Mən azərbaycanlıyam.. Siz özünüz bilərsiniz…

06 Mart 2017, 14:59
AAA
Ay Millət! Ay Sizə qurban olum… XXI əsrin 17-ci ilidi e… Hələ də millətin adının nə olduğunun mübahisəsini edirsiniz. Bununla da erməniyə girəvə verir, özümüzü dünyanın qarşısında gülünc yerinə qoyursunuz axı. Heç kəs bizim türkəsilli, türkdilli olduğumuzu danmır. Amma eyni anadan olan övladlar belə, ayrı-ayrı ad daşıyır. 

Sual verirəm sizə; - nədən slavyan qrupuna daxil olan rus, ukraynalı, polyak, çex (və onlarla başqası) özünü rus və ya slavyan deyil, öz adıyla çağırır? Nədən fars kökənli (və dilli) tacik, əfqan, iranlı və s. özünə fars demir, öz adıyla çağrılır? 
Ərəbistanda yaşayanlar da özlərinə anoloji olaraq iraqlı, suriyalı, misirli deyir. Bununla bərabər də hamı onların ərəb olduğunu bilir. O cümlədən də Cənub-şərqi Asiyanın az qala biri-birinin dublikatı olan vyetnamlı, kambocalı, laoslu və onlarla başqa millətlərinin hər birinin öz adı, öz dili, öz dövləti var. Amma nədən biz türkkökənli olduğumuza görə məhz Türk adlanmalıyıq? 

Osmanlısı da, özbəyi də, uyğuru da, tatarı da, bəli, bizim kimi türkdü. Amma hamımız az və ya çox da olsa, fərqli görünüşə, dilə, məzhəbə, mentalitetə malıkik. Hərəmizin də öz dilimiz, öz dövlətimiz, öz milliyətimiz var. Nə olsun ki, eyni kökdənik? Bəyəm dünyadakı xalqlar hamısı eyni gündə yerin altından çıxıb və ya göydən səbətlə düşüblər? Ya ayrı- ayrı planetlərdən gəliblər? 

Bütün millətləri bağlayan hər hansı bir soy, bir kök var: o cümlədən də bizim. Biz də hamı kimi zaman - zaman ayrılıb, inkişaf edib, təşəkkül tapmışıq. Ona görə də bu gün populist, pafos dolu şüarçılığa nə gərək var? Bunu etməklə bir dam altında, qardaş kimi yaşadığımız digər millətləri qıcıqlandırmaq, yerli, o cümlədən də xaricdə yaşayan separatçıların dəyirmanına su tökməyə nə hacət var ki? 

Bəziləri deyir ki, "Azerbaycan türklərə məxsusdur, bu torpağın sahibi türklərdi". Bəs onda digərləri kimdir- qonaqmı? Olsun. Bəs elə isə həmən " qonaq" da sabah sənin yaxandan tutub deməzmi ki, " torpağın əsl sahibi sənsənsə, onda mənim Qarabağda nə itim azıb? Get sahibi olduğun torpağı özün də azad et". Deyəcəklər, elə deyirlər də. Bəs elə isə (xüsusən də indiki həssas zamanda) bu bizə lazımdırmı? 

Unutmayın ki, Qarabağ uğrunda (həlak olmuş yüzlərlə şəhidi qoyuram kənara) canını fəda etmiş Milli Qəhrəmanlarımızın az qala yarısı həmən "qonaq" dediklərinizin nümayəndələridir. Və  onlar da cəbhəyə Azərbaycan uğrunda, bir azərbaycanlı kimi gediblər.

Bəziləri deyir ki, Stalinə qədər bizim adımız Türk yazılıb. Bəli yazılıb. Bəs ondan əvvəl də Tatar yazılıb axı (daha əvvəl də Allah bilr nə). 
Mənim türksoylu ulu babamın ,ulu babasının ulu babası nə vaxtsa hansısa Altaydan, Turandan gelibsə və buna görə də mən də özümə Türk deməliyəmsə, onda məntiqlə mən həm də özümə altaylı deməliyem. 

