Cəmi 10 ilə milyardlar qazanan azərbaycanlı - FOTOLAR

21 Fevral 2017, 11:36
AAA
 
Haqqında bəhs edəcəyimiz azərbaycanlı milyarder, Rusiyanın "İSR” şirkətlər qrupunun prezidenti İsgəndər Xəlilovdur.
 
AZXEBER.COM anv.az-a istinadən hazırlanmış yazını təqdim edir.

İsgəndər Xəlilov kimdir?

Bir neçə ay öncə 62 yaşını tamamlayan İsgəndər Xəlilov 1955-ci il dekabrın 9-da Bakıda anadan olub. İki ali təhsili var. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirərək iqtisadçı ixtisasına yiyələnib. Daha sonra Moskva Hüquq Akademiyasında hüquqşünas təhsili alıb.

Atasının yolu ilə gedən milyarder...

İsgəndər Xəlilovu digər azərbaycanlı milyaderlərdən fərqləndirən başlıca cəhət onun atasının da vaxtilə çox imkanlı olmasıdır. Bir çox zənginlər uşaqlıq və yeniyetməlik dövrlərində çox böyük maddi sıxıntılar yaşasalar da, İ.Xəlilov hələ uşaqlıqdan hərtərəfli qayğı ilə əhatə olunub. Onun atası Ağasəlim Xəlilov hələ sovet dövründə "gizli iqtisadiyyat”ın təmsilçisi kimi xeyli məşhur idi.

"Qədim-qaim” bakılılar girişində Mehdi Hüseynzadənin abidəsi ucalan köhnə avtovağzalın yanında, kiçik təpəciyin üstündəki "Çənlibel” restoranını yaxşı xatırlayırlar. O dövrdə, pulunun varlığını gizlətmək üçün milyarderlərin bilərəkdən tramvaya – ən ucuz nəqliyyat növünə mindiyi sovet çağında Ağasəlim Xəlilov barmaqla göstərilən zəngin adamlardan idi. 

İsgəndər Xəlilovun "ulduzu” 1988-ci ildə parlamağa başlayır. Belə ki, həmin ildə o "Lukoyl” Neft Şirkəti prezidentinin məsləhətçisi təyin olunur. Üç il bu vəzifədə çalışdıqdan sonra yolunu "Lukoyl”un Türkiyə Nümayəndəliyinin salır. Nümayəndəliyə rəhbərlik edən İ.Xəlilov çox keçmir ki, Bakıdakı "NİKoil Bank” Müşahidə Şurasında sədrlik edir.

Üçbucağın görünən tərəfi: Üç ölkədə "böyüyən sahibkar”

1995-ci ildə yaratdığı "İSR” Şirkətlər Qrupunun Azərbaycan, Rusiya, Türkiyə və İsveçrədə ofis və filialları fəaliyyət göstərir. Holdinq neft məhsullarının daşınması və satışı, yod istehsalı, maşın ticarəti və mehmanxana işi kimi çoxsahəli fəaliyyət sahələri mövcuddur. Bütün zəngin adamlar kimi biznesini xələflərinə əmanət eləmək üçün İ. Xəlilov əsas şirkətində oğullarına da iş yeri tapıb. Onlar "İSR holdinq”in vitse-prezidentləridir.

Xəlilovlar biznes imperiyasının əsas hissəsi Rusiyada yerləşsə də, İsgəndər Xəlilovun Azərbaycandakı fəaliyyəti kifayət qədər gözə çarpır. Əslində İ. Xəlilovun Azərbaycandakı biznes fəaliyyəti heç vaxt gizli qalmayıb. "Hilton Baku Hotel”in sahibi kimi o bu mehmanxanaya ümumilikdə 140 milyon dollar vəsait yatırıb. Nəzərdə tutulan vəsaiti tam toplamaq üçün İsgəndər Xəlilov ona məxsus aksiyaların bir qismini London birjasında hərraca qoyub. Gözəlliyi və dizaynı ilə paytaxtı bəzəyən 23 mərtəbəli otel Bakının mərkəzində, "Hökumət Evi”nin qonşuluğunda yerləşir. "Hilton” onun yeganə oteli deyil. Belə ki, İ. Xəlilov 2010-cu ildə Türkiyənin Bodrum kurort-istirahət mərkəzindəki "Bodrum Princess Oteli” 85 milyon dollar qarşılığında əldə edib və onun adını dəyişdirərək "Hilton” brendi altında fəaliyyət göstərməsinə nail olub. Xəlilov "Hilton Baku Hotel”in yaxınlığında yerləşən keçmiş "Bakı Teleqraf Agentliyi”nin binasını sökərək yerində 5 mərtəbəli yaşayış binası tikib. "Mister Tibot” və "Ramstor” da onun layihəsidir. "İSR-Plaza” mərkəzinin sahibi olan milyarder "McDonalds” şəbəkəsinin də sahibidir. 

