İstanbulda yaxalanan azərbaycanlı terrorçu ilə bağlı YENİ FAKTLAR

07 Mart 2017, 10:35
AAA
28 iyun 2016-cı ildə İstanbulun Atatürk hava limanında törədilmiş terror aksiyasının prokurorluq ittihamnaməsi hazırlanıb.

265 səhifədən ibarət olan ittihamnamədə terror aksiyasını törətməkdə şübhəli bilinən 46 şəxsin ad-soyadları 5 qrupda təsnif edilib. I qrupa daxil olan 3 nəfərdən birinin (canlı bomba olduğu və özünü partlatdığı üçün) şəxsiyyətini müəyyənləşdirmək mümkün olmayıb. II qrupa daxil olan 13 şübhəli şəxs arasında Azərbaycan vətəndaşı Elçin Kamil oğlu Bünyadov da var. III qrupda 18, IV qrupda 7, V qrupda 4, VI qrupda 1 şübhəli şəxsin adı qeyd edilib. 

Fərari şübhəli şəxslərin adları isə onların hazırda həbsdə olan şübhəli şəxslərlə əlaqələri müəyyənləşdirilərkən çəkilib. 28 iyun 2016-cı ildə İstanbul hava limanında törədilən və 45 nəfərin ölümü, 163 nəfərin yaralanmasıyla nəticələnən terror aksiyasının prokurorluq ittihamnaməsində adı şübhəli şəxs kimi keçən Azərbaycan Respublikasının vətəndaşı Elçin Kamil oğlu Bünyadov (doğum tarixi: 18.10.1976) Türk Cəza Qanununun 8 maddəsiylə aşağıdakı səbəblərdən təqsirli bilinir:

– Silahlı terror təşkilatına üzv olmaq
– Terror təşkilatı qurmaq və idarə etmək
– Konstitusion sistemi aradan qaldırmağa təşəbbüs etmək
– Planlaşdıraraq adam öldürmək (45 dəfə)
– Planlaşdıraraq adam öldürməyə təşəbbüs etmək (163 dəfə)
– Keyfiyyətli mal-mülkə ziyan vurmaq (24 dəfə)

İttihamnamədə 28 iyun 2016-cı ildə İstanbulun Bakırköy rayonunda cinayət törədən Elçin Bünyadovun 30 iyunda polis nəzarətinə alındığı, 3 iyulda isə Bakırköy III Sülh cəza məhkəməsi tərəfindən həbs edildiyi yazılıb. Terrorla Mübarizə Qanununun VII maddəsinə görə polis tərəfindən saxlanılan Elçin Bünyadov Türk Cəza Qanununun 37, 314/1-2, 309, 82/1.a, 82/1.a-35, 152/1a , 2a, 3, 53 və 54-cü maddələrinə görə məhkəmə tərəfindən həbs edilib. Elçin Bünyadovu və eləcə də şübhəli şəxslərin bir qismini həbs edildikləri məhkəmə iclasında İstanbul Vəkillər Kollegiyasından təyin edilmiş vəkil Atanur Dəmir müdafiə edib.

İstanbul Baş Polis İdarəsinin və kəşfiyyat şöbəsinin əldə etdiyi materialların əlavə olunduğu prokurorluq ittihamnaməsinin 108-109-cu səhifələrində Elçin Bünyadovun İstanbulun Eyüp rayonundakı evindən tapılan cinayət üçün şübhəli görünən dəlillər və onun digər şübhəli şəxslərlə kommunikasiya əlaqələri öz əksini tapıb. Bünyadov cinayətin törədilməsində aktiv rolları olmuş bəzi şəxsləri tanıdığını etiraf edib. İttihamnamədə şübhəli şəxslərin Rusiya Federasiyası, Misir, Tunis, Əlcəzair, Suriya, Özbəkistan, Türkiyə vətəndaşları olduqları qeyd edilərək, Elçin Bünyadovun Şimali Qafqaz əsilli Rusiya vətəndaşlarıyla əlaqədə olduğu və terror aksiyasından əvvəlki 3 gün ərzində onlardan bəziləriylə telefon əlaqəsi saxladığı müəyyənləşdirilib.

