Kriminal aləm seçkilərə hazırlaşır: “Oğruların kralı” seçiləcək - Namizədlər

13 Yanvar 2017, 14:07
AAA

Rusiya kriminal aləmində "seçkiöncəsi kampaniyaya” start verilib.

Kriminal general Zaxari Kalaşovun (Şakro Molodoy) uzunmüddətli həbsi "baş ofis”in sahibsiz qalmasına səbəb olub. Hazırda bu post uğrunda 2 nəhəng mafia qruplaşması – Slavyan və Qafqaz qruplaşmaları mübarizə aparır.

Çərşənbə günü "Batoni” restoranında aralarında 51 yaşlı Yuri Piçuqin (Piçuqa), 44 yaşlı Vasiliy Kristoforov (Voskres Vasya), 62 yaşlı Georgi Diakvnişvili (Giya Dlinnıy) və 57 yaşlı Paat Tvalçrelidze (Paat Malenkiy) kimi kriminal liderlər də olmaqla avtoritetlərin görüşü keçirilib. Görüşə polis başqını olub. Axtarış zamanı heç bir avtoritetin üzərindən silah və ya narkotik vasitə tapılmasa da, onlar polis idarəsinə aparılıblar. Profilaktik söhbət aparıldıqdan sonra kriminal avtoritetlər sərbəst buraxılıblar.

Görüşün iştirakçıları keçmiş bayramları qeyd etmək üçün toplandıqlarının bildirsələr də, hüquq-mühafizə orqanlarındakı mənbə avtoritetlərin lideri müəyyən etmək üçün "sxodka” keçirdiklərini bildirib.

Mənbənin sözlərinə görə, Rusiya kriminal tarixində ilk dəfə "oğruların kralı” slavyan ola bilər. Belə ki, müxtəlif versiyalara baxmayaraq slavyanların vahid lideri kimi Piçuqa seçilib. Digər mümkün namizədlər kimi Vladimir Tyurin (Tyurik), Oleq Şişkanov (Şişkan) və Aleksey Petrov (Petrik) nəzərdən keçirilir.

Əldə olunan məlumata görə, qafqazlılar slavyan həmkarlarını görüşə çağıraraq gözlənilən seçkinin detallarını və namizədləri müzakirə etmək istəyiblər. Namizədini dəqiqləşdirməyən qafqazlılar seçkilərin vaxtını dəyişməyi təklif ediblər.

Mənbənin məlumatına görə, Qafqaz qruplaşmasından mümkün namizəd kimi Laşa Şuşanaşvili (Laşa Rustavski) seçilə bilər. Hazırda o, Yunanıstanda yaşayır. Onun rəqibi isə Rusiya kriminalının patriarxı Aslan Usoyanın (Ded Xasan) qardaşı oğlu ”qanuni oğru” Dmitri Çanturi (Miron) ola bilər. Məlumata görə, məhz o, hazırda əmisinin işlərinə nəzarət edir. Şakro kimi Miron da milliyətcə yezidi kürdüdür. Odur ki, kriminal generalın dəstəyinə də arxalana bilər.

Lakin, kriminal liderlik uğrunda başqa bir versiya da nəzərdən keçirilə bilər. Bu, qafqaz və slavyan qruplaşmalarının birliyidir. Bu halda bir qruplaşma liderlik edərkən, digər qruplaşma üzvləri onun məsləhətçiləri ola bilər.

Şakro Molodoy isə yeni seçkilərdən heç də razı deyil. Mənbənin məlumatına görə, kriminal general həbsdə olmasına baxmayaraq "oğru dünyasına” nəzarət edə biləcəyini bildirib.

Lakin görünən odur ki, kriminal aləm yeni liderin seçilməsində qətiyyətlidir. Əgər tərəflər razılığa gələ bilməsə, o zaman bütün bunlar "müharibə" ilə sonlana bilər.

