Mahmudovla Hüseynovun milyonluq villa qalmaqalı - MTN işi

20 Fevral 2017, 10:24
AAA
Sabiq MTN naziri Eldar Mahmudovun qohumu, hazırda həbsdə olan Bakı Telefon Rabitəsi və İstehsalat Birliyinin (BTRİB) keçmiş baş direktoru Beytulla Hüseynovun milyonluq villası ətrafında vaxtilə böyük qalmaqal yaşanıb.

AZXEBER.COM "Yeni Müsavat"a istinadən xəbər verir ki, həbs edilən MTN generallarının cinayət işi materiallarından görünür ki, Beytulla Hüseynov villasını satmaq istəyərkən aldadılıb. O, problemin həlli üçün Eldar Mahmudova müraciət edib. MTN-in işə qarışması isə bir neçə iş adamının başına oyun açıb.

Əslində hər şey Beytulla Hüseynovun yeznəsi ilə birlikdə ucuz qiymətə villa alıb təmir edərək baha qiymətə satmaq arzusu ilə başlayıb. Villanı alan şəxs isə nağd pulunun olmadığını deyib. Ödənişi isə evi banka girov qoyaraq götürəcəyi pula edəcəyini deyib. Beytulla Hüseynov bununla razılaşıb, amma ev banka girov qoyulsa da pulunu ala bilməyib. Villanı banka girov qoyan şəxs daha sonra götürdüyü krediti ödəmədiyi üçün əmlak satışa çıxarılıb. Villası əlindən çıxan B.Hüseynov qohumu olan Eldar Mahmudova müraciət edib. Bundan sonra MTN əməkdaşları bu işdə adı keçən hər kəsi öz üsulları ilə cəzalandırıblar.

Cinayət işi materiallarından görünür ki, milyonluq villa epizodu üzrə Beytulla Hüseynov dindirilib. O, deyib ki, həmin evi bacısı Nəzakət Zamanovanın əri Taryel Zamanovla birlikdə 2011-ci ildə alıblar. Məqsəd isə evi təmir edib baha qiymətə satmaq və əlavə pul qazanmaq olub.

B.Hüseynov evi 900 min manata Murad Quliyev adlı şəxsə satmağa razılaşdıqlarını deyib: "Muradın həmin vaxt əlində nağd pulu yox idi. Murad Quliyev Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində vəzifəli şəxs idi. Evi banka girov qoyub pul götürəcəkdi. Ödənişi də bu şəkildə edəcəkdi. Yeznəm Tariyel Zamanovun adından Muradın tanışının adına etibarnamə verdirdim. Ancaq bir neçə ay keçsə də ödənişi etmədi”.

Beytulla Hüseynov etiraf edib ki, pulunu ala bilmədiyi üçün sabiq MTN-ə müraciət edib. Bundan sonra 2015-ci ildə MTN əməkdaşı Natiq Alıyev ona zəng edib. Alıyev evin bakın girovluğundan çıxarılması üçün 383 min manat lazm olduğunu deyib.

B.Hüseynov ifadəsində bildirib ki, həmin pulun 300 min manatını Murad Quliyev verib: "MTN əməkdaşalrı 300 mini Muraddan almışdılar. 83 min manatın isə mənim ödəməli olduğumu dedilər. Pulu ödəyəndən sonra ev yenidən Tariyel Zamanovun adına keçirildi”.

Şahid qismində B.Hüseynovun bacısının əri Taryel Zamanov da dindirilib. O, 2006-cı ildən 2009-cu ilədək "Rabitəbank” ASC-nin Sahil filialının müdiri, 2009-cu ildən 2015-ci ilədək "Muğan Bank” ASC-nin Sahil filialında çalışıb.

Qalmaqallı villa haqda danışan Zamanov deyib ki, həmin evi 2007-ci ildə Gülnarə Hacıyevadan 560 min manata alıb. Evi təmir edib, baha qiymətə satmaq istəyən Zamanov bu barədə B.Hüseynova müraciət etdiyini deyib.

Zamanov ev təmir edildikdən sonra B.Hüseynovun tanışı Bayram Vəliyev vasitəsi ilə Murad adlı şəxsə 1.2 milyon manata satmağa razlaşdıqlarını, ona etibarnamə verdiklərini deyib: "Bir müddət keçdi. Amma Murad pulu ödəmədi. Bundan şübhələnərək Əmlak Komitəsinə həmin evlə bağlı sorğu göndərdim. Evin başqa şəxsə satıldığını öyrəndim. Bayram Vəliyevlə mübahisə etdik. O, bundan xəbərsiz olduğunu, Muradın dostlarını tandığını, Muradın Moskvaya qaçdığını dedi. Buna görə Muradın tanışları Vaqif və Mehbalı ilə görüşdük. Məlum oldu ki, Murad Vaqifə etibarnamə verib, evi banka qoyublar”.

