21:46 Cümə, 15 Dekabr 2017
İQTİSADİYYAT

Manatın daha da möhkəmlənməsi üçün əsaslı potensial var - "Bank of America"

16:46, 15.03.2017470
Manatın daha da möhkəmlənməsi üçün əsaslı potensial var -

"Azərbaycan manatının məzənnəsinin daha da möhkəmlənməsi üçün əsaslı potensial yaranıb". 

"Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu açıqlama ilə ABŞ-ın nüfuzlu "Bank of America" bankının Rusiya və MDB üzrə baş iqtisadçısı Vladimir Osakovskiy bildirib. 

Baş iqtisadçı hesab edir ki, Azərbaycanda həyata keçirilən makroiqtisadi islahatlar tədbirləri fiskal və pul-kredit siyasəti baxımından müvəffəqiyyətlə davam etdirilir. Bank sektorunun cari maliyyələşməni və iqtisadi artımı əngəlləməsi tendensiyası müşahidə olunsa da, makroiqtisadi vəziyyət nəzarət altındadır. Pul-kredit siyasətinin sərtləşdirilməsi isə ölkədə devalvasiya təzyiqlərini azaldıb.


0
XƏBƏR LENTİ