02:16 şənbə, 21 Aprel 2018
TOP4

"Lider"dən ayrılan tanınmış xəbər aparıcısının yeni iş yeri məlum oldu

17:49, 08.02.20175372
Ötən il kanaldan ayrılan "Lider" televiziyasının xəbərlər buraxşılışının aparıcısı Mehman Mehdiyevin yeni iş yeri məlum olub. 
 
AZXEBER.COM-un əldə etdiyi məlumata görə, kanaldan ayrılan tanınmış xəbər spikeri hazırda "Xəzər Dəniz Gəmiçiliyi"nin mətbuat xidmətində çalışır.  
 
Xatırladaq ki, ötən il Lider TV-ni tərk etmiş əməkdaşlar sırasında İlham Abdulov ( "Lider Xəbər" Departamentinin rəisi idi), Vüsalə Babayeva ("Lider TV və Azərbaycan radiosu" MMC-nin baş prodüseri idi) və Mehman Mehdiyevin ("Lider Xəbər'' Departamentinin aparıcısı, ''Ekonomiks'' qrupunun rəhbəri idi) adlarını xüsusi qeyd etmək olar.
 
Bundan başqa "Lider Xəbər" Departamentinin rəis müavini, "Gənclər" redaksiyasının baş redaktoru və "Ana Xəbər" buraxılışının aparıcısı Günel Gözəlova da telekanaldan ayrılanlar arasında olub. 
0
XƏBƏR LENTİ