkimlərin əməkhaqları iki hissədən ibarətdir: baza hissəsi və mükafat hissəsi. Baza hissəsi üzrə həkimlərin əməkhaqları artırılıb. Ginekologiya doğum şöbəsində, Reanimasiya şöbəsində, Cərrahiyyə şöbəsində, Endoskopiya ixtisası üzrə çalışan həkimlərin əməkhaqları 540 manat, Uşaq şöbəsində, Uşaq Nevroloji Sanatoriyasında, Fizioterapiya şöbəsində, Terapiya şöbəsində, Vərəm şöbəsində, Yoluxucu xəstəliklər şöbəsində, Poliklinika şöbəsində, Hemodializ şöbəsində çalışan həkimlərin 240 manat, Təcili Tibbi Yardım Stansiyasında çalışan həkimlərin 200 manat, Radiologiya şöbəsinin həkimlərinin 740 manat, Ailə sağlamlıq mərkəzinin həkimlərinin isə 360 manat artırılıb.

Cərrahiyə şöbəsində çalışan cərrah Nazirlər Kabinetinin qərarına əsasən, 228 manat məbləğində əməkhaqqı alır, icbari tibbi sığorta sistemində çalışan cərrahın əməkhaqqı 540 manat artırıldıqda onun maaşı 768 manat məbləğində olacaq. Şöbə rəhbəri vəzifəsi funksiyalarını yerinə yetirən həkimlərin iş yükünün və gərginliyinin nəzərə alınması məqsədilə onların əməkhaqları qeyd edilən əlavələrin 15%-i həcmində artırılacaq.

Mükafat hissəsinə gəldikdə isə, bu, həkimin gündəlik normativdən yuxarı xəstə qəbul edib-etməməsindən asılıdır. Belə ki, həkimlərin fəaliyyətinin ölçülməsi və pul mükafatlarının verilməsi məqsədilə göstərdikləri tibbi xidmətlərə normativlər tətbiq olunur. Sözügedən normativlər həkimlər tərəfindən göstərilən fəaliyyətin effektivliyinin kəmiyyət baxımından aşağı və yuxarı həddini müəyyən edir.

Uşaq şöbəsində, Uşaq Nevrologiya sanatoriyasında, Fizioterapiya şöbəsində, Terapiya şöbəsində, Poliklinika şöbəsində, Hemodializ şöbəsində çalışan həkimlər üçün normativ müəyyən edilməyib.

Terapevt ixtisası istisna olmaqla, digər ixtisaslar üzrə çalışan həkimlər üçün gündəlik normativ minimum 10 pasiyentə, yuxarı normativ isə 20 pasiyentdən yuxarı olmamaq şərtilə tibbi xidmətin göstərilməsidir. Yuxarı normativə əsasən həkimlərə prezidentin 2016-cı il 28 dekabr tarixi 1181 nömrəli Fərmanı ilə müvafiq tibbi xidmət üçün təsdiq edilmiş tarifin 15%-i həcmində mükafat veriləcək.

Terapevt ixtisası üzrə çalışan həkimlər üçün gündəlik normativ minimum 12 pasiyentə tibbi xidmətin göstərilməsidir. Yuxarı normativ gündəlik 20 pasiyentdən yuxarı olmamaq şərtilə müvafiq tibbi xidmət üçün təsdiq edilmiş tarifin 15%-i həcmində mükafat veriləcək.

 

Cərrahiyyə şöbəsində, Ginekologiya doğum şöbəsində çalışan həkim üçün aylıq normativ 10 pasiyentə əməliyyatın, habelə fizioloji doğuş daxil olmaqla göstərilməsidir. Həkimlərə tibbi xidmət üçün təsdiq edilmiş tarifdən inzibati xərclər çıxıldıqdan sonra hesablanan məbləğin 20%-i həcmində mükafat veriləcək. İnzibati xərclər dedikdə əməliyyat zamanı istifadə olunan tibbi sərfiyyatın, dərman vasitələrinin dəyəri, habelə kommunal xərclər nəzərdə tutulur.

