13:14 Cümə, 22 Iyun 2018
İQTİSADİYYAT

Dollar dünya bazarında ucuzlaşır – MƏZƏNNƏLƏR

12:11, 06.03.2017706
Dollar dünya bazarında ucuzlaşır – MƏZƏNNƏLƏR

Qlobal bazarda dollar həftəyə ucuzlaşma ilə başlayıb. 

Fins.az xəbər verir ki, bazarda əsas valyutalar dollara qarşı bahalaşma nümayiş etdirib. Yalnız Azərbaycan manatı sabit kurs nümayiş etdirib.

Dolların hazırda manata nisbətdə rəsmi məzənnəsi 1.7548-dir. Dolların enişi digər valyutaların şkalada nəzərəçarpan artımına səbəb olub. Bu günə olan rəsmi məlumatlarda rubl, funt, avro dollara nisbətdə bahalaşıb. 

Rubl 0,9% artıb və hazırda 58.239 məzənnəsi ilə ticarət olunur. Avro isə 1,09% bahalaşıb və qlobal bazarda avro 1.0623 məzənnəsi ilə ticarət olunur. Funt 0,24% qalxaraq, 1.2297-ə satılır.

S&P 500 indeksi ötən həftəki ucuzlaşmadan sonra yenidən bahalaşmağa başlayıb. Lakin bu bahalaşma o qədər də böyük deyil. Cəmi 0,1% artan indeksin qiyməti indi 2383.12 dollara ticarət olunur. Qızılın düşməsi də bu həftənin ilk günündən davam edir və hazırda 12256.5-ə satılır.

XƏBƏR LENTİ