Eldar Mahmudova tabe olan icra başçıları - Siyahıda kimlər var?

06 Mart 2017, 13:20
AAA
 
Eldar Mahmudovun çetesi ifşa ediləndən sonra bir çox iş adamlarının adları ittiham aktlarına zərərçəkən qismində yazıldı. Bu şəxslərin əksəriyyəti vaxtilə ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin yarıqaranlıq dəhlizlərindən keçmiş, var-yoxları əllərindən alınmışdı, özlərinin adı ən müxtəlif qondarma işlərə təqsirləndirilən şəxs kimi yazılmışdı. Eldar Mahmudovun özü və ətrafı varlandıqca, iş adamları sıradan çıxır, ölkədə biznes mühiti də xoş olmayan məcraya yönəlmişdi. Böyük xərcə salınan iş adamları ən müxtəlif yollara əl atmaqla vəziyyətdən çıxmağa çalışıblar. Belə şəxslərdən biri də "Qozbel İman” ləqəbli İman Quliyev olub.

Onun barəsində əvvəllər yazılmışdı. "Xalqlar Dostluğu” ticarət mərkəzinin sahibi, tikinti maqnatı İman Quliyev vaxtilə "MTN çetesi”nin qarmağına düşüb. Onu MTN-ə aparıb qorxudub, şantaj edib pulunu alıblar, özünü isə sərbəst buraxıblar. Bu hal bir neçə dəfə təkrarlansa da, onun adı "MTN işi” üzrə aparılan araşdırmalar çərçivəsində zərərçəkən kimi keçmir.
 
İ.Quliyev "MTN çetesi”nin həbs edilməyən, sərbəst hərəkət imkanları olan üzvlərinin ona qarşı qanunsuz addımlar atmasından çəkinir. Gələn məlumatlara görə, İman Quliyev rəsmən müflisləşib. İş adamı obyektlərini satışa çıxarıb. Söhbət Yasamal rayonunda yerləşən "Filiz” şadlıq sarayı və 8-ci kilometrdəki "Şərq Saray”dan gedir. Məlumata əsasən, ümumi sahəsi 18 sot olan "Filiz” şadlıq sarayı "Quzu” restoranı ilə birlikdə satılır. Şadlıq evinin qiyməti 4 milyon 800 min manatdır. İndi icarədə olan "Filiz” sahibinə ayda 25 min manat gəlir gətirir. "Şərq Saray”ı da hazırda fəaliyyət göstərir. Ümumi sahəsi 65 sot olan şadlıq evinin qiyməti öncəki şadlıq sarayından 3 dəfə bahadır – 12 milyon manat.

İ.Quliyev çoxsaylı obyektlərin – "Romans” şadlıq evi, "Şərq Saray” şadlıq evi, "Xalqlar Dostluğu” ticarət mərkəzinin, "Qreen Haus” istirahət mərkəzləri şəbəkəsinin sahibidir. Eyni zamanda tikinti sektorunda da ciddi payı olub. Hakimiyyətdəki iki nüfuzlu generalla qohumluq əlaqələri olan İ.Quliyevin son vaxtlar öz biznesini xaricə köçürdüyü haqda məlumatlar var. Ölkədə Mahmudov çetesinin quldurluğu ilə üzləşən bir çox sahibkarlar bizneslərini daha təhlükəsiz dövlətlərə köçürüblər. Bundan ziyan çəkən Azərbaycan dövlətnin büdcəsi, iş yerlərini itirən sadə vətəndaşlar olub. Varlanan, harınlaşanlar isə Eldar Mahmudov və ətrafında qərarlaşıblar.
 
Maraqlıdır ki, MTN generallarına çəpik çalan, onların qanunsuz əməllərini mədh edən, can-başla yerinə yetirən vəzifə sahibləri də çox olub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ənvər Seyidovun Eldar Mahmudova mədhnamə yazması, onun qanunsuz əməllərini təqdirəlayiq hərəkətlər kimi təqdim etməsi yaddaşlardan silinməyib. Ə.Seyidovun məktubu üzə çıxmasaydı, bu gün onun MTN çetesi ilə əlaqələri bilinməyəcəkdi. Onun özü də kölgədə qalacaqdı. Bu gün "mahmudovçu”larla əlaqələri bilinən vəzifə sahiblərindəndir. Amma bilinməyənləri də az deyil.

Uzun illər boyunca qarşılıqlı mənfəətə əsaslanan münasibətlər sistemi də formalaşıb. İcra hakimiyyəti başçılarının bəziləri də "mahmudovçu”ların maraqlarını təmin edənlər sırasında olub.

Xəzər rayon icra hakimiyyətinin başçısı Gülağa İslamovun adı da bu sırada ilk yerlərdən birində gəlir. Bu haqda bir müddət əvvəl vəkil Ramiz Zeynalov yazmışdı. Bildirmişdi ki, 2010-cu ildə Türkan qəsəbəsində 8 hektar torpaq sahəsini Xəzər RİH Türkan qəsəbəsi üzrə nümayəndəsi Rahib Babayev və İlham İslamov tərəfindən hasara alınıb. Sonradan isə həmin torpaq sahəsi Gülağa İslamov tərəfindən Eldar Mahmudova hədiyyə edilib.