Pafosa dalıb "türkmən də, uyğur da, tatar da bizim kimi türkdü" deyirler. Gəlsinlər bunu deyənlərin qabağına bir türkmən, uyğur kitabı qoyaq, görək neçə sətir oxuyub başa düşəcək. 

Nə isə, qardaşlar. Bu baxımdan saatlarca mübahisə edib, onlarca misallar gətirmek olar. Amma keçmişdə eşələnmək əvəzinə, gələcəyə baxmaq daha düzgün olmazmı? Bir daha deyirəm - bizim türkəsilli, türkdilli olmağımızı heç kəs danmır. Hamımız, o cümlədən də mən, bununla fəxr edirəm. Amma unutmayın ki, pafosla "Türkəm - Türkəm” deməklə Türk olmurlar. İnsanın ruhu, mənəviyyatı Türk olmalıdı. 

Nə dədə-babanın türk olması, nə də damarlarında türk qanı axması hələ senin türk olman demək deyil. Ona qalanda Osmanlı sultanlarının heç birinin nə anası, nə xanımı, nə də gəlini Türk olub (rus, yunan, rum, bolqar, yəhudi, hətta erməni də olublar). Amma məhz o sultanlar dünyaya ən uzunmüddətli ağalıq etmiş Osmanlı-Türk imperatorluğunu yaratmışdılar. Biz isə 25 ildir ki, bir ovuc dılğır erməninin əlində girinc qalmışıq. Əsla bir kimsənin nə qeyrətinə, nə də vətənpərvərliyinə şübhəm var, sadəcə qaş düzəldəndə bir qədər ehtiyatlı olmaq lazımdı. 

Hər bir fərd din, dil, məzhəb, Vətən seçimində sərbəstdi. Ona görə də kim nə istəyir olsun; kim özünə nə istəyir desin. Amma mənə toxunmayın. Mənim vətənim Azərbaycan, dilim Azərbaycan dili, milliyətim də azərbaycanlıdır…


Oxunma sayı : 1165

Loading...
SON XƏBƏRLƏR
DİN vətəndaşlara müraciət etdi - 24 İyul 2017, 18:16
Sumqayıtda gəlin 3 uşağını atıb qaçdı: Əri onu axtarır – FOTO - 24 İyul 2017, 17:50
Nazirlik vakant yerlərin siyahısını açıqladı: 7640 müəllimə ehtiyac var - 24 İyul 2017, 17:45
I və IV ixtisas qruplarının imtahan nəticələrini açıqlandı: Cəmi 2 nəfər 700 bal topladı - 24 İyul 2017, 17:43
DİN-dən azyaşlı uşağı zorlamaq istəyənlə bağlı AÇIQLAMA - 24 İyul 2017, 17:35
Türkiyənin qədim Aksaray vilayətində Qarabağ parkı və Xarıbülbül abidəsinin açılışı olub - 24 İyul 2017, 17:33
Yetim Eyvazın oğlu müğənni imiş - VİDEO - 24 İyul 2017, 17:28
Qədim Kapadokyada Qarabağ küçəsinin açılışı oldu - 24 İyul 2017, 17:24
Tovuzda ağır qəza: ana ölüb, 3 övladı xəsarət alıb - 24 İyul 2017, 17:11
Arvadını yatdığı yerdə öldürdü, uşaqlarının başını çəkiclə əzdi - Dəhşətli qətlin təfərrüatı - 24 İyul 2017, 16:51
Baş Prokurorluq arvadını çəkiclə öldürən kişi ilə bağlı məlumat yaydı - 24 İyul 2017, 16:35
"Mən 18.2 kv.m sahəsi olan 1 otaqlı mənzildə 3 uşaq böyütmüşəm" - Nahid Canbaxışlı yazır - 24 İyul 2017, 16:33
15 yaