23:16 Cümə Axşamı, 19 Aprel 2018
TOP4

“Bu yarışın K1 Federasiyası ilə heç bir əlaqəsi yoxdur” - Federasiyası prezidenti

17:41, 06.03.2017731
“Bu yarışın K1 Federasiyası ilə heç bir əlaqəsi yoxdur”  - Federasiyası prezidenti

 

"Yarışı bizim federasiya ilə Gənclər və İdman nazirliyi birlikdə keçirib". 

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Muay tay federasiyasının prezidenti Azər Həsənsoy söyləyib. O, ötən gün baş tutan Muay tay üzrə 9-cu Azərbaycan çempionatının federasiya ilə Gənclər və İdman nazirliyinin birgə keçirildiyini və yarışların Elnur Məmmədovla heç bir əlaqəsi olmadığını deyib:

"Muay tay ayrıca bir idman növüdür. Bu yarışı bizim federasiya ilə Gənclər və İdman nazirliyi birlikdə keçirib. "Best of the Best” promoşn qrupu isə təşkilati işlərdə bizim yanımızda olub. Bu o demək deyil ki, yarışı onlar keçirib. Yarışın Elnur Məmmədovla heç bir əlaqəsi yoxdur”.

Qeyd edək ki, "azxeber.com” portalının bu gün "Ziya Məmmədovun qardaşı oğlu deputatın xəbərdarlığına məhəl qoymadı: "Çempionat keçirdi" –QALMAQAL” sərlövhəli yazısında Keçmiş Nəqliyyat Naziri Ziya Məmmədovun qardaşı oğlu Elnur Məmmədovun təşkilatçılığı ilə Muay tay üzrə 9-cu Azərbaycan çempionatına start verildiyi qeyd olunmuşdu. Yazıda Elnur Məmmədovun Azərbaycan K1 Federasiyası ilə heç bir razılaşma əldə etmədən bu cür yarışlar keçirdiyi qeyd edilmişdi. 

0
XƏBƏR LENTİ