“Lənkəranski”ni ələ vermiş “qanuni oğru” “cənnətə” göndərildi

24 Yanvar 2017, 10:23
AAA
Ötən həftə İtaliyaya ekstradisiya olunan "Cemo” ləqəbli Cemal Mikeladze haqda yeni məlumatlar; onun "Lənkəranski” ilə bağlı yazdığı məktubda nələr vardı?

Yanvarın 20-də "Şeremetyevo” hava limanında  "Moskva-Roma” reysi ilə "Cemo” ləqəbi ilə tanınan  41 yaşlı "qanuni oğru” Cemal Mikeladze  İtaliyaya ekstradisiya olunub. 2014-cü ilin iyun ayında  "Cemo”ya  Bari məhkəməsinin hökmü ilə 15 il müddətinə qiyabi olaraq həbs cəzası kəsilib və barəsində axtarış elan olunub.  

İtaliya polisi həmin vaxt "qanuni oğru”nun gizləndiyini yox, həbsdə olduğunu bilirdi. "Cemo” 2014-cü ilin fevralında narkotik saxladığına görə 3 illik həbs cəzası almışdı və Kemerovo şəhərində həbsxanada idi. Vəkilləri "Cemo”nun cəzasının 2 il 2 aya endirilməsinə nail olublar və o, ötən həftə Moskvadan İtaliyaya etap olunub.

Primecrime.ru saytının xəbərinə görə,  "Cemo” İtaliyada transmilli cinayətkar assosiasiyanın yaradılmasına görə axtarılırdı. Həmin assosiasiya müxtəlif ölkələrdə, o cümlədən İtaliyada bir sıra cinayət əməlləri - mənzil oğurluqları, təhdidlə pul alınması, rüşvət, qeyri-qanuni yollarla əldə olunmuş pulların "yuyulması”, sənədlərin saxtalaşdırılması və s. törətməkdə ittiham olunur. 


Onun sonrakı taleyi Rusiya vətəndaşlığının ləğv edilməsi ilə bağlı  verdiyi şikayətdən asılı olacaq. Əgər məhkəmə "Cemo”nun vətəndaşlığını bərpa edərsə, o zaman cəzasını Rusiyada çəkə bilər ki, bu da az inandırıcı görünür. Çünki bundan əvvəl də Rusiya daha bir nüfuzlu  "qanuni oğru”  Merab Canqveladzenin ("Merab Suxumskli”) də vətəndaşlığını ləğv edib. O da hazırda  İtaliyadan Qazaxıstana ekstradisiyasını gözləyir... Ümumiyyətlə isə İtaliya həbsxanaları Rusiya ilə müqayisədə "cənnət” hesab oluna bilər.         
    
Rusiya mənbələri iddia edir ki,  "Cemo”nun polisin əlinə düşməsində onun düşməni, "qanuni oğru” Vaqif Süleymanovun  ("Vaqif Bakinski”) əli var.  

Cemal Mikeladze 1976-cı ildə Gürcüstanda anadan olub. O, "qanuni oğru” adını 23 yaşında almasına baxmayaraq, tezliklə Moskvadakı gürcüstanlı kriminal qruplaşmalar arasında hörmət qazanıb. Deyilənə görə, "Cemo”nu kriminal dairələrdə cəlbedici edən onun adətən "oğrulara” xas olmayan xarizmasıdır. 

"Cemo” kriminal aləmdə ötən il Türkiyədə qətlə yetirilən  "qanuni oğru” Rövşən Canıyevin ("Lənkəranski”) ən yaxın adamlarından biri kimi də tanınıb. Amma 2014-cü ildə həbs edildikdən sonra "Lənkəranski”ni satması kriminal aləmdə çaxnaşma yaratmışdı.  Onun həbsdən hüquq-mühafizə orqanlarına yazdığı iddia edilən məktubunda "Ded Xasan”ın qətli ilə bağlı "sirlər açılırdı”. Məktubda iddia edilirdi ki, "Ded”lə bağlı qətl planını müzakirə etmək üçün "Rövşən Lənkəranski”, Merab və Levan Canqveladze qardaşları Romada görüşüblər. Sonrakı görüşdə isə Levan Canqveladzeyə "Val” tüfəngi verilib. Mikeladzenin məktubunda qətl planının maliyyəsinin və həyata keçirilməsinin əsas fiqurantı kimi "Rövşən Lənkəranski”nin adı keçirdi. Sonradan məktubu "Ded” klanının ortaya atdığı barədə şübhələr üzə çıxdı. Amma bu iddialar bu günədək də nə təsdiq, nə təkzib edilib.  