2013-cü ildə də sabiq nazirə belə bir hədiyyə verilib. Bu dəfə aeroport şossesində yerləşən "Azpetrol” yanacaqdoldurma məntəqəsinin arxasındakı 10 hektar torpaq sahəsi G.İslamovun qanunsuz sərəncamı ilə E.Mahmudovun əmisi oğlu Yaşar Mahmudova peşkəş edilib. Ərazi hasarlanıb və restoran kompleksi inşa olunub.
 
Vəkil yazıb ki, Gülağa İslamov rayonun Mərdəkan qəsəbəsində yerləşən unikal Dendrari parkının və ona bitişik Kurortlar Şurasının balansında olan 5 hektar sahəni qanunazidd olaraq 2008-ci il tarixli sərəncamı ilə sabiq nazir Eldar Mahmudova fərdi yaşayış evi inşa etmək üçün ayırıb.

2014-cü ilin yanvar ayında isə G.İslamov Eldar Mahmudovun ən yaxın adamı Lalə Əhmədovanı özünə müavin təyin edib. Lalə Əhmədova 2015-ci il parlament seçkilərində 17 saylı Yasamal seçki dairəsindən hakim Yeni Azərbaycan Partiyasının namizədi kimi seçkilərə qatılıb.

Lakin Eldar Mahmudov 17 oktyabrda prezident İlham Əliyev tərəfindən vəzifəsindən çıxarıldıqdan 10 gün sonra Lalə Əhmədova könüllü olaraq namizədliyini geri götürdü. Həmin vaxt icra başçısının xanım müavinin seçkilərdə namizədliyinin məhz MTN rəhbərliyi tərəfindən irəli sürülməsi ilə bağlı mətbuatda xəbərlər vardı.
 
Xəzər rayon İcra Hakimiyyəti başçısının müavini Vaqif Həsənovun MTN-in Antiterror Mərkəzinin müavini olmuş, həbsdə müəmmalı şəkildə dünyasını dəyişmiş İlqar Əliyevə 2 mərtəbəli mağaza bağışlaması haqda məlumat da var. Həmin mağaza Mərdəkan qəsəbəsinin girəcəyinin solunda, hazırda "Embawood” şirkətinin icarəsində olan 2 mərtəbəli binadır. Bina Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilov vasitəsilə rəsmiləşdirilərək bağışlanıb. Beləliklə, iki müavin birləşib MTN-çi İ.Əliyevə bina bağışlayıb.

Hazırda Mahmudovun çetesinə tabe olmuş və icra hakimiyyəti strukturlarında post tutan məmurlarla bağlı müvafiq araşdırmalar aparılır. Bu strukturlar arasında Eldar Mahmudova boyun əymiş, onunla əməkdaşlıq etmiş, tapşırıqlarını icra etmiş və MTN xətti ilə icra başçısı vəzifəsinə təyin olunmuş məmurlar təftiş edilir. Onların siyahısı hazırlanır və Prezident Administrasiyasına təqdim olunacaq. Paralel olaraq hazırda vəzifədə olmayan, keçmiş icra başçıları ilə bağlı araşdırmalar aparılır. Onlar barəsində mətbuatda kifayət qədər yazılıb. Adı MTN işində keçmiş icra başçıları ilə bağlı hansı qərar veriləcəyi bilinmir.
 