Terror aksiyasında şübhəli hesab olunan Elçin Bünyadovun evindən İŞİD terror təşkilatının üzvü olan şəxslərə müxtəlif vaxtlarda göndərdiyi pulların bank qəbzləri və həmçinin, Azərbaycan əsilli başqa bir şəxsin Türkiyədəki "yaşama icazəsi” vəsiqəsinin fotosu tapılıb. 

Hava limanındakı terror hadisəsində şübhəli bilinən N.G. və R.E. ad-soyadlı iki nəfərin isə fərari olduğu və digər 3 fərari ilə birlikdə yaxalanaraq həbs edilmələri ittihamnaməni imzalayan baş prokurorun müavini tərəfindən tələb edilib. 

Polisin apardığı ballistik analiz məruzələrinin, şübhəli şəxslərin ifadələrinin, şübhəli şəxslərin öz aralarındakı telefon danışıqlarının mətnlərinin,Whatsapp və Skype mesajlaşmalarının, İŞİD terror təşkilatının bəzi fəaliyyətlərini əks etdirən fotoların və şübhəli şəxslərin ifadələrinin daxil edildiyi ittihamnamənin sonunda 28 iyun 2016-cı ildə İstanbulun Atatürk hava limanında terror hadisəsi törədərək, 45 nəfərin ölümünə və 163 nəfərin yaralanmasına səbəb olduğu iddia edilən 46 şübhəli şəxsin Türk Cəza Qanununun 8 maddəsinə görə cəzalandırılması tələb edilib. Yaxın günlərdə müvafiq məhkəmənin ittihamnaməni qəbul etməsi gözlənilir.
///Yeniçağ.az-

