17:53 çərşənbə Axşamı, 20 Fevral 2018
İDMAN

"Fənərbağça"dan təklif: Emenikeni al, Popovu ver

14:35, 13.03.2017432

 

Moskva "Spartak"ının yarımmüdafiəçisi İvelin Popov karyerasını Türkiyədə davam etdirə bilər.

Bolqarıstanlı futbolçu "Fənərbağça"nın maraq dairəsinə düşüb.

Ruslar Popova görə 6 milyon avro tələb etsələr də, bu, "Fənərbağça" rəhbərliyini razı salmayıb. İstanbul klubu əvəzində Popovla Emmanuel Emenikeni dəyişmək təklifini irəli sürüb.
 
Qış transfer dövründə adı "Trabzonspor"la birgə hallanan xavbek Türkiyəyə köçməyə qarşı deyil.
 
Rusiya çempionatının cari mövsümündə 13 oyunda iştirak edən Popov 2 qola imza atıb.
 
Qeyd edək ki, 2015-ci ildən "Spartak"da çıxış edən Popov 2007-ci ildən Bolqarıstan millisinin də şərəfini qoruyur.


 
///Apasport
0
XƏBƏR LENTİ