Dövlət Televiziyasını təhqir edib, tədbirdən qovan Rövşən Muradov kimdir?

17 Mart 2017, 14:10
AAA
Xəbər verdiyimiz kimi, bu gün Bakıda keçirilən V Qlobal Bakı Forumunun ikinci günündə tədbirin təşkilatçılarından olan Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin direktoru Rövşən Muradov ilə bir sıra jurnalistlər arasında qarşıdurma yaşanıb. 
 
Qarşıdurmanın yaranmasına səbəb Rövşən Muradovun jurnalistləri təhqir etməsi və Forumun işini işıqlandıran KİV nümayəndələrinin işinə kobud müdaxiləsi olub. Təşkilatçının jurnalistləri təhqir etməsi nəticəsində AzTV və Lider TV-nin əməkdaşları tədbiri işıqlandırmaqdan imtina ediblər. Rövşən Muradov jurnalisti təhqir edən zaman bir sıra media mənsubları da həmkarlarının müdafiəsinə qalxıblar və jurnalistlərin peşə fəaliyyətinə görə təhqir olunmasına etiraz ediblər. Ancaq qarşıdurmanı daha da alovlandıran Rövşən Muradov isə daha da irəli gedərək, mətbuata tədbiri qadağan etməyi təklif edib.
 
Bu haqda məlumatı olke.az saytı yazıb.
 
AZXEBER.COM jurnalistləri təhqir edən Rövşən Muradov haqda kiçik araşdırma aparıb. Məlum olub ki, Rövşən Muradov ilk olaraq Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi olub. Daha sonra isə mərkəzin direktoru təyin olunub.
 
Adıçəkilən mərkəz Nizami Gəncəvinin irsinin araşdırılması və onun dünyada təbliğ olunması məqsədi ilə fəaliyyət göstərən beynəlxalq, qeyri-kommersiya və qeyri-siyasi beynəlxalq təşkilatdır. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2011-ci il sərəncamına əsasən dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubiley tədbirlərinin keçirilməsi çərçivəsində 30 sentyabr 2012-ci il tarixində şairin vətəni Gəncə şəhərində keçirilmiş xüsusi toplantıda təsis edilmişdir. Mərkəz Azərbaycan Respublikasında təsis olunmasına baxmayaraq qərarverici qurumu dünyanın nüfuzlu ictimai və siyasi xadimlərindən təşkil olunmuş Beynəlxalq İdarə heyyətidir. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin əsas məqsədi müxtəlif xalqlar və mədəniyyətlərarasında dialoq, tolerantlıq və anlaşmanın təbliğ olunaraq Nizami Gəncəvinin əsərlərində təbliğ etdiyi ümumbəşəri dəyərlərin daha geniş miqyasda dünyaya təbliğ olunmasıdı. Nizami Gəncəvi BM müxtəlif hökumətlər, hökumətlərarası təşkilatlar və ictimai təşkilatlarla müxtəlif mövzularda sıx əməkdaşlıq etməkdədir. Mərkəzin baş ofisi Bakı şəhərində (Azərbaycan) yerləşməsinə baxmayaraq fəaliyyəti müxtəlif ölkələri əhatə etməkdədir.
 
Azərbaycan Dövlət İqtisad Universitetinin məzunu olan Rövşən Muradovın mart ayının 2-də şəxsi səhifəsində yazdığı status da maraq doğurur: "Nə iş görürsən, gör. NƏ edirsən, et. Nəticə 0"
 
Onu da qeyd edək ki, Rövşən Muradov Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun kadrlarından hesab olunur. Bəs görəsən, dövlət televiziyasını təhqir etmək hüququnu kim ona verib?
 
 

 


