17:52 çərşənbə Axşamı, 20 Fevral 2018
DÜNYA

Ərdoğan: "Aİ artıq insan hüquq və azadlıqlarının rəmzi deyil"

17:33, 14.03.2017442
Ərdoğan:
"Avropa İttifaqı artıq insan hüquq və azadlıqlarının rəmzi deyil".

Bunu Ankarada çıxışı zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O, Niderlandı soyqırım törətməkdə də ittiham edib: "Biz Niderlandı Srebrenitsadakı qırğından tanıyırıq. Onlar səkkiz min bosniyalını qırmaqla öz mahiyyətini göstərib".

Onun sözlərinə görə, Türkiyənin inkişafı və böyüməsi kimin üçünsə ümidverici olsa da, Niderland və Almaniya kimi ölkələr üçün bu, əsl kabusdur.

R.T.Ərdoğan qeyd edib ki, əvvəlki Türkiyəyə öyrəşənlər bu gün onun mövqeyini qəbul edə bilmir. Ona görə də öz dəyərlərini ayaq altına alır, insan hüquqlarını, beynəlxalq hüquq normalarını pozur: "Ankara Avropa ölkələrinin rəhbərlərinə dəfələrlə bəyan edib ki, onlar faşistlərə və irqçilərə uymasınlar. Bu, onlara ciddi ziyan vura bilər. Təəssüf ki, son həftədə baş verən hadisələr bizim gümanlarımızı doğrultdu. Niderlan hökumətinin nazirimizə qarşı hərəkətlərini Türkiyəyə, türk xalqına, beynəlxalq hüquqa və diplomatiyaya hörmətsizlik kimi təqdim edirik".

Qeyd edək ki, Niderland hakimiyyəti Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun təyyarəsini ölkəyə buraxmayıb. Nazir Türkiyə vətəndaşlarını aprelin 16-da keçiriləcək referendumla ölkə konstitusiyasına nəzərdə tutulmuş dəyişikliklər barədə məlumatlandırmaq üçün Rotterdamda mitinqdə iştirak etmək istəyirdi.

Bundan sonra Türkiyənin ailə və sosial siyasət naziri Fatma Betül Sayan Qaya yerüstü nəqliyyat vasitəsilə gələrək mitinqdə iştirak etməyə cəhd edib. Lakin Niderland DİN-in əməkdaşları yolu bağlayıb, hakimiyyət isə naziri "arzuolunmaz şəxs" elan edərək ölkədən çıxarıb.

Bununla əlaqədar olaraq Türkiyə XİN Niderland tərəfinə nota ünvanlayıb.
///Trend
0
XƏBƏR LENTİ