Azərbaycanda avtomobil biznesi ilə də məşğul olan İsgəndər Xəlilov "Toyota Center”in sahibidir. Maşın bazarında önəmli yer tutan bu mərkəz dünya maliyyə böhranından xeyli zərər çəkib. 

İ. Xəlilovun "Resurs Treydinq” Açıq Səhmdar Cəmiyyəti Rusiyada dizel yanacağı və neft məhsullarının daşınması ilə məşğul olan ən böyük şirkətlərdən biridir. "Resurs Treydinq”in səhmləri "Trast Kapital” şirkətini isə ona müştərək rəhbərlik edən İsgəndər Xəlilovun övladları Rauf və Rəhim Xəlilov qardaşlarına məxsusdur. 

"Resurs Treydinq” podratçı şirkət qismində "Rusiya Dəmir Yolları” Qapalı QSC-nin elan etdiyi tenderdə qalib gəlib. Layihənin dəyəri 600 milyon dollar təşkil edir.

İsgəndər Xəlilovun varisləri də qollarını çöxdan çırmalayaraq biznesdə atalarına dəstək olurları. Bundan başqa, kiçik oğul Rauf Xəlilov həm də Azərbaycan Xizəksürmə Federasiyasının prezidentidir. 

Milyarderin 1977-ci ildə Bakıda anadan olmuş böyük oğlu Rəhman Xəlilov Cenevrə Universitetinin beynəlxalq biznes fakültəsini bitirib. R. Xəlilov "İSR holdinq”in vitse-prezidenti kimi Neftçalada yod sektorunun inkişafını nəzərdə tutan proqrama nəzarət edir. Eyni zamanda evli və iki uşaq atası olan Rəhman Xəlilov "İSR holdinq”in tərkibinə daxil olan "RİRoil” neft ticarət şirkətinin prezidentidir. 

Xəlilovlar nəslinin qol-budaqları da xeyli məşhurdur. İ Xəlilovun qardaşlarından biri Cavanşir Xəlilov Bakı Əyləncə Mərkəzinin sahibi, eyni zamanda o, Azərbaycan İdman Boulinqi Federasiyasının prezidentidir. 


 

 