"Cemo”nun "Rövşən Lənkəranski”yə güvənərək özündən yaşca böyük "qanun  oğru” "Vaqif Bakinski”yə "kəllə atması” da kriminal aləmdə uzun müddət müzakirə olunub. Rusiya KİV-lərinin onu yenidən xatırlatması isə onu göstərir ki, mövzu qapanmayıb. 

Hadisə 2010-cu ildə "Rövşən Lənkəranski” ilə "Vaqif Bakinski” arasında "sxodka”da baş verib.  "Lənkəranski” ilə V.Süleymanov münasibətlərini aydınlaşdırmaq üçün Rublevski yaxınlığında "Cemo”nun böyük qardaşı Mamukonun elit kottecində "sxodka”ya toplaşıblar. "Rövşən Lənkəranski” tərəfdən söhbətə "qanuni oğru”ların ağır artirelliyası hesab olunan Gela Kardava, "Robunzon” və "Paat Malenkiy” iştirak edib. Vaqif Süleymanov isə görüşə "Ded Xasan”ı təmsil edən "Vasi Voskreslə” gəlib. "Sxodka” məhz "Cemo” söz alandan sonra davaya çevrilib. Onun azərbaycanlı "qanuni oğru”ya iradına Vaqif Süleymanov adekvat cavab verib. "Cemo” "Vaqif Bakinski”ni vurmaq istərkən özü zərbə alıb. 2011-ci ilin iyununda hələ o zaman sağ olan "Ded” "Cemo”nu "qanuni oğru” adından məhrum edib. 

Bu qərarı o, "Cemo”ya hamının iştirakı ilə telefonda elan edib. "Lənkəranski”nin qətlinə qədər "Cemo” ilə münasibətlərinin hansı səviyyədə olduğunu indi demək çətindir. Amma "Cemo” nun "Lənkəranski” dən sonra "boy göstərəcəyi” gözlənilmirdi. Təsadüfi deyil ki, primecrime. ru "Cemoi”nun  ekstradisiyası ilə bağlı xəbərə "Çao qenaçvale” (gürcü dilində yoldaş, dost deməkdir-O.) başlığı verib...
 
