İlham Əliyevdən Fransada Sarkisyana cavab: "Əgər bu qədər ağıllısansa..."

14 Mart 2017, 14:55
AAA

Fransada səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev Parisdə Parisdə Fransa Şirkətlər Hərəkatının (MEDEF) biznes şurasının üzvləri ilə görüşüb.

Prezidentin rəsmi saytı İlham Əliyevin həmin görüşdəki nitqinin stenoqramını yayıb.

Prezident çıxışında MEDEF-in Azərbaycanla Fransa arasında iqtisadi əməkdaşlığın təşviqində mühüm rolunu qeyd edib. Bildirib ki, Azərbaycanla Fransanın çox yüksək səviyyədə iqtisadi əlaqələri var, bir çox layihələr icra olunub, bir çox Fransa şirkətləri Azərbaycanda uğurlu fəaliyyət göstərir.

"İqtisadiyyatımıza yatırılan investisiyaların həcmi 2 milyard dollardan çoxdur. Bu sərmayələr əsasən enerji sektoruna qoyulub, lakin qeyri-neft sektoruna da bəzi sərmayələr yatırılır. Bu isə hazırki mərhələdə bizim üçün çox mühüm əhəmiyyət kəsb edir”-Azərbaycan prezidenti deyib.

İlham Əliyev fransalı iş adamlarının nəzərinə Azərbaycanda həyata keçirilən əsaslı islahatlar barədə çatdırıb. Deyib ki, bu islahatlar əsasən ötən il olub.

"Ötən il çox dərin iqtisadi islahatlar ili olub. Bu təşəbbüsə beynəlxalq maliyyə institutları çox güclü dəstək göstərib. Bu, iqtisadiyyatımızınşaxələndirilməsinə aparan bir yoldur. Əslində, biz neft və qazdan asılılığı azaltmaq üçün bunun üzərində uzun illər idi ki, çalışırdıq və bunu etməyə nail olduq”-prezident bildirib.

İlham Əliyev deyib ki, Azərbaycan islahatlarda inkişaf etmiş ölkələrin təcrübəsindən də istifadə edir. Eyni zamanda bu işə məsləhətçilər cəlb edir: "Bizim çox yaxşı məsləhətçilərimiz var. Onlar bizə iqtisadiyyatımızın hər bir sektoru üçün strateji yol xəritələri hazırlamağa kömək edirlər. Azərbaycanda iqtisadi inkişaf sabitdir. Əvvəlki illərdə ümumi daxili məhsulun göstəricisi çox yüksək olmuşdur və bu da əsasən neft və qaz sektorunun sayəsində baş verib. Lakin artım təkcə bu sektorla bağlı deyildi. Bu gün Azərbaycanda sabit iqtisadi və siyasi vəziyyət ölkə iqtisadiyyatının cəlbedici olması üçün ilkin şərtlərdən biridir. Biz bu nəticələrə çox ağır bir şəraitdə nail olduq. Bu, humanitar fəlakət idi. Biz bütün beynəlxalq hüquq normalarını pozan Ermənistanın Azərbaycana qarşı təcavüzü və torpaqlarını işğal etməsi nəticəsində evlərinı və əmlakını itirmiş yüz minlərlə qaçqın və məcburi köçkünü yerləşdirməli olduq”.

Daha sonra Qarabağ münaqişəsi haqda danışan İlham Əliyev Dağlıq Qarabağ və ətraf ərazilərdə Avropadan, həmçinin təəssüf ki, Fransadan olan bəzi şirkətlərin fəaliyyəti ilə bağlı narahatlıq ifadə edib.  Prezidentin bildirdiyinə görə,  bəzi şirkətlər bu ərazilərdə qanunsuz fəaliyyət göstərir ki, bu da qəbuledilməzdir.

Sitat: "Bu, beynəlxalq hüququ, bizim qanunvericiliyimizi pozur və Azərbaycan bu məsələni beynəlxalq müstəvidə qaldırmaq üçün ciddi addımlar atır, həmçinin beynəlxalq məhkəmə institutlarına müraciət edir. Ona görə də mən bu narahatlığı ifadə etmək və torpaqlarımızda qanunsuz fəaliyyət göstərən şirkətləri bu fəaliyyətdən çəkinməyə çağırmaq istərdim. Bu fəaliyyət çoxlu gəlir gətirməyəcək, lakin çoxlu çətinliklər yarada bilər. Bu, ölkələrimiz arasındakı çox yaxşı, dost münasibətlərinə uyğun deyil. Mən başa düşürəm ki, bu şirkətlər bunu öz riskləri hesabına edirlər, lakin mənim borcum sadəcə onlara bundan çəkinməklə bağlı xəbərdarlıq etməkdir”.