Oxunma sayı : 9647

Loading...
SON XƏBƏRLƏR
Azərbaycanlı şairin həyat yoldaşını quduz it dişlədi - Həkimlər iynə vurmadığı üçün öldü - 19 Avqust 2017, 18:14
“Sahil”in bağlanacağı vaxt açıqlandı: 10 ay işləməyəcək - 19 Avqust 2017, 17:58
Ölüm xəbəri çıxan Faytonçu Nazim danışdı – "Sağ-salamatam" (VİDEO) - 19 Avqust 2017, 14:08
İstirahət günü hava necə olacaq? - 19 Avqust 2017, 12:58
Dünyanın ən "axmaq" 10 estetik əməliyyatı - VİDEO - 19 Avqust 2017, 11:23
DİN: Avtobus sürücüsünə silah çəkən şəxsin kimliyi tam müəyyənləşib - 19 Avqust 2017, 11:01
Bərdədə 7 yaşlı uşağın ölüm səbəbi bəlli oldu - 19 Avqust 2017, 10:56
Mingəçevirdə naməlum kişi meyiti tapılıb - 19 Avqust 2017, 10:41
Cəbhədən YENİ XƏBƏR - 19 Avqust 2017, 10:38
Məşhur avtoritet Lənkəranskinin qəbri üstündə - 19 Avqust 2017, 10:31
Ağstafada camış qadına ağır xəsarət yetirdi - 19 Avqust 2017, 10:25
""Faytonçu" Nazim ölməyib, sağ-salamatdır" - Açıqlama - 19 Avqust 2017, 10:24
Bakıda qızıgilə gedən qadın yolda döyüldü - 19 Avqust 2017, 10:14
Keçmiş telekanal rəhbərinin çayda batan oğlunun meyiti tapıldı - 19 Avqust 2017, 10:08
Zığ şosesində qəza: yaralanan var - 19 Avqust 2017, 10:00
Faytonçu Nazimin ölüm xəbəri yayıldı - 19 Avqust 2017, 09:20
Namiq bu dəfə ARB-də layihə edəcək - fotolar - 18 Avqust 2017, 23:48
Bərdədə 7 yaşlı uşaq dünyasını dəyişib - 18 Avqust 2017, 22:07
3 yaşlı qızı oğurladılar - 18 Avqust 2017, 21:50
Rusiyanın ilk prezidentinin avtomobili satışa çıxarılıb - 18 Avqust 2017, 21:05
Azərbaycanda keçmiş telekanal rəhbərinin oğlu çayda batıb - 18 Avqust 2017, 20:15
Prezidentdən 4 qəsəbəylə bağlı sərəncam - 5,78 milyon ayrıldı - 18 Avqust 2017, 19:11
Zaqatalada ev yanıb - 18 Avqust 2017, 19:06
"Dənizdə hicabla çimmək düzgün deyil" - Hacı Şahin - 18 Avqust 2017, 17:55
Ağdaşda güclü yanğın: xəsarət alanlar var - 18 Avqust 2017, 17:48
Prezident Xəzər rayonuna pul ayırdı - 18 Avqust 2017, 17:34
22 yaşlı azərbaycanlı beynəlxalq axtarışa verildi - 18 Avqust 2017, 17:22
Dolların qarşıdakı üç günə olan məzənnəsi açıqlandı - 18 Avqust 2017, 17:16
Çağırışa gedən təcili tibbi yardım həkimi döyüldü - 18 Avqust 2017, 17:05
Yüksək vəzifəli məmur vəfat etdi - 18 Avqust 2017, 16:34
Tələbə qızdan əl çəkməyən 8 uşaq atası: "Bir gün məndən yazacaqlar" - 18 Avqust 2017, 16:16
Gənclər təşkilatı Aran regionunda intellektual birinciliyə start verdi - 18 Avqust 2017, 15:44
"Yayılan sənədlər saxtadır" - Müdafiə Nazirliyindən Ermənistana cavab - 18 Avqust 2017, 15:20
Prodüser Təranə: "Renka sevgilisinə xəyanət edirdi" - 18 Avqust 2017, 15:16
Keçmiş MTN generalı: “Heç kimdən pul almamışam” - 18 Avqust 2017, 14:47
"Arvadımı başqası ilə gəzdiyi üçün öldürdüm" - Göygöldə arvadını və qaynanasını öldürən - 18 Avqust 2017, 14:33
Ərəb qadının "Park Bulvarda" başına gələnlərlə bağlı AÇIQLAMA - 18 Avqust 2017, 14:29
Sürücülərin nəzərinə: “Led” işıqları təhlükəlidir - 18 Avqust 2017, 13:43
Ərdoğan Azərbaycana gələcək - 18 Avqust 2017, 13:21
"Mahir Mədətov yaxşıdı, Əfran isə..." - Bakı sakinləri Azərbaycan futbolundan danışdılar (VİDEOSORĞU) - 18 Avqust 2017, 13:05
Qubada iki övlad atası baltalandı - 18 Avqust 2017, 12:57
Əflatun Amaşov “Turan”dakı yoxlamalardan danışdı - 18 Avqust 2017, 12:54
Baş nazirin müavini Əli Həsənovun həbsdəki nəvəsinin işində şok gəlişmə - özü payızda könüllü istefa verəcək - 18 Avqust 2017, 12:34
Arvadını və qaynanasını öldürən şəxs təslim oldu - Göygöldə dəhşət - 18 Avqust 2017, 12:30
Renkadan Təranəyə cavab: "O qadın o bədəni ilə dənizə girəndə adam utanır” - 18 Avqust 2017, 12:17
Bütün xəbərlər >>


Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 32, Ofis 10
Bizim email ünvanımız: [email protected]
Əlaqə nömrəsi
012-493-13-65
077-270-01-10