Mədədən yad cisim çıxarılması əməliyyatının dəyəri ƏDV daxil olmadan 500 manatdır. Agentlik bu əməliyyatı həyata keçirmiş tibb müəssisəsinə 18 faiz ƏDV də daxil olmaqla 590 manat pul ödəyir. Əməliyyatı həyata keçirmiş həkimin mükafatı bu qaydada hesablanacaq: 590 manatdan təqribi 30 faiz tibbi sərfiyyat çıxılır və nəticədə 413 manat qalır. 413 manatdan həkimə çatacaq 20 faiz isə təqribi 82 manat 60 qəpik edir.

Reanimasiya şöbəsində həkim üçün aylıq normativ 10 pasiyentə narkozun verilməsidir. Hər anesteziya (yerli anesteziya istisna olmaqla) üçün həkimə 10 manat məbləğində mükafat veriləcək.

Mama-ginekoloq ixtisası üzrə çalışan həkimlər üçün normativ tətbiq olunmur. Sığortaolunan hesab edilməyən şəxslərə tibbi xidmətlər göstərildikdə, həkim müvafiq tibbi xidmət üçün təsdiq edilmiş tarifin 15%-i həcmində mükafat alacaq.

Beləliklə, iki aydan sonra İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi həkimlərin gündəlik normativləri yerinə yetirib-yetirməməyini təhlil ediləcək. Normativləri yerinə yetirməyən həkimlərə yalnız normativ hüquqi aktlarla tənzimlənən əməkhaqqı ödəniləcək, yəni, onlara icbari tibbi sığorta sistemində nəzərdə tutulmuş əlavə ödənişlər ödənilməyəcək. Pilot layihə çərçivəsində həkimlərin mükafatlarının hesablanması prosesini asanlaşdırmaq məqsədilə hələlik həkimlərə kəmiyyət faktoru üzrə mükafatlar veriləcək. İcbari tibbi sığortanın pilot layihə çərçivəsində tətbiq edildiyini nəzərə alsaq, gələcəkdə bu prosesin təkmilləşdirilməsi və keyfiyyət amilinin mükafatlandırma meyarlarına daxil edilməsi nəzərdə tutulur.


