Maşinistlikdən nazirliyə qədər yüksələn Ziya Məmmədov kim idi? - Milyonluq ailə sərvəti və vəzifədə olan qohumları...

14 Fevral 2017, 03:07
AAA

 

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycanda Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Nəqliyyat Nazirliyinin birləşdirilməsi nəticəsində yeni Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yaradıldı və bununla da Ziya Məmmədov nazir postunu itirmiş oldu.

Ölkə gündəminin əsas xəbərinə çevrilən bu sərəncam geniş müzakirəyə səbəb oldu. Bəs görəsən Ziya Məmmədov bu vəzifəyə necə gəlmişdi? Onun oğlu Anar Məmmədov necə birdən-birə ölkənin ən zəngin iş adamlarından birinə çevrildi?

AZXEBER.COM nazirin özünün və qohumlarının yaxın keçmişini oxuculara təqdim edir:

1952-ci ildə Ucar rayonunun Qazıqumlaq kəndində anadan olan Z.Məmmədov əmək fəaliyyətinə 1971-ci ildən Azərbaycan Dövlət Dəmir Yolunun Biləcəri Lokomotiv deposunda maşinist köməkçisi kimi başlayıb. O daha sonralar 1974-1980-cı illərdə Azərbaycan Dövlət Dəmir Yolunun Biləcəri Lokomotiv deposunda maşinist köməkçisi, maşinist vəzifəsində bundan sonra 1980-1983-cü illərdə Biləcəri Lokomotiv deposu istismar sexinin partiya təşkilatının katibi və Biləcəri Lokomotiv deposu həmkarlar komitəsinin sədri vəzifəsində çalışıb.

1983-1984-cü illərdə Azərbaycan Dəmir Yolu hərəkət xidmətinin Lokomotiv dispetçeri, 1984-1987-ci illərdə Biləcəri Lokomotiv deposu rəisinin kadr və məişət işləri üzrə müavini vəzifəsinə təyin olunub. 1987-1989-cu il illərdə Biləcəri Lokomotiv deposu Dəvəçi əvəzedici məntəqəsinin rəisi, 1989-1991-ci il illərdə Gəncə Lokomotiv deposunun rəisi vəzifəsində işləyib. 1991-1993-cu illərdə Azərbaycan Dəmir Yolu Lokomotiv təsərrüfatı xidmətinin rəisi, 1993-1996-cı illərdə Azərbaycan Dövlət Dəmir Yolu İdarəsi rəisinin lokomotiv və vaqon təsərrüfatı üzrə müavini işləyib.

Azərbaycan Respublikası Prezidentinin 31 iyul 1996-cı il tarixli 379 nömrəli Sərəncamı ilə Azərbaycan Dövlət Dəmir Yolunun rəisi vəzifəsinə təyin edilib və 2002-ci ilin avqust ayına kimi bu vəzifədə çalışıb.

Z.Məmmədov Azərbaycan Respublikası Prezidentinin 8 avqust 2002-cı il tarixli 750 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Nəqliyyat naziri vəzifəsinə təyin edilib.

Azərbaycan mətbuatının ən çox tənqid etdiyi və manşetlərdə bəlkə də ən çox "işdən çıxarılır” başlığı ilə üzləşən Z.Məmmədov təkcə nazir kimi deyil həm də böyük bir klana sahiblik edirdi.

Belə ki, onun qardaşı Elton Məmmədov Azərbaycan Respublikası Milli Məclisinin II çağırış üzrə deputatı seçilmişdi. E.Məmmədov bu vəzifəyə təyin olunduqdan sonra Bakı Beynəlxalq Avtovağzalına onun oğlu, K1 döyüşü üzrə peşəkar idmançı Elnur Məmmədov rəhbərlik etməyə başladı. Elton Məmmədovun digər oğlu Aynar Məmmədov isə mətbuatda ən çox adı hallanan nazir qohumudur. Belə ki, daha çox məşhur simaların əhatəsində görünən və Milli Məclisdə çalışan Aynarın şəhərin mərkəzində restoranları və obyektləri olduğu bilinir. Məhz onun haqqında çıxan çoxlu sayda xəbərlər Elton Məmmədovun növbəti dəfə deputat olmaq imkanlarını əlindən almış oldu. Yayılan məlumatlar eyni zamanda nazirlə qardaşı arasında soyuq günlərin başlamasına da səbəb oldu. Keçmiş deputat hazırda elmi işlərlə məşğul olduğunu mətbuata verdiyi açıqlamalarda bildirib.

Ziya Məmmədovun dayısı hazırda Ucar rayon İcra hakimiyyətinin başçısı Mənsur Məmmədovdur. O 2015-ci ilin 27 yanvar tarixindən bu vəzifəni icra edir.

Keçmiş deputat Elton Məmmədov və kiçik oğlu Aynar Məmmədov

 

Eks-nazirin bacısı "Tərəqqi" liseyinin direktoru Məhbubə Məmmədova uzun illər bu vəzifəni daşısa da, ötən il tutduğu vəzifədən azad edildi.

Keçmiş nazirin ailədən kənar qohumlarının çoxu ya Nəqliyyat Nazirliyində, ya da "Qarant” holdinqin tabeçiliyində olan qurumlarda məsul vəzifələri icra ediblər.

Nazirin ən çox adı onun oğlu ilə birlikdə hallanıb. Belə ki, cəmiyyətdə hər zaman "nazir oğlu” imici ilə ad qazanan Anar Məmmədovun nüfuzu heç də atasından geri qalmır. Kənd Təsərrüfatı naziri Heydər Əsədovun qızı ilə ailə həyatı quraraq o gücünü daha da böyütməyə nail oldu.

Gənc iş adamının biznes imperiyası haqqında təkcə ölkə mətbuatı deyil, dünya mətbuatı da dəfələrlə yazıb. Onun biznesində əsas yeri tutan şirkətlərdən biri kimi "Garant Holdinq” göstərilir. Holdinqin direktorlar şurasının sədri A.Məmmədovun özüdür. Şirkət 2005-ci ildən 2013-cu ilə qədər "ZQAN Holdinq” adi ilə fəaliyyət göstərib.

"Qarant Holdinq"in rəhbəri Anar Məmmədov

Holdinqin tərkibinə 17 yerli şirkət daxildir: "Qarant Sığorta” ASC, "Azbentonit” MMC, "Royal İsteyt” MMC, "Qarant Tour” MMC , "English Yard” MMC, "Quba Olimpiya Kompleksi” MMC, "Avto-Media” MMC, "Ucar Aqro” MMC, "M.Trans” MMC, "Ameritex” MMC, "Transevrokom” MMC, ” Zqan konstrakşn” MMC, "Turbo.az” MMC, "Qarant Sığorta Agenti” MMC, "Quba Resort” MMC, "AFK” MMC, "Delfin” MMC və "Goranboy Gips” ASC.

"Garant”ın tərkibinə daxil olan MMC-lərdən biri də "Quba Olimpiya Kompleksi”dir. Quba-Bakı magistral yolunun 4-cü km-də yerləşən Olimpiya Kompleksinin hüquqi təmsilçisi İsa Musayev adlı şəxs olsa da, "Garant Holdinq”in rəsmi saytında bu kompleksin holdinqin tərkibinə daxil olması qeyd olunur.

A.Məmmədovun Qubadakı digər layihəsi isə Azərbaycan Qolf Federasiyasının (o, AQF-nin prezidentidir) baş ofisi kimi fəaliyyət göstərən qolf klubudur.

Onun biznesi arasında müxtəlif zamanlarda mediada adı keçən şirkətlərdən biri də "Bank of Azərbaijan” olub. Sonradan bu bankın fəaliyyətinə xitam verilib.

Bakı Voleybol Klubunun rəhbəri də A.Məmmədovdur. O eyni zamanda ABŞ-da diaspor işləri ilə məşğul olan Azərbaycan-Amerika Alyansının da sədridir. A.Məmmədov bundan başqa bir çox şirkətlərin Azərbaycan üzrə təmsilçilik hüququnu da alıb. Onun bu formada 5 şirkət və 1 media qurumu var.(meydan.tv) 

Gənc iş adamının hazırda ABŞ prezidenti olan Donld Trampla yaxın dostluq münasibətlərinin olduğu da bilinir. Hətta Trampın Bakıdakı oteli "Trump Towers Baku”nun tikintisini də o reallaşdırıb. Ancaq sonradan şəbəkə binanın tələblərə uyğun olmadığını bildirərək onun üzərindəki brendi geri götürüb.

Sonda onu da əlavə edək ki, vəzifəsindən kənarlaşdırılan Ziya Məmmədov Rusiya Federasiyasının Dərbənd şəhərinin də fəxri vətəndaşıdır.

 

 

