Geomaqnit qasırğası baş verəcək - XƏBƏRDARLIQ

17 Yanvar 2017, 17:02
AAA

 

"Günəşin səthində 24 ləkə və 2 fəallıq qrupu (ləkələr toplusu - AR) müşahidə olunur. Diskin kənarına yaxın yerləşən aktiv regionlar AR 2625 və 2626 nisbətən maqnit konfiqurasiyasına malik olduğundan bu regiona daxil olan Günəş ləkələrinin yaxınlığında güclü alışmanın baş vermə ehtimalı aşağıdır. Bir azdan bu aktiv regionlar Günəşin fırlanması səbəbindən görünən diskin ortasına yaxınlaşaraq "geoeffektiv" olacaq. Bu vəziyyətdə alışma baş verərsə, onlar Yerə birbaşa təsir edəcək". 

Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayev deyib. Onun sözlərinə görə, hazırda əsas geomaqnit indekslərindən biri olan Kp-nin qiyməti 1-dir (maksimum 9 olur) və bu da zəif həyəcanlaşma deməkdir. Bu gün-sabah, xüsusilə də 18-19 yanvar tarixlərində geomaqnit həyəcanlaşmasının artacağı, böyük ehtimalla yuxarı en dairələrində G1 səviyyəli geomaqnit qasırğasının baş verəcəyi gözlənilir: "Maksimal şkala G5-dir və bu cür qasırğalar nadir hallarda baş verir. Hazırda planetlərarası maqnit sahəsinin (PMS) "zkomponenti"nin cənub istiqamətini göstərməsi həyəcanlaşma ehtimalını bir az da artırır - bu halda yüklü plazma zərrəciklərinin Yerin maqnitosferinə asan daxil olması üçün əlverişli fiziki şərait yaranır. Geomaqnit həyəcanlaşmasının (və hətta geomaqnit qasırğasının) 18-19 yanvarda baş verməsinin əsas səbəbi Günəş səthində (mərkəzində) hazırda mövcud olan və kanyonabənzər "tac dəliyi"ndən ("coronal hole" - CH) başlanğıcını götürəcək yüksək sürətli (650km/san-dən böyük) Günəş plazma küləyinin təsiri olacaq ("tac dəlikləri" demək olar ki, açıq maqnit qüvvə xətləri olan sahələrdir; buradan yüklü zərrəciklər Günəş tacını asanlıqla tərk edir və sürətlə planetlərarası fəzaya yönəlir). Yerətrafı fəzaya çatan yüksəksürətli plazma küləyi Yerin maqnit sahəsi (Yer maqnitosferi) ilə təmasda olaraq geomaqnit həyəcanlaşmasına səbəb olacaq".
 
E.Babayev əlavə edib ki, cari gözlənilən qasırğa yuxarı en dairələrində daha effektiv olacaq və bizim yerləşdiyimiz orta coğrafi en dairələri üçün təsirin orta olması gözlənilir. Sağlam insanlar üçün narahatlığa səbəb yoxdur, lakin qış günlərinin meteoroloji şəraitinin tipik və kəskin dəyişmələri (atmosfer təzyiqi, temperatur, külək) kosmik hava şıltaqlıqları ilə tandem təşkil etdikdə risk qrupuna daxil olan insanlar üçün diskomfort yarana bilər: "Neqativ təsir bu gün, sabah, həmçinin 19 yanvarda hiss ediləcək, xroniki xəstələr (xüsusilə də, ürək-qan- damar xəstəlikləri olan insanlar), ahıl insanlar və azyaşlılarda bu, özünü bir az qabarıq şəkildə büruzə verəcək. Həkim məsləhəti əsasında profilaktik (qabaqlayıcı) tədbirlərin görülməsi faydalı ola bilər. Geomaqnit həyəcanlaşmaları kosmik hava şəraitini mürəkkəb və əlverişsiz edir. Yazılanlar analizlər əsasında verilmiş proqnozdur, real geomaqnit vəziyyətin bu gün, sabah, həmçinin 19 yanvar tarixlərində nə qədər gərgin olacağı isə planetlərarası maqnit sahəsinin istiqamətindən və Günəş küləyinin sürətindən də asılı olacaq".