Oxunma sayı : 384

SON XƏBƏRLƏR
Azərbaycanda dəhşətli qətl: bərbəri işlədiyi yerdə öldürdülər - 22 Oktyabr 2017, 21:32
“Bəzi səhvlər psixoloji və fiziki yorğunluğun səhvidir” - Qurban Qurbanov - 22 Oktyabr 2017, 21:23
Qəbələdə azarkeşlər arasında insident - Polis işə qarışdı - 22 Oktyabr 2017, 20:29
Azərbaycanlı polis Rusiyada bir ailəni yanğından xilas edib - 22 Oktyabr 2017, 20:00
Kəmaləddin Heydərov “Qəbələ” – “Qarabağ” matçında - Fotolar - 22 Oktyabr 2017, 19:30
Müdafiə Nazirliyindən Ermənistan rəhbərliyinə xəbərdarlıq - 22 Oktyabr 2017, 18:56
“Qarabağ” mərkəzi oyuna 5 itki ilə yollandı - 22 Oktyabr 2017, 18:20
81 yaşlı İmişli sakini özünü asıb - 22 Oktyabr 2017, 17:40
Orta məktəb müəlliməsi şagirdlərini zorlayıb- FOTO - 22 Oktyabr 2017, 17:19
Bakıda marşrut avtobusu piyadanı vurdu, öldü - 22 Oktyabr 2017, 16:50
Ermənistanın növbəti təxribatı - Hərbi qulluqçumuz şəhid oldu - 22 Oktyabr 2017, 16:33
Türkiyədən Azərbaycana jest - “Derbidə “Qarabağ”ın plakatı açılsın” - 22 Oktyabr 2017, 16:11
Sabaha olan hava proqnozu - Yağış, külək... - 22 Oktyabr 2017, 15:46
"Hürrəm sultan"dan etiraf: Pul qarşılığında bir şeyxlə... - 22 Oktyabr 2017, 15:21
FHN mətbuat katibi vəzifəsindən getdi - 22 Oktyabr 2017, 15:18
Ərdoğan məşhur futbolçu ilə aktrisanın toyunda nikah şahidi oldu – FOTO - 22 Oktyabr 2017, 15:01
İmişlidə 81 yaşlı kişinin hərəkəti ailəsini dəhşətə gətirdi - 22 Oktyabr 2017, 12:03
Bakıda parkomatı sındırdılar: "Samaraya bilet lazımdır" - FOTO - 22 Oktyabr 2017, 10:49
Bilal Əliyev ingilis dili öyrənmək üçün Londona gedib - 22 Oktyabr 2017, 10:32
Sabirabadda “Kamaz” aşdı - 22 Oktyabr 2017, 10:28
“Erməni faşizmi” filmi Rusiyada qadağan edildi - 21 Oktyabr 2017, 22:30
“Android”də səhv tapanlar mükafatlandırılacaq - 21 Oktyabr 2017, 22:00
“Qarabağ” qrupdan çıxa bilər – UEFA açıqladı - 21 Oktyabr 2017, 21:35
Oğrunun həyasızlığı: Pulu oğurlayıb, sahibinə mesaj yazdı - FOTOLAR - 21 Oktyabr 2017, 21:19
Bakının mərkəzində erməni bayraqlı maşın kimindir? - 21 Oktyabr 2017, 20:57
Aynişan Quliyeva aparıcılıq edəcək: Verilişi başladı - 21 Oktyabr 2017, 20:37
Bakıda 9 mərtəbəli binada yanğın - 21 Oktyabr 2017, 20:29
Qaçırdığı qızı zorlayan oğlana hökm oxundu - 21 Oktyabr 2017, 17:20
"Təcavüzə uğrayan qadınlar özləri günahkardır"- Ərəb şeyxdən fitva - 21 Oktyabr 2017, 16:53
Məşhur pankartın sahibi: “Növbəti oyunda daha maraqlı bir şey edəcəm” - 21 Oktyabr 2017, 15:58
Qənirə Paşayeva televiziyalara çağırış etdi – FOTO - 21 Oktyabr 2017, 15:45
Könüllülərə sertifikat təqdim olunub - FOTO - 21 Oktyabr 2017, 15:25
Ana 10 yaşlı qızını çimərlikdə məşhur rejissorla tək qoydu, qız zorlandı - FOTO - 21 Oktyabr 2017, 14:49
Türk yazar Azərbaycan xalqından üzr istədi - FOTO - 21 Oktyabr 2017, 14:30
Məşhur ekstrasens “Gelandewagen”lə Bakıda qəzaya düşdü - FOTO - 21 Oktyabr 2017, 14:21
Azərbaycanda direktor toya nəmər əvəzinə diplom “saldı” - 21 Oktyabr 2017, 13:47
Zakir Həsənovdan orduya tapşırıq: təxribatların qarşısı dərhal alınsın - 21 Oktyabr 2017, 13:24
14 yaşlı qız evli kişidən uşaq dünyaya gətirdi… - Bakıda biabırçılıq - 21 Oktyabr 2017, 13:02
Nazirlikdən hava xəbərdarlığı: şimşək, leysan... - 21 Oktyabr 2017, 12:58
Ramil Usubov xidmət rəislərinə tapşırıq verdi - 21 Oktyabr 2017, 12:19
"Qarabağ"dan "Sabah" qəzetinə sərt cavab: "Belə səviyyəsiz..." - 21 Oktyabr 2017, 12:15
Artur Rəsizadə Dövlət Komitəsinin 3 xidmətini ləğv etdi - 21 Oktyabr 2017, 12:03
Bu dövlət qurumlarının xidməti avtomobillərdən istifadəsinə xitam verilib - 21 Oktyabr 2017, 10:46
Bacısıyla gördüyü oğlanı öldürdü - 21 Oktyabr 2017, 10:35
Ronaldudan növbəti xeyirxah addım - 370 yaralıya yardım etdi - 21 Oktyabr 2017, 10:24
Bütün xəbərlər >>


Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 32, Ofis 10
Bizim email ünvanımız: [email protected]
Əlaqə nömrəsi
012-493-13-65
077-270-01-10