21:48 Cümə, 15 Dekabr 2017
SOSİAL

Dəhşət saçan Bakı - Sumqayıt yolu: "20 yanvar"dan ölümə gedən yol...

15:34, 09.03.20176624
Dəhşət saçan Bakı - Sumqayıt yolu:
Xəbər verdiyimiz kimi, bu gün Bakı-Sumqayıt yolunda baş verən qəzada ölənlərin sayı 5-ə çatıb.
 
Bu barədə AZXEBER.COM-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, xəstəxanaya gətirilən 4 nəfərdən biri də dünyasını dəyişib: "”Semaşko”ya 4 nəfər yaralı gətirilib. Onlardan biri xəstəxanada dünyasını dəyişib. 17 nəfər isə Sumqayıt Şəhər Xəstəxanasına aparılıb. Onlardan 2-sinə yardım göstərilərək, evə buraxılıb”.
 
Qeyd edək ki, Bakı - Sumqayıt yolu ölkənin ən təhlükəli yollarından hesab olunur və son illər bu yolda qəzaların sayı hesabı yoxdur.
 
Bu gün baş verən və ölkənin gündəmini zəbt edən qəza ilə bağlı ortaya bir neçə sual çıxır. Bu suallarla aidiyyatı qurumlara "İrəli" sədri Mirhəsən Seyidov müraciət edib.
 
1. Qəzadan yayılan görüntüdə yolun kənarında yük maşının dayandığı görünür. Görəsən, yük maşını niyə sürətli yolda dayanma-durma hərəkətindədir?!
2. Aidiyyatı qurumlar yük maşınına oturacaq əlavə edib sərnişin daşıyan sürücünü niyə yoxlamayıblar ?!
3. Sərnişin daşıyan sürücü sağdan necə ötmə hərəkəti edir ?
4. Sürücünün 100-ə yaxın cəriməsi olduğu halda niyə vəsiqəsi müsadirə olunmayıb
5. Sərnişin daşınması haqqında yoxlama tədbirləri nə zaman qaydasına minəcək ki, insanlar yaxın məsafələrə ölüm maşınlarında hərəkət etməyəcək.
6. Bütün bunlara nəzarət edən qurum hansıdır ?!
 
"20 Yanvar" dairəsində olan vəziyyət haqda isə ümumiyyətlə danışmağa dəyməz. Bura sanki başqa bir dövlətdir, sürücülərin insan ovuna çıxması hər kəsi bezdirir. İstər keçmiş nəqliyyat naziri Ziya Məmmədov, istərsə də digər qurumlar uzun illərdi ki, bu məsələni həll edə bilmədi. Ümid qalıb yeni nazir Ramin Quluzadəyə. Onun nəqliyyat sisteminə nə yenilik gətirəcəyi də sual altındadır.
 
Yuxarıda sadaladığımız suallara da yəqin ki, zamanla aydınlıq gələcək. Ancaq fakt odur ki, bu sürücülərin qudurğanlığı nəticəsində 5 ailə gözüyaşlı qaldı, sabaha olan ümidləri məhv oldu. 
 
Allah rəhmət eləsin, sürücülərə və aidiyyatı qurumlara isə insaf versin...
 
AZXEBER.COM
0
XƏBƏR LENTİ