Musavat.com

Oxunma sayı : 19408

Loading...
SON XƏBƏRLƏR
Qazax rayonunda çay kənarında meyit aşkarlanıb - 28 İyun 2017, 21:34
"Əl-Qaidə" silahlıları BMT-nin Liviyadakı missiyasının üzvünü girov götürüb - 28 İyun 2017, 20:26
Bakıda dənizdə batmaq təhlükəsi ilə üzləşmiş şəxs xilas edilib - 28 İyun 2017, 19:57
ÜAK-ın apelyasiya şikayətinə baxılacağı tarix açıqlanıb - 28 İyun 2017, 18:42
Şeyxin qudası pivə içən molladan danışdı - "Məkkədə "həci pivəsi" görmüşəm" - 28 İyun 2017, 18:39
SOCAR-ın qayığı qəzaya uğradı: Xəsarət alanlar var - 28 İyun 2017, 18:36
"Səhərlər mənə düşmür, atamı, bacı və 2 övladımı itirdim" - Əlikram Bayramov - 28 İyun 2017, 17:39
Azərbaycan Prezidenti Polşada rəsmi səfərdə olub - 28 İyun 2017, 17:37
"Beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılmasında Azərbaycan fəal iştirak edir" - 28 İyun 2017, 17:26
Cəlilabadda mağaza yandı - 28 İyun 2017, 17:01
Səmranın ehtiraslı klipi və yeni mahnısı plaqiat çıxdı - VİDEO - 28 İyun 2017, 16:48
Bakıda yol polisi hamilə qadını və taksi sürücüsünü təhqir edib, cərimələdi - FOTO - 28 İyun 2017, 16:39
General və adamları üçün Mərdəkanda villalar necə tikilib?- qaçqınlarla qarşıdurma, hədə-qorxu... - 28 İyun 2017, 16:37
Qənirə Paşayeva AŞPA-da Ermənistan heyətinə sərt cavab verdi - 28 İyun 2017, 16:24
Azərbaycanlı SEPAH-çı qızının gözü önündə güllələndi - 28 İyun 2017, 16:18
Azərbaycanlı avtoriteti döydürən “oğru”lar ələ keçdi - ƏMƏLİYYAT - 28 İyun 2017, 15:48
22 yaşlı Leylanın ölümünə səbəb olan əməliyyat: LİPOSAKSİYANIN TƏHLÜKƏLƏRİ - 28 İyun 2017, 15:48
13 yaşlı oğlana tamah salan 44 yaşlı kişi tutuldu - 28 İyun 2017, 15:47
General Hüseyn Rəsulbəyovun adı əbədiləşdirilir - 28 İyun 2017, 15:08
Elza Seyidcahan özünə eşşək dedi: "Hamı bizə bənzəsin" - 28 İyun 2017, 14:54
Müdafiə Nazirliyindən ordumuzun 8 nəfər itki verməsi barədə fikirlərə - Münasibət - 28 İyun 2017, 14:43
AzTV-də özünü alman turist kimi təqdim edən İbrahimin atası danışdı: Oğluma görə çox narahatam - 28 İyun 2017, 14:35
Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ - 28 İyun 2017, 14:25
Bazarda yer üstündə atışma: bir azərbaycanlı yaralandı, digəri tutuldu - 28 İyun 2017, 14:02
Aynişan əməliyyat olundu - FOTOLAR - 28 İyun 2017, 13:45
Müsavatın saxta vəsiqəsi ilə mühacirətə gedən şəxs barəsində axtarış elan olunub - 28 İyun 2017, 13:29
Rusiyada iki azərbaycanlı həbsdən qaçdı - TƏHLÜKƏ XƏBƏRDARLIĞI - 28 İyun 2017, 13:25
2 uşaq dərmandan, 2 nəfər isə spirtli içkidən zəhərləndi - 28 İyun 2017, 13:10
Ailəsi 22 yaşlı Leylanın ölümündə gizlədilən faktları açdı: "Əməliyyatın pulunu geri qaytarıb dedilər ki..." - 28 İyun 2017, 12:51
Bakıda bağ evinə basqın edən şəxslər gözətçini döyüb evi yandırıblar - 28 İyun 2017, 12:31
İntihara cəhd edən gəlinin dayısını maşınla vurdular - Salyanda dram - 28 İyun 2017, 12:28
Sonuncu buraxılış imtahanında 60 minə yaxın şagird iştirak edəcək - 28 İyun 2017, 12:24
Azərbaycanın ən qalmaqallı kosmetoloqu vəzifəli şəxsin həyat yoldaşını ölümdən xilas etdi - FOTOLAR - 28 İyun 2017, 12:03
Könül Xasıyeva uzun fasilədən sonra səhnədə - video - 28 İyun 2017, 11:42
Zakir Həsənov NATO-nin toplantısında iştirak edəcək - 28 İyun 2017, 11:38
Qızıl bahalaşdı - 28 İyun 2017, 11:17
Xalq artisti "Afaq Bəşirqızı qələt edir..." - 28 İyun 2017, 11:10
Bakıda qadın kişini polisin gözü qarşısında yerə sərdi: "Mən "işverən" deyiləm" - VİDEO - 28 İyun 2017, 10:55
İstirahət və bayram günləri yol qəzalarında 10 nəfər ölüb - 28 İyun 2017, 10:45
“İş adamları problemlərin həllində fəal olmalıdırlar” - Mehriban Əliyeva - 28 İyun 2017, 10:21
Telekommunikasiya şirkəti Bakı Metropolitenini məhkəməyə verib - 28 İyun 2017, 10:03
"Otellərdə bir dənə də boş yer yox idi" - Nazir - 28 İyun 2017, 09:59
Ermənilər iriçaplı pulemyotlardan və qumbaraatanlardan da istifadə etməklə atəşkəsi pozub - 28 İyun 2017, 09:35
Türkiyədə 3 hərbçi şəhid olub - 27 İyun 2017, 21:00
Azərbaycanda şirkət rəhbəri və telekanal əməkdaşı öldü: Dəhşətli qəza - 27 İyun 2017, 20:42
Bütün xəbərlər >>


Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 32, Ofis 10
Bizim email ünvanımız: azxeber@mail.ru
Əlaqə nömrəsi
012-493-13-65
077-270-01-10