Oxunma sayı : 610

SON XƏBƏRLƏR
Qənirə Paşayeva Kırşehirdə konfrans verdi - 23 Sentyabr 2017, 21:51
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü başladı - 23 Sentyabr 2017, 21:39
Baş nazirə ağır itki - 23 Sentyabr 2017, 20:52
Xoşqədəm vəfat edən qardaşı haqda: "Kaş həyatda olardın" - 23 Sentyabr 2017, 17:44
BŞBPİ-dən Milli Şuranın mitinqi ilə bağlı - Açıqlama - 23 Sentyabr 2017, 17:32
Milyarderlərin dəbdəbəli villaları - FOTOLAR - 23 Sentyabr 2017, 17:18
Paytaxtda 11 dilənçi saxlanıldı - 23 Sentyabr 2017, 17:11
Gədəbəydə dəhşətli qətlin təfərrüatları - 23 Sentyabr 2017, 17:08
Bakıda 9 yaşlı qızı zorlayana hökm oxundu - 23 Sentyabr 2017, 14:42
"AccessBank" yaşlı qadına borc yazıb, maaşını oğurladı - Özbaşınalığın üstü belə açıldı (VİDEO) - 23 Sentyabr 2017, 13:56
Metronun 28 May stansiyasının qarşısında ölüm hadisəsi – FOTO - 23 Sentyabr 2017, 13:46
Masallıda məktəb binasını şadlıq sarayına çevirirlər? - VİDEO - 23 Sentyabr 2017, 13:35
“CBC Sport”un rəhbəri boşandığı qadınla təkrar evlənir - Toy səfirlikdə olacaq - 23 Sentyabr 2017, 13:05
Azərbaycanda hərbçini tüfənglə vurub su quyusuna atdılar - 23 Sentyabr 2017, 12:50
Şimşək çaxacaq, yağış yağacaq - 23 Sentyabr 2017, 12:47
Azərbaycana payız gəlib - 23 Sentyabr 2017, 11:36
Tovuzda doğuş zamanı körpə öldü - 23 Sentyabr 2017, 11:02
Nişanlısını öldürən şəxsin şikayəti üzrə məhkəmə başlayıb - 23 Sentyabr 2017, 11:00
Müştəri "Bank of Baku"nun soyğunçuluğunun üstünü açdı: "Pullarımızı belə oğurlayırlar" (FOTOFAKT) - 23 Sentyabr 2017, 10:36
İki uşaq atası özünü öldürmək istədi, atası xilas etdi - 23 Sentyabr 2017, 10:16
Bakıda qardaş bacısını bıçaqladı - 23 Sentyabr 2017, 10:13
Ağcabədidə ağır qəza: Ölən var - 23 Sentyabr 2017, 10:10
Medianews.az saytı 5 yaşında - 23 Sentyabr 2017, 10:08
Toy gecəsi gəlin öldü, bəy türməyə girdi - 23 Sentyabr 2017, 10:04
Daxili İşlər Nazirliyinə yeni səlahiyyət verildi - 23 Sentyabr 2017, 10:01
“Fab Boyalar” şeir çələngində - FOTOLAR - 23 Sentyabr 2017, 10:00
Medianews.az saytı 5 yaşında - 23 Sentyabr 2017, 09:46
Hafiz Hacıyevin qızının maşını cərimə meydançasına aparıldı - AVTOXULİQANLIĞA GÖRƏ - 23 Sentyabr 2017, 02:14
Aygün Kazımova səhnəyə qısa libas və siqaretlə çıxdı - Video 16+ - 23 Sentyabr 2017, 01:31
Arif Əsgərovun Azərbaycandan qaçan oğlu şahid imiş: Keçmiş rəisin oğlu niyə qaçıb? - 22 Sentyabr 2017, 18:44
“Çelsi” rəsmən təsdiqlədi: Dieqo Kosta “Atletiko”da! - 22 Sentyabr 2017, 18:20
Prezident Səudiyyə Ərəbistanı kralını və vəliəhdi təbrik etdi - 22 Sentyabr 2017, 18:13
Ramil Usubovdan yeni təyinat - 22 Sentyabr 2017, 17:56
Sabiq nazir müavinin oğlu ölkədən çıxıb - 22 Sentyabr 2017, 17:47
Üzeyir Hacıbəyovu təhqir edən şirkət "FCB Artgroup Baku" imiş - AÇIQLAMA - 22 Sentyabr 2017, 17:43
Üç günə olan məzənnə açıqlandı - 22 Sentyabr 2017, 17:38
Həbsdə olan bələdiyyə sədri vəfat etdi - 22 Sentyabr 2017, 17:24
Toyuna dava düşən ev sahibi Rəşad Dağlının pulunu vermir - 5 min manatın davası - 22 Sentyabr 2017, 17:17
Prezident: Azərbaycan iqtisadi gücü sürətlə artan ölkədir - 22 Sentyabr 2017, 17:13
Azərbaycanlı oliqarxı ən yaxın adamı satdı - 22 Sentyabr 2017, 16:55
Xoşqədəmdən icra başçısına sərt cavab: İnsafınız olsun, Allahınız olsun - VİDEO - 22 Sentyabr 2017, 16:42
“İdeal”ı hamıya "ideal" kimi təqdim edən şəxs dələduz çıxdı - Saxtakarlıqla məşğulmuş - 22 Sentyabr 2017, 16:29
DİN: Yataqxanadakı yanğında 1 polis xəsarət alıb - 22 Sentyabr 2017, 16:26
Həbsdəki general: «Jurnalistlər yoxdursa, sözümü deyim...» - 22 Sentyabr 2017, 16:09
Samiraldonun əməliyyat xəbəri yalan çıxdı? - AÇIQLAMA - 22 Sentyabr 2017, 16:05
Bütün xəbərlər >>


Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 32, Ofis 10
Bizim email ünvanımız: [email protected]
Əlaqə nömrəsi
012-493-13-65
077-270-01-10