Oxunma sayı : 10463

SON XƏBƏRLƏR
Bakıda avtoxuliqan saxlanıldı: 750 manat cərimə – FOTO - 17 Noyabr 2017, 21:59
"FETÖ"nun dinlədiyi insanlar arasında Tarkanın da adı var - 17 Noyabr 2017, 21:40
Azərbaycan-Bosniya və Herseqovina işgüzar görüşü keçirilib - 17 Noyabr 2017, 21:14
Məhkumlar üçün yeni məscid tikilib - FOTO - 17 Noyabr 2017, 21:10
Son dəqiqə! Hövsanda torpaq sürüşməsi, dağıntı altında qalanlar var - Yenilənir - 17 Noyabr 2017, 20:44
Azərbaycanda əhalinin nominal gəlir səviyyəsi- AÇIQLANDI - 17 Noyabr 2017, 20:39
"Aİ-95" və “Ai-98” benzin bahalaşdı - RƏSMİ - 17 Noyabr 2017, 20:37
“WhatsApp”da yeni funksiya sınaqdan keçirilir - 17 Noyabr 2017, 20:16
Bakı Olimpiya Stadionunda kütləvi dava - 17 Noyabr 2017, 19:51
Benzinin və dizelin qiyməti bu gecə bahalaşacaq? — RƏSMİ AÇIQLAMA - 17 Noyabr 2017, 19:35
Dünyada ilk dəfə insan başının transplantasiyası həyata keçirilib - 17 Noyabr 2017, 19:17
Bakıda yeni televiziya qülləsinin istifadəyə veriləcəyi TARİX - 17 Noyabr 2017, 18:59
NATO təlimində Ərdoğan və Atatürk təhqir edildi — QALMAQAL - 17 Noyabr 2017, 18:35
Azərbaycan Prezidenti latviyalı həmkarını təbrik etdi - 17 Noyabr 2017, 18:17
Azərbaycanda 5 bal gücündə zəlzələ oldu - 17 Noyabr 2017, 17:55
Bakıda həkim daha iki kişini impatent etdi: Təbriz Mehr klinikasının qurbanları artır - 17 Noyabr 2017, 17:48
Hazırlığa gedən 10 yaşlı qıza binanın qapıçısı təcavüz etdi: "Balaca arvadım olarsanmı?" - 17 Noyabr 2017, 17:45
2018-ci il kimlərə xoşbəxtlik gətirəcək? - Şərq təqvimi üzrə proqnoz - 17 Noyabr 2017, 17:36
Sabah Bakının bu hissəsində işıq olmayacaq - 17 Noyabr 2017, 17:31
Peterburqda həyəcan: 21 məktəb boşaldıldı - 17 Noyabr 2017, 17:31
Ərdoğan: Son terrorçu məhv edilənə qədər... - 17 Noyabr 2017, 17:22
"Barselona" Arda Turanı satır: "Onu heyətdə istəmirik" - 17 Noyabr 2017, 17:06
Gəncədə məktəbli qıza qarşı nalayiq hərəkət - 45 yaşlı kişi avtobusda... - 17 Noyabr 2017, 16:58
Müəllimi borca görə işdən qovdular – “Özbaşınalığa etiraz edirdim…” - 17 Noyabr 2017, 16:20
"Məni belə görmək sizə xoş olmaz" - Fuad Poladov - 17 Noyabr 2017, 16:15
Soyunub qazanan qadınlar pullarını göstərir - FOTO - 17 Noyabr 2017, 16:11
Türkiyədə ölən tələbənin meyiti Azərbaycana gətirildi - FOTO - 17 Noyabr 2017, 15:54
“Kontakt Home”un daha bir dələduz əməli ifşa olundu - FOTO - 17 Noyabr 2017, 15:42
NIKOIL | Bank ipoteka faizlərini 7%-dək azaltdı - 17 Noyabr 2017, 15:12
Polis sevgilisi ilə qaçan qız özünü niyə öldürüb? - FOTO - 17 Noyabr 2017, 14:43
Gey iddiasına cavab: "Hətta anan da bunun yanlış olduğunu bilir" - 17 Noyabr 2017, 14:36
Bakıda ərəblə azərbaycanlı qızın dəbdəbəli toyu: gəlini qızılı "Rolls Royce"la apardı (VİDEO) - 17 Noyabr 2017, 14:34
Evlərə niyə hələ də istilik verilmir? - VİDEO - 17 Noyabr 2017, 14:18
Sürücülər söhbətə görə cəzalandırılmayacaq - Parlament qərar verdi - 17 Noyabr 2017, 14:09
Bakıda evi uçurulan şəxs özünü doğradı: "Mənim evimi niyə sökdünüz?" (VİDEO) - 17 Noyabr 2017, 13:57
“Pulu verən sizsiniz” - Spiker deputata irad bildirdi - 17 Noyabr 2017, 13:52
Yol polisinə çətin anlar yaşadan məmur oğlu Elvin kimdir? - FOTO - 17 Noyabr 2017, 13:23
“ Rasim Balayevin xəstəliyi məsələsi diqqətdə saxlanılacaq” - Oqtay Əsədov - 17 Noyabr 2017, 13:13
“ Artur Rasi-zadə bizə cavab vermir”- Deputatdan etiraz - 17 Noyabr 2017, 12:47
Azərbaycanlı gənclər “Yetənək sizsiniz”də izləyiciləri təəccübləndirdi - VİDEO - 17 Noyabr 2017, 12:42
Abutalıbovun səlahiyyətləri niyə "iflic" edilir? - İlin sonuna kimi postu ilə vidalaşa bilər - 17 Noyabr 2017, 12:20
Azərbaycanlı tələbə Türkiyədə faciəvi şəkildə öldü - 17 Noyabr 2017, 12:14
Nazirlikdən açıqlama: 3 gün ərzində hava necə olacaq? - 17 Noyabr 2017, 11:37
Azərbaycanlı gənc Rusiya meşəsində ölü olaraq tapıldı - 17 Noyabr 2017, 11:24
Zaur Kamal 7-ci sinif şagirdinə elçi getdi - VİDEO - 17 Noyabr 2017, 11:18
Bütün xəbərlər >>


Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 32, Ofis 10
Bizim email ünvanımız: [email protected]
Əlaqə nömrəsi
012-493-13-65
077-270-01-10