İlham Əliyev çıxışını davam etdirərək Ermənistan prezidenti Serj Sərkisyanın bir neçə gün əvvəl MEDEF-dəki çıxışına toxunub. Bildirib ki, Ermənistan prezidentinin MEDEF-də çıxış edərkən investorları öz ölkəsinə investisiya yatırmağa inandırmaq əvəzinə, tamamilə əsassız iddialarla Azərbaycanı, onun iqtisadiyyatını nüfuzdan salmağa çalışdığını ona deyəndə təəccüblənib.

"O, innovasiyalar barədə danışırdı, deyirdi ki, Ermənistan innovasiyalar ölkəsidir. Açığını deyim, biz Azərbaycanda buna gülürdük, çünkiçox məşhur bir deyim var - əgər bu qədər ağıllısansa, niyə bu qədər kasıbsan. Ermənistanın təbii ehtiyatlara malik olmaması faktı o demək deyil ki, xalq bundan əziyyət çəkməlidir. Fransa da daxil olmaqla, dünyanın əksər inkişaf etmiş ölkələrinin təbii ehtiyatları yoxdur. Lakin onlar düzgün idarəçilik, şəffaflıq, etibarlılıq, standartlar, təhsil, bilik və innovasiya sayəsində öz ölkələrini inkişaf etdirirlər. Ona görə də Ermənistan prezidenti fransız şirkətlərinə nağıl danışmaq əvəzinə, yaxşı olardı ki, diqqəti əhalisinin yarısından çoxu gələcək üçün heçbir perspektivi olmayan, yoxsulluq həddindən də aşağı yaşayan ölkədəki dəhşətli iqtisadi vəziyyətə cəmləsin. Onların rəsmi statistikasına görə, hər il Ermənistanı 60 min insan tərk edir, bizdə olan məlumata görə isə bu rəqəm 100 minə yaxındır. Əgər bu ölkə belə yaxşı və cəlbedici olsaydı, ola bilsin ki, insanlar qalmağı tərk etməkdən üstün tutardılar»-İlham Əliyev Sərkisyana cavab olaraq deyib.

Prezident bildirib ki, Azərbaycanda islahatlar davam etdiriləcək və qarşıdakı illərdə bizim əsas diqqət yetiriləcək sahə iqtisadiyyatın qeyri-neft sektoru, əsasən də kənd təsərrüfatı olacaq.

"Mən Fransanın nüfuzlu şirkətlərini Azərbaycana gəlməyə - müasirləşmə və məhsuldarlığın artırılması ilə bağlı layihələri həyata keçirməküçün Azərbaycan hökuməti ilə işləməyə dəvət edirəm”-Azərbaycan prezidenti bildirib.