 
AZXEBER.COM

Oxunma sayı : 67724

Loading...
SON XƏBƏRLƏR
Bakının atmosfer havasında tozun miqdarı normadan 52% çoxdur - 23 Avqust 2017, 19:11
FHN Gürcüstanda yanğınla bağlı düşərgə yaradıb - 23 Avqust 2017, 18:56
Atamın həyat yoldaşı... - Hər kəsi ağladan yazı - 23 Avqust 2017, 18:48
İlham Əliyev Nazirlər Kabineti Aparatının strukturunu təsdiqləyib - 23 Avqust 2017, 17:55
Məleykə Abbaszadə: "Azərbaycanda ali məktəbə qəbulda test imtahanı ləğv edilir" - 23 Avqust 2017, 17:44
Macarıstanın Azərbaycandakı səfirliyi turist vizasının verilməsini dayandırdı - 23 Avqust 2017, 17:34
Dənizdə batan əcnəbi xilas edildi - 23 Avqust 2017, 17:28
“Faytonçu” Nazim onu bu hala salan həkimi polisə verdi: "62 min dollarımı qaytarsın" - 23 Avqust 2017, 17:12
Dolların sabaha olan məzənnəsi açıqlandı - 23 Avqust 2017, 17:06
UNİCEF 2 yaşlı Zəhranın Ermənistan SQ tərəfindən öldürülməsinə münasibət bildirdi - 23 Avqust 2017, 16:14
""Qarabağ" qalib gəlsə, ərə gedəcəm"- Teleaparıcıdan cəsarətli FOTOLAR - 23 Avqust 2017, 16:06
Azərbaycanda dəhşətli ailə dramı: ata qızını və arvadını öldürdü, oğul hamısını yandırdı - TƏFƏRRÜAT - 23 Avqust 2017, 15:46
“Ayıldım ki, bir kişi üstümə çıxıb, elə bildim ərimdi” - Yevlaxda dəhşətli qətl - 23 Avqust 2017, 15:18
"Xalqın ürəyidir, məzarım mənim" - Bayram Kürdəxanlı dəfn olundu - VİDEO - 23 Avqust 2017, 15:11
Borca görə atasını öldürdü, anasını yaraladı - Ata qatilindən yeni xəbər - 23 Avqust 2017, 14:50
Bulvarda naməlum qadın meyiti tapıldı – FOTO - 23 Avqust 2017, 14:40
Sumqayıtda qəbirstanlıq yanır - FOTO - 23 Avqust 2017, 14:11
“Möcüzəli Naftalan”dan biabırçı görüntülər - FOTO - 23 Avqust 2017, 13:48
Sabah 41 dərəcə isti olacaq - 23 Avqust 2017, 13:32
2 yaşlı uşağı öldürən azərbaycanlı qadına 12 il həbs - Qandonduran cinayət - 23 Avqust 2017, 13:25
DİN Bayram Kürdəxanlının ölümü ilə bağlı məlumat yaydı - 23 Avqust 2017, 12:56
Talassemiya xəstəsi İlhamənin son ricası... - 23 Avqust 2017, 12:47
Lələtəpə döyüşçüsü kömək istəyir: "Xərçəngəm, kömək edin!" - 23 Avqust 2017, 12:34
Rusiya Anarın yerini deyənə 14 min manat verəcək - 23 Avqust 2017, 12:29
Bu gün Azərbaycanın qəlbi Danimarkada döyünəcək: Qarabağ" üçün tarixi oyun - 23 Avqust 2017, 12:28
Bakının 9 rayonunda böyük söküntü başlayır – QƏRAR - 23 Avqust 2017, 12:17
"Instagram"ın varlı, cazibədar azərbaycanlı qızları – FOTO - 23 Avqust 2017, 12:02
Azərbaycanda nazirin qardaşı oğlu məhkəməyə çağırıldı - 23 Avqust 2017, 11:31
"Nə qədər qışqırdım, gözünü açmadı" - Dostunun ölümündən şok keçirən Ağamirzə - 23 Avqust 2017, 11:22
Bakıda toz dumanının səbəbi bilindi - Təhlükəli toz bir az da artacaq - 23 Avqust 2017, 11:17
Bayram Kürdəxanlını Ağamirzənin qohumu vurub? - FOTO - 23 Avqust 2017, 11:01
Bakıdakı gecə klubunda qız döyüldü - 23 Avqust 2017, 10:52
Bayram Kürdəxanlının ölümü ilə bağlı cinayət işi açıldı - FOTOLAR - 23 Avqust 2017, 10:43
Bakıda küçədə yeni doğulmuş uşaq tapıldı - 23 Avqust 2017, 10:28
Bakıda yaşayış evi yanır - 23 Avqust 2017, 10:14
Kolleclərin boş qalan yerlərinə ixtisas seçimi elan edildi - 23 Avqust 2017, 10:11
Meyxanaçı Bayram Kürdəxanlını maşın vurub, öldürdü - 23 Avqust 2017, 04:35
Mehdiabad-Balaxanı avtomobil yolunda hərəkət məhdudlaşdırılır - 22 Avqust 2017, 22:14
Ağcabədidə avtomobil hasara çırpılıb, xəsarət alanlar var - 22 Avqust 2017, 21:40
Dənizdə batmaq təhlükəsi ilə üzləşən şəxs xilas edilib - 22 Avqust 2017, 20:49
Sumqayıtda 5 yaşlı qızın quduzluqdan ölməsi ilə bağlı yekun rəyi açıqlanıb, həkimlər cəzalandırılıb - 22 Avqust 2017, 20:05
22 yaşlı Cəlilabad sakini beynəlxalq axtarışa verildi-FOTOLAR - 22 Avqust 2017, 19:03
Elmar Novruzova general-mayor ali hərbi rütbəsi verildi - 22 Avqust 2017, 18:19
Lerikdə üç nəfərin ölümü ilə nəticələnən yanğına görə ailənin oğlu saxlanılıb - 22 Avqust 2017, 18:05
"Orta məktəblərdə dinin tədrisindən söhbət gedə bilməz" - Dini komitə - 22 Avqust 2017, 18:01
Bütün xəbərlər >>


Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 32, Ofis 10
Bizim email ünvanımız: [email protected]
Əlaqə nömrəsi
012-493-13-65
077-270-01-10