///AzNews.az

Oxunma sayı : 9906

Loading...
SON XƏBƏRLƏR
İlin ən seksual xanımı seçildi - fotolar - 24 May 2017, 23:11
Azərbaycan Beynəlxalq Bankı mükafatlandırılıb - 24 May 2017, 22:45
Azərbaycanın bu yolunda maşınlar öz-özünə hərəkət edir - VİDEO - FOTO - 24 May 2017, 22:12
Messi həbs cəzasına məhkum edildi - 24 May 2017, 21:39
Suriya ordusu ABŞ-ın vurduğu aviabazanı yenidən istifadəyə verir - 24 May 2017, 20:38
Xocalı aerportundan uçuş olsa, Azərbaycan hansı addım atacaq? - AÇIQLAMA - 24 May 2017, 20:30
Türkiyədən Rusiyaya QADAĞA - 24 May 2017, 19:37
Yeni vəzifəyə təyin olunan Əli Abbasovdan AÇIQLAMA - YENİLƏNİB - 24 May 2017, 19:01
Maşallah Əhmədovun İrandan gətirdiyi daşlara baxış keçiriləcək - 24 May 2017, 18:39
Sankt-Peterburqda metro stansiyası bağlandı - BOMBA TƏHLÜKƏSİ - 24 May 2017, 17:51
Maşallah Əhmədov: "Adam kişi olar" - 24 May 2017, 17:45
Bakı bulvarında faciə: dənizdən çıxarıb dəlixanaya apardılar - 24 May 2017, 17:15
Dolların mayın 25-nə olan məzənnəsi - 24 May 2017, 17:10
“Bakı-2017”: dünyaya idman dili ilə ötürülən sülh, tolerantlıq və həmrəylik mesajları - 24 May 2017, 17:03
“Fiziki imkanları məhdud gənclərin inteqrasiyasına dəstək” layihəsi başa çatdı - 24 May 2017, 16:59
Bakıda Penitensiar Xidmətin avtomobili qəzaya düşdü - 24 May 2017, 16:44
Azərbaycanda 1 500 000 manata hotel satışa çıxarıldı - 24 May 2017, 16:42
Bankın önündə özünü yandıran şəxsin FOTOSU - 24 May 2017, 16:19
Yayda keçiriləcək qəbul imtahanlarına 62028 abituriyent qatılacaq - 24 May 2017, 16:17
Qəbul imtahanında az bal yığan abituriyent intihar etdi - Azərbaycanda ŞOK OLAY - 24 May 2017, 15:33
İnternetin qiyməti ucuzlaşacaq? - AÇIQLAMA - 24 May 2017, 15:22
Aygün Bayramova oxudu, əri isə udda çaldı - Video - 24 May 2017, 15:21
Ankarada qətliam hazırlayan Qusar sakini haqda şok faktlar- arvadını da özü ilə aparıbmış - 24 May 2017, 14:50
"Porsche Ağəli"nin xalası oğlu - "Brat, bizə icazə var"... -VİDEO - 24 May 2017, 14:33
“Lotu Yusif”ə 17 il həbs cəzası verildi - “Hamı məndən qorxsun” - 24 May 2017, 13:57
Sürücülərin diqqətinə: Bu yolda 250 manat cərimə oluna bilərsiz – VİDEO - 24 May 2017, 13:44
Nazirlik Azərbaycanda tədris ilinin artırılmasını təklif etdi - 24 May 2017, 13:35
Azərbaycanlı qadınları Türkiyədə satan məhkəmə qarşısında - 24 May 2017, 13:24
Əli Abbasova yeni vəzifə verildi - 24 May 2017, 12:44
"İftardan əvvəl məclislərdə iştirak edən imam və axundlar işdən çıxarılacaq” - QMİ sədri - 24 May 2017, 12:32
İcra başçısı müdiri işdən çıxardı - 24 May 2017, 12:21
"Şopinq Festivala 700 min xərclədik, 5,6 milyon gəldi" - Nazir - 24 May 2017, 11:57
Evi əlindən alınan şəxs bankın qarşısında özünü yandırdı - FOTOLAR - 24 May 2017, 11:48
“Qarabağ” İtaliyanın “Messisi”ni alır: əməkhaqqı 900 min avro - 24 May 2017, 11:42
Ramil Usubovdan yeni təyinat - 24 May 2017, 11:22
Keçmiş arvadının evini yandıran ər: “Həmişə içkili oluram, davay dasvidaniya!” – VİDEO - 24 May 2017, 11:16
Cinsiyyət orqanını kəsib tualetə atdı - "Qadın olmaq istəyirəm" - 24 May 2017, 11:12
Kəbirə Məmmədovanın bacısının evi yandı - Ölən var - 24 May 2017, 10:58
Bu ilin Ramazan təqvimi - 24 May 2017, 10:52
Bakıda oğuldan anasına qarşı İYRƏNC ƏMƏL - 24 May 2017, 10:41
Tanınmış cərrah niyə həbs edilib? - RƏSMİ MƏLUMAT - 24 May 2017, 10:38
Bakıda silahlı insident - Yaralı var - 24 May 2017, 10:25
Bakıda polis motosikleti maşınla toqquşdu - Yaralı var - 24 May 2017, 10:20
Tanınmışlar məşhur jurnalistin toyuna toplaşdı - FOTOLAR - 24 May 2017, 00:11
Müğənni Abbas ikinci dəfə evləndi - Gəlinsiz toy etdi (VİDEO) - 23 May 2017, 23:55
Bütün xəbərlər >>


Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 32, Ofis 10
Bizim email ünvanımız: azxeber@mail.ru
Əlaqə nömrəsi
012-493-13-65
077-270-01-10