///İstiPress-

Oxunma sayı : 8547

Loading...
SON XƏBƏRLƏR
ADU-da tələbə qızın cəsarətli çıxışı rektoru özündən çıxartdı: "Kəs səsini, sözünü geri götür" (VİDEO) - 28 May 2017, 03:14
Ankarada Qarabağ parkının açılışı olub - 27 May 2017, 22:42
Ərə gedən xalq artisti toydan sonra ilk dəfə - FOTOLAR - 27 May 2017, 16:13
Bakıda gecə klubunda DAVA - 27 May 2017, 14:20
Azərbaycana məxsus helikopter qəza enişi etdi - 27 May 2017, 14:15
Gözəl Bayramlı Bakı İstintaq Təcridxanasına köçürülüb - 27 May 2017, 14:04
Tovuzda 17 yaşlı qız valideynlərinə görə intihara cəhd etdi - 27 May 2017, 14:00
Kişi biryaşlı oğlunu vurub öldürdü - 27 May 2017, 13:49
Ağəlinin 12 yaşındakı sərgüzəştləri: həmin "Porsche", "paçka-paçka" pullar və... - Fotolar - 27 May 2017, 13:29
Bu da özünə milyonluq toy edən Xəyyamın özündən 16 yaş kiçik xanımı Nərmin - VİDEO - 27 May 2017, 12:49
Bakıda hotelin şüşəsini təmizləyən iki işçi 7-ci mərtəbədən yıxılıb - 27 May 2017, 12:40
Mədət Quliyev Aygün Kazımovaya DTX-da vəzifə verdi - 27 May 2017, 12:33
Bakıda avtoqəza: Qadın yaralandı – FOTO - 27 May 2017, 12:06
DTX rəisindən təcridxanalardakı ölüm hallarına - Reaksiya - 27 May 2017, 10:07
Mədət Quliyev tutulan hərbçi casuslardan danışdı - 27 May 2017, 09:59
Günaydan oğluna maraqlı hədiyyə - FOTO - 26 May 2017, 23:16
Qızından Rəqsanəyə: "Sən başqa qollardasan, mən başqa qollarda..." - 26 May 2017, 22:43
Mark ilk sosial şəbəkəsini 10 yaşında yaradıbmış - 26 May 2017, 22:23
"Birinci xanım"ların arasında yeganə kişi - baş nazirin arvadı - 26 May 2017, 21:10
Türkiyədə qədim türbəni satmaq istəyən 12 nəfər tutuldu - 26 May 2017, 20:38
Fatimə uşaqların sevincinə səbəb oldu - FOTO - 26 May 2017, 19:57
"Təhsil sistemində heç bir ixtisar yoxdur" - RƏSMİ AÇIQLAMA - 26 May 2017, 19:33
Saxta pul əsginasları satan şəxs saxlanıldı - VİDEO - FOTO - 26 May 2017, 19:06
Vüsal Quliyev: "Gənclərin sahibkarlıq fəaliyyəti ilə məşğul olması üçün hər cür şərait yaradılıb" - 26 May 2017, 18:22
Məşhurlar podiuma öz heyvanları ilə birlikdə çıxdılar - FOTOLAR - 26 May 2017, 18:20
Damlaya ağır itki “ O insanın ölümün pis qəbul edirəm” - FOTOLAR - 26 May 2017, 17:48
Ağıq xəstəlikdən əziyyət çəkən xalq artisinin yeni - Fotosu - 26 May 2017, 17:47
“Nar” abunəçiləri arasında keçirilən lotereya qaliblərinə mükafatlar təqdim edildi - 26 May 2017, 17:46
"Başına balta ilə vurdum, gördüm barmağı kəsilib yerə düşüb" - Qan donduran ifadələr - 26 May 2017, 17:42
"Sizinlə fəal tərəfdaşımız kimi işləməyi səbirsizliklə gözləyirəm" - Trampdan İlham Əliyevə məktub - 26 May 2017, 17:21
Azərbaycanın ən yaşlı seçicisi - "O, 3 əsrdə yaşayıb" - 26 May 2017, 17:20
Dolların mayın 30-a olan məzənnəsi - 26 May 2017, 17:11
Beynəlxalq Bankdan reytinqin düşməsi ilə bağlı AÇIQLAMA - 26 May 2017, 16:53
Məleykə Abbaszadədən 700 bal toplamış abituriyentlərə - Xəbərdarlıq - 26 May 2017, 16:38
İrandan gələn Azərbaycan vətəndaşı daxili orqanında narkotik gətirmək istədi - 26 May 2017, 16:28
Bu gecə Ay Yerin yaxınlığından keçəcək - 26 May 2017, 16:20
“Tramp dedi ki, başqa ölkələrin daxili işlərinə qarışmayacaq” - İlham Əliyev - 26 May 2017, 15:59
21 yaşlı azərbaycanlı qız İŞİD-ə qoşulub - FOTOLAR - 26 May 2017, 15:47
"Yataqda olsaq da, soyunmadıq, ayaqlarımı…" - Azərbaycanlı aktrisa - 26 May 2017, 15:40
Evi əlindən alınan kişinin bankın önündə özünü yandırdığı anın görüntüləri - ( VİDEO 16+) - 26 May 2017, 15:23
Bülent Ərsoyu ilan vurdu - 26 May 2017, 15:09
Nəsimi rayonunda “Yaşa Azərbaycan” adlı tədbir keçirilmişdir - 26 May 2017, 15:04
Yanacaqdoldurma məntəqələrindən kütləvi şikayət - Benzin alan sürücülər belə aldadılır... - 26 May 2017, 14:38
3-cü mərtəbədən düşən üç yaşlı uşaq sağ qalıb - 26 May 2017, 14:16
Azərbaycanda bələdiyyə sədri dəhşətli qəzaya düşdü - FOTO - 26 May 2017, 14:05
Bütün xəbərlər >>


Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 32, Ofis 10
Bizim email ünvanımız: azxeber@mail.ru
Əlaqə nömrəsi
012-493-13-65
077-270-01-10