Danışıqlar sonrasında evin qaytarıldığını deyən T.Zamanov işə MTN əməkdaşlarının qarışmasından xəbərsiz olduğunu bildirib.

Milyonluq villanın girov qoyulduğu "Bank of Azerbaijan” ASC-nin 1 saylı filialının keçmiş rəhbəri Ələddin İbrahimov da bu haqda istintaqa danışıb.

O, deyib ki, 2011-ci ildə Vaqif Məmmədov adlı iş adamı banka müraciət edərək Göyçay rayonu ərazisində şirə və spirtli içkilər istehsalı zavodunun- "Emil-İ” firmasının fəaliyyətinin genişləndirilməsi üçün kredit götürmək istədiyini deyib.

Bunun üçün banka Göyçaydakı iki torpaq sahəsini və Bakıda Ceyhun Hacıbəyli küçəsindəki fərdi yaşayış evini girov kimi təklif edib. Yaşayış evi Tariyel Zamanovun (Beytulla Hüseynovun yeznəsinin) mülkiyyətində olub.

Bundan sonra Vaqif Məmmədova 1,5 milyon manatlıq kredit xətti açılıb və ona 450 min məbləğində kredit verilib.

Bank filialının rəhbərinin sözlərinə görə, bir müddət sonra V.Məmmədov ödəniş edə bilməyib. Bunun üçün girov qoyduğu və 1 milyon manat məbləğində qiymətləndirilən villanın satılmasını və borcunun ödənməsinə razılıq verib.

Villaya müştəri kimi "Fidan” şirkətinin rəhbəri Ağaisa Mahmudov çıxıb. A.Mahmudov həmin evi 823 min manata almağa razılaşıb. Mahmudov Vaqif Məmmədovun banka olan 400 min manat kredit borcunu ödəmək və qalan pulu isə nağd qaydada Vaqifə verəcəyi barədə razılığa gəlib.

Milyonluq villa isə bankın razılıq məktubu ilə bankda girov qalmaq şərti ilə notarial qaydada Abdullayev İntiqam Cəlal oğlunun adına rəsmiləşdirilib. Sonra Ağaisa Mahmudov evi təmir edərək köçüb həmin evdə yaşamağa başlayıb və hər ay kredit borclarını ödəyib.

Az müddət sonra keçmiş evin sahibinin Beytulla Hüseynov olması ortaya çıxıb. Beytulla Hüseynov şikayət edib ki, ona məxsus villa qansuz yolla ələ keçirilib.

MTN-ə çağırılan filial müdirindən banka olan kredit borcunun tam ödənilməsini və evin girovdan çıxarılmasını tələb ediblər. Evi də Beytulla Hüseynovun qohumunun adına keçirilməsini istəyiblər: "Kreditin faiz borcunu bankın öz hesabına silməsini istədilər. 383 min manat əsas borc və 218 min manat da faiz borc bağlandı. Faiz borcu bankın hesabına sildik”.

Yeni aldığı villa zorla əlindən alınan iş adamı Ağaisa Mahmudov da istintaqa ifadə verib.

Bankın müştərisi olan Mahmudov girovluqda olan evi almaq üçün sahibi kimi tanıdığı Vaqif Məmmədova 423 min manat pul verdiyini, evin təmiri və mebelləri üçün isə 250 min xərc çəkdiyini deyib. Villanın ümumi dəyəri isə 823 min manata razılaşdırılıb.

MTN-ə çağırılan Mahmudova deyiblər ki, Beytulla Hüseynov aldadılaraq villası ələ keçirilib.

Ağaisa Mahmudovdan əvvəlcə MTN-də saxta aksiz markalarından istifadə etdiyi deyilərək 50 min manatı hədə-qorxu yolu ilə alınıb. Daha sonra isə villanın geri qaytarıması prosesi başlayıb.

"MTN işçiləri Fizuli Əliyev və Natiq Alıyev dedilər ki, bu məsələ ilə bilavasitə Eldar Mahmudovun tapşırığı ilə general Sübahir Qurbanov məşğul olur. Məndən 300 min aldılar. Verməsəm həbs ediləcəyimi söylədilər. Mən Beytulla Hüseynovla görüşərək villanın təmirinə xərclədiyim 250 min manatı istədim. Beytulla Hüseynov isə pul verməyəcəyini, bu işə görə əsəbləri korlandığını, Eldar Mahmudova da 100 min manat pul verdiyini dedi”.