///Musavat.com

Oxunma sayı : 2793

SON XƏBƏRLƏR
Qənirə Paşayeva Kırşehirdə konfrans verdi - 23 Sentyabr 2017, 21:51
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü başladı - 23 Sentyabr 2017, 21:39
Baş nazirə ağır itki - 23 Sentyabr 2017, 20:52
Xoşqədəm vəfat edən qardaşı haqda: "Kaş həyatda olardın" - 23 Sentyabr 2017, 17:44
BŞBPİ-dən Milli Şuranın mitinqi ilə bağlı - Açıqlama - 23 Sentyabr 2017, 17:32
Milyarderlərin dəbdəbəli villaları - FOTOLAR - 23 Sentyabr 2017, 17:18
Paytaxtda 11 dilənçi saxlanıldı - 23 Sentyabr 2017, 17:11
Gədəbəydə dəhşətli qətlin təfərrüatları - 23 Sentyabr 2017, 17:08
Bakıda 9 yaşlı qızı zorlayana hökm oxundu - 23 Sentyabr 2017, 14:42
"AccessBank" yaşlı qadına borc yazıb, maaşını oğurladı - Özbaşınalığın üstü belə açıldı (VİDEO) - 23 Sentyabr 2017, 13:56
Metronun 28 May stansiyasının qarşısında ölüm hadisəsi – FOTO - 23 Sentyabr 2017, 13:46
Masallıda məktəb binasını şadlıq sarayına çevirirlər? - VİDEO - 23 Sentyabr 2017, 13:35
“CBC Sport”un rəhbəri boşandığı qadınla təkrar evlənir - Toy səfirlikdə olacaq - 23 Sentyabr 2017, 13:05
Azərbaycanda hərbçini tüfənglə vurub su quyusuna atdılar - 23 Sentyabr 2017, 12:50
Şimşək çaxacaq, yağış yağacaq - 23 Sentyabr 2017, 12:47
Azərbaycana payız gəlib - 23 Sentyabr 2017, 11:36
Tovuzda doğuş zamanı körpə öldü - 23 Sentyabr 2017, 11:02
Nişanlısını öldürən şəxsin şikayəti üzrə məhkəmə başlayıb - 23 Sentyabr 2017, 11:00
Müştəri "Bank of Baku"nun soyğunçuluğunun üstünü açdı: "Pullarımızı belə oğurlayırlar" (FOTOFAKT) - 23 Sentyabr 2017, 10:36
İki uşaq atası özünü öldürmək istədi, atası xilas etdi - 23 Sentyabr 2017, 10:16
Bakıda qardaş bacısını bıçaqladı - 23 Sentyabr 2017, 10:13
Ağcabədidə ağır qəza: Ölən var - 23 Sentyabr 2017, 10:10
Medianews.az saytı 5 yaşında - 23 Sentyabr 2017, 10:08
Toy gecəsi gəlin öldü, bəy türməyə girdi - 23 Sentyabr 2017, 10:04
Daxili İşlər Nazirliyinə yeni səlahiyyət verildi - 23 Sentyabr 2017, 10:01
“Fab Boyalar” şeir çələngində - FOTOLAR - 23 Sentyabr 2017, 10:00
Medianews.az saytı 5 yaşında - 23 Sentyabr 2017, 09:46
Hafiz Hacıyevin qızının maşını cərimə meydançasına aparıldı - AVTOXULİQANLIĞA GÖRƏ - 23 Sentyabr 2017, 02:14
Aygün Kazımova səhnəyə qısa libas və siqaretlə çıxdı - Video 16+ - 23 Sentyabr 2017, 01:31
Arif Əsgərovun Azərbaycandan qaçan oğlu şahid imiş: Keçmiş rəisin oğlu niyə qaçıb? - 22 Sentyabr 2017, 18:44
“Çelsi” rəsmən təsdiqlədi: Dieqo Kosta “Atletiko”da! - 22 Sentyabr 2017, 18:20
Prezident Səudiyyə Ərəbistanı kralını və vəliəhdi təbrik etdi - 22 Sentyabr 2017, 18:13
Ramil Usubovdan yeni təyinat - 22 Sentyabr 2017, 17:56
Sabiq nazir müavinin oğlu ölkədən çıxıb - 22 Sentyabr 2017, 17:47
Üzeyir Hacıbəyovu təhqir edən şirkət "FCB Artgroup Baku" imiş - AÇIQLAMA - 22 Sentyabr 2017, 17:43
Üç günə olan məzənnə açıqlandı - 22 Sentyabr 2017, 17:38
Həbsdə olan bələdiyyə sədri vəfat etdi - 22 Sentyabr 2017, 17:24
Toyuna dava düşən ev sahibi Rəşad Dağlının pulunu vermir - 5 min manatın davası - 22 Sentyabr 2017, 17:17
Prezident: Azərbaycan iqtisadi gücü sürətlə artan ölkədir - 22 Sentyabr 2017, 17:13
Azərbaycanlı oliqarxı ən yaxın adamı satdı - 22 Sentyabr 2017, 16:55
Xoşqədəmdən icra başçısına sərt cavab: İnsafınız olsun, Allahınız olsun - VİDEO - 22 Sentyabr 2017, 16:42
“İdeal”ı hamıya "ideal" kimi təqdim edən şəxs dələduz çıxdı - Saxtakarlıqla məşğulmuş - 22 Sentyabr 2017, 16:29
DİN: Yataqxanadakı yanğında 1 polis xəsarət alıb - 22 Sentyabr 2017, 16:26
Həbsdəki general: «Jurnalistlər yoxdursa, sözümü deyim...» - 22 Sentyabr 2017, 16:09
Samiraldonun əməliyyat xəbəri yalan çıxdı? - AÇIQLAMA - 22 Sentyabr 2017, 16:05
Bütün xəbərlər >>


Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 32, Ofis 10
Bizim email ünvanımız: [email protected]
Əlaqə nömrəsi
012-493-13-65
077-270-01-10