///APA

Oxunma sayı : 348

Loading...
SON XƏBƏRLƏR
Azərbaycanda vahid taksi sistemi yaradılacaq - 29 Mart 2017, 17:41
“Neftçi” – “Qarabağ” oyununun hakimi məlum oldu - 29 Mart 2017, 17:38
Dolların sabaha olan məzənnəsi - 29 Mart 2017, 17:20
Fikrət Qocadan Elza Seyidcahana sərt reaksiya: "Utanıb, xəcalət çəksin" - 29 Mart 2017, 17:16
“Kristal Abşeron” müştəriləri aldadır - ŞOK FIRILDAQ - 29 Mart 2017, 16:58
Bakıda bütün avtobuslar kart sisteminə keçəcək - Müddət açıqlandı - 29 Mart 2017, 16:55
Azərbaycanda internat məktəbinin direktoru uşaqlara işgəncələr verirmiş - 29 Mart 2017, 16:43
Azərbaycanlı oliqarxlara görə keçmiş deputatın evində axtarış - Məşuqəsi tapıldı - 29 Mart 2017, 16:32
Nəsimi rayonunda müşavirə keçirilmişdir - 29 Mart 2017, 16:22
Qəzada həlak olan tələbələrin ailələrinə yardım edildi - 29 Mart 2017, 16:17
"Qatilin ya başı kəsilsin, ya güllələnsin" - 7 yaşlı övladı öldürülən qadın - 29 Mart 2017, 16:03
Anar Məmmədov ticarət mərkəzini satdı -Bütün brend mallar 90 faiz endirimdədir - 29 Mart 2017, 15:57
"Nə yaza, nə də oxuya bilirəm" - "Şərurlu İsfəndiyar"dan məhkəmədə şok ifadə - 29 Mart 2017, 15:37
"Sosial yardımın məbləği artırıla bilər" - Nazirdən əhaliyə şad xəbər - 29 Mart 2017, 15:25
Bulvardakı pulsuz “Wi-Fi”dan necə istifadə etmək olar? - 29 Mart 2017, 15:13
Sürücülərin nəzərinə - Aeroporta gedən yol bağlanır - 29 Mart 2017, 15:02
Bakıda 25 yaşlı qadın 14 yaş böyük ərini atıb evdən qaçdı - 29 Mart 2017, 14:43
Müflis olan bankların mülkləri müsadirə edilərək satılacaq - 29 Mart 2017, 14:32
“SOCAR Polymer” şirkəti Yay Təcrübə Proqramına başladı - DİQQƏT - 29 Mart 2017, 14:27
Azərbaycanda "körpü bank"lar yaradılacaq - 29 Mart 2017, 14:20
"Bunu etsək, insanlar işləməkdən yorularlar" - Səlim Müslümov - 29 Mart 2017, 14:09
Sabah hava necə olacaq? - 29 Mart 2017, 13:55
Kürdəmirdə ruhi xəstə intihar edib - 29 Mart 2017, 13:43
"Kreditlərin bir hissəsini hökumət və banklar öz öhdəsinə götürsün" - Deputatdan təklif - 29 Mart 2017, 13:40
DİN atanın azyaşlı oğlunu qətlə yetirməsi ilə bağlı məlumat yayıb - 29 Mart 2017, 13:34
Azərbaycanda 21 yaşlı qız özünü asdı - 29 Mart 2017, 13:20
"Heç kim şoka-zada düşməsin, Cavanşirlə uzun illər..." - 29 Mart 2017, 13:17
"Az qala mobil telefonum partlayacaqdı" - Dmitri Nazarov - 29 Mart 2017, 13:11
Ermənilər Ağdamın işğal olunmuş ərazilərində hərbi təlim keçir - 29 Mart 2017, 12:49
Avtobus sürücüsü 20 yaşlı kar qızı zorladı - "Digər sürücü bizə baxıb gülürdü" - 29 Mart 2017, 12:37
Ramin Hacılının evi yandırıldı - FOTOLAR - 29 Mart 2017, 12:28
18 yaşlı qız özünü zəhərlədi - 29 Mart 2017, 12:24
Bakıda turistləri Tarix Muzeyinə buraxmadılar - İş günü qapıları bağladılar - 29 Mart 2017, 12:09
Dünyaya barış mesajı - Günel Səfərova - 29 Mart 2017, 11:56
Azərbaycanda universitet prorektoru vəfat edib - 29 Mart 2017, 11:53
7 yaşlı övladını vəhşicəsinə öldürən şəxslə bağlı - ŞOK FAKTLAR - 29 Mart 2017, 11:41
Abituriyentlərin sayı kəskin azaldı - Ödənişli olandan sonra - 29 Mart 2017, 11:28
"Sahibkarlar boş iş yerlərinin sayını gizlədirlər"- Hadi Rəcəbli - 29 Mart 2017, 11:18
Bankdan 40 milyon çıxarıb "Ferrari" almaq istəyən Dadaşova bacıları: "VİP müştəri xahiş etmişdi..." - 29 Mart 2017, 11:15
Elza Seyidcahandan yeni şeir: “İstəyirsən gəl siniyə” - VİDEO - 29 Mart 2017, 11:07
Qardaşının qan içində qalmış meyitini tapdı - Bakıda faciə - 29 Mart 2017, 11:00
Daha bir intihar - Yarımçıq tikilidə özünü asdı - 29 Mart 2017, 10:55
“Sür Əmioğlu” filmi seçim kastinqini elan edir - 29 Mart 2017, 10:53
Bar qızlarını döydü, şirkət rəhbərlərini... - Bakıda ağlasığmaz dələduzluq - 29 Mart 2017, 10:39
Cəbhədə gərginlik davam edir - Ermənilər 3 mərmi atdılar - 29 Mart 2017, 10:32
Bütün xəbərlər >>


Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 32, Ofis 10
Bizim email ünvanımız: [email protected]
Əlaqə nömrəsi
012-493-13-65
077-270-01-10