İstintaqda şahid qismində Vaqif Məmmədov da dindirilib. Bu işdə adı daha çox hallanan V.Məmmədov 20 ildir tanıdığı dostu vasitəsi ilə tanış olduğu şəxslərlə yoldaşlıq etdikdən sonra bu işlərin başına gəldiyini deyib: "Dostum Polad Məmmədov dedi ki, lisenziyası olmayan bir bankın lisenziya alaraq fəaliyyətinə başlamaq istəyirlər. Məni Mehbalı adlı şəxslə tanış etdi. Söhbət zamanı Mehbalı həmin bankın fəaliyyətə başlaması üçün bir milyon lazım olduğunu və bankın idarəçiliyi ilə Murad adlı şəxsin məşğul olacağını söylədi. Mənim də bankda tanışım var idi. Murad Bakıda Ceyhun Hacıbəyli küçəsində özünə məxsus ev olduğunu, banka qoyaraq pul götürə biləcəyimizi dedi. Evin sənədləri Taryel Zamanovun adına idi. Taryel Zamanov da etibarnamə verdi.

Bankdan 400 min manat kredit verildi. Təxminən 4-5 ay sonra Murad telefonlarını söndürdü. Muradın Moskvada olduğunu öyrəndik.

Bundan sonra evin satılaraq kreditin bağlanmasına razılaşdıq. Evi Ağisa Mahmudov aldı. Bir müddət sonra MTN-dən zəng gəlib. Dedilər ki, ev Beytulla Hüseynovundur. O, da Eldar Mahmudovun qohumudur”.

Beytulla Hüseynovun MTN-ə müraciətindən sonra işin ilk araşdırılması tapşırılan zabit Rüfət Abdullayev olub.

MTN-in IV baş idarəndə mühüm işlər üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyən Rüfət Abdullayev deyib ki, 2012-ci ildə rəisi Ceyhun Şadlinski onu yanına çağıraraq baş idarə rəisi Sübahir Qurbanovun tapşırığına əsasən Beytulla Hüseynova məxsus evin geri qaytarılması ilə bağlı material araşdırmalı olduqlarını tapşırıb. Bu göstəriş isə onlara nazir Eldar Mahmudov tərəfindən verilib: "Beytulla Hüseynova məxsus evin aldadılaraq banka girov qoyulduğunu, daha sonra isə satıldığını bildirdi. Beytulla Hüseynovla iş yerində görüşdük.

Beytulla Hüseynov dedi ki, yeznəsi Taryel Zamanovun adına rəsmiləşdirdiyi evini 1,2 milyon manata Murad adlı şəxsə satmağa razılaşıb. Muradın nağd şəkildə pulu olmadığı üçün evi banka girov qoyub. Pul götürüb həmin məbləği ödəməli imiş.

Beytulla Hüseynov etibarnamə verdirdiyini, amma evi banka qoyduqdan sonra pul ala bilmədiyini dedi. Bu görüşdən sonra məlum olanları rəisim Ceyhun müəllimə məruzə etdim. O, da dedi ki, dələduzluq olduğu üçün bizim səlahiyyətimizdə deyil. Ancaq bu işi nazirin şifahi göstərişi ilə həll edilməli olduğunu bildirdilər. Bundan sonra bu işdə adı çəkilən şəxslərin dindirilməsini başladıq.

Beytulla Hüseynovun adamı Bayramın ofisində baş tutan görüşdə Murad, Vaqif, Mehbalı görüşdülər. Hər biri üzərlərinə düşən pulu banka ödəməklə evi girovdan çıxarıb Beytullaya qaytaracaqları barədə qərara gəldilər”.

R.Abdullayev bu işdə adı keçən iş adamlarından MTN-də pul alınması haqda heç nə danışmayıb.

