15:08 çərşənbə, 13 Dekabr 2017
SİYASƏT

İran Azərbaycandan 500 milyon kredit alıb Ermənistana kredit verdi - İLGİNC ADDIM

14:40, 17.02.201727308
Bacısının ərini və qayınatasını güllələdi - Bakıda kriminal

 

 

İran Azərbaycandan kredit alır, digər tərəfdən İran-Ermənistan elektrik xəttinin tikintisi üçün 84 milyon dollar maliyyə vəsaiti ayırır.

AZXEBER.COM xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu məlumat verib. Politoloq İranın İrəvanı ayaqda tutmağa çalışdığını iddia edib:

"İranın dövlət bankarından biri üçüncü İran-Ermənistan elektrik xəttinin tikintisi üçün 84 milyon dollar maliyyə vəsaiti ayırıb. Bu xəttin tikintisini iki ilə tamamlamaq planlaşdırılır. Ermənistanın pulu yoxdur, ona görə də maliyyələşdirmə missiyasını Tehran öz üzərinə götürüb. Tamam, anladıq ki, İranın dövlət strukturları Ermənistanın tamamən taqətdən düşməməsi üçün işğalçıya dəstək verirlər, İrəvanı ayaqda tutmağa çalışırlar. Bəs yaxşı Tehranın Ermənistana kredit ayırması üçün pulu varsa, Rəşt-Astara dəmiryolunun tikintisi üçün niyə Azərbaycandan maliyyə alır? Azərbaycan Beynəlxaql bankı Rəşt-Astara dəmir yolunun tikintisi üçün İrana 500 milyon dollar kredit ayırıb. Azərbaycan İrana kredit ayırır, İransa Ermənistana kredit ayırır. Dolayısı ilə belə çıxır ki, biz Ermənistanın işini asanlaşdırırıq. 

 


0
XƏBƏR LENTİ