Oxunma sayı : 676

Loading...
SON XƏBƏRLƏR
“2028-ci il oyunlarını Türkiyə ilə birlikdə keçirə bilərik” - 23 May 2017, 18:50
Bacısını qaçıran dayısı oğlunu öldürdü, körpüdən atdı - 16 il cəza verildi - 23 May 2017, 18:02
Azercell-in online ingilis dili kurslarında iştirak edəcək jurnalistlər bəlli oldu - 23 May 2017, 17:56
Bakıda daha bir idman oyunları keçiriləcək - 2019-cu ildə - 23 May 2017, 17:33
İslamiadanın bilet satışından əldə edilən gəlir - 3 milyon - 23 May 2017, 17:29
Nazirdən qalib idmançılara verilən pul mükafatı ilə bağlı AÇIQLAMA - 23 May 2017, 17:26
“İslamiadanın açılış və bağlanışına 20 milyon dollar ayrılmışdı” - NAZİR - 23 May 2017, 17:02
Biznesmen nişanlısı Aygünə mənzil aldı - 2 milyonluq toy hədiyyəsi - 23 May 2017, 16:54
Məktəbli qızı maşın vurdu - Dərsdən qayıdırdı - 23 May 2017, 16:41
Azərbaycanlı oliqarxın İsmayıllıdakı milyonluq villası - VİDEO - 23 May 2017, 16:40
"Pak qız istəyirəm, başqasının artığını yox!" - Nadir Qafarzadə - 23 May 2017, 16:25
Bakıda avtobusla "avtoş"luq edən sürücü həbs edildi - FOTO - 23 May 2017, 16:21
Poliklinikalar puplik şəxs olur - Pullu xidmət göstərəcəklər - 23 May 2017, 16:15
"Azərbaycana turist axını artacaq" - Prezident - 23 May 2017, 16:15
İmtahan nəticələri açıqlandı - 23 May 2017, 16:09
Məhkəmədə qalmaqal: Xalq artisti jurnalistə hücum etdi - 23 May 2017, 15:58
“Anam bunu eşidəndən sonra öldü” - Bakıda həbs edilən kamerunlu - 23 May 2017, 15:39
Azad Rəhimov Mayk Taysonu Bakıya gətirir - 23 May 2017, 15:32
Bakıda həyat yoldaşından ayrılan 25 yaşlı qadının DƏHŞƏTLİ SONU - 23 May 2017, 14:27
Zaqatalda konsert verən cinsi azlıq nümayəndəsi danışdı: "İcra Hakimiyyətinin xəbəri var idi" - 23 May 2017, 14:19
Onu zorlayan şəxsi öldürtmək istədi - 16 il həbs - 23 May 2017, 14:10
Astara sakini evində asılmış vəziyyətdə tapıldı - 23 May 2017, 14:06
Qənirə Paşayeva Yaponiya Baş Nazirinin xüsusi müşaviri ilə Qarabağdan danışdı - 23 May 2017, 13:46
Prezident və ailəsi bağlanış mərasimində - Fotolar - 23 May 2017, 13:34
"Terrorizmə qarşı hamılıqla mübarizə aparılmalıyıq" - İlham Əliyev - 23 May 2017, 13:17
Sabah hava qeyri-sabit keçəcək - 23 May 2017, 13:15
Azərbaycanlı müğənni unudulmağından danışdı: “Çağırmırlar...” - VİDEO - 23 May 2017, 13:01
Valyuta hərracı ilə bağlı açıqlama: Dollar ucuzlaşdı - 23 May 2017, 12:54
2 qardaşın öldüyü hadisə barədə DİN-dən - Açıqlama - 23 May 2017, 12:47
Zaqatalada cinsi azlığın konsert keçirməsinə kim icazə verib? - RƏSMİ AÇIQLAMA (VİDEO) - 23 May 2017, 12:35
Sürücülərə şad xəbər: qadağa ləğv olundu - 23 May 2017, 12:20
Azərbaycan Beynəlxalq Bankın 3 milyardlıq borcuna zamin durur - bu gün danışıqlar başlayır - 23 May 2017, 12:14
Ankarada AKP-nin qurultayında qətliam hazırlayan İŞİD-çi Qusar sakinidir - FOTO - 23 May 2017, 12:09
II qəbul imtahanı üçün qeydiyyatın müddəti uzadıldı - 23 May 2017, 12:03
Ombudsman aparatının nümayəndələri hərbi hissələri yoxladılar - 23 May 2017, 11:55
Bakıda qadınlar arasında kütləvi dava - 23 May 2017, 11:29
"Mançesterdəki terroru biz törətmişik" - İŞİD - 23 May 2017, 11:22
Məşhur klinikanın rəhbəri həbs olundu - Dələduzluğa görə - 23 May 2017, 11:14
Britaniyada terror qurbanları arasında azərbaycanlılar var? - 23 May 2017, 11:10
Müsavatın təşkilat sədri istefa verdi - 23 May 2017, 11:00
Aygün Bayramova ərə gedir - Bu gün toyudur - 23 May 2017, 10:49
Bakının mərkəzində canavarla gəzdi - VİDEO - 23 May 2017, 10:37
İngiltərədə konsert zamanı terror - 19 ölü, 50 yaralı/ VİDEO - 23 May 2017, 10:36
Bakıda qadın özünü 8-ci mərtəbədən atdı - Sağ qaldı - 23 May 2017, 10:34
Sabahdan "sarı zolaq"la bağlı qadağa ləğv edilir - RƏSMİ - 22 May 2017, 19:26
Bütün xəbərlər >>


Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 32, Ofis 10
Bizim email ünvanımız: azxeber@mail.ru
Əlaqə nömrəsi
012-493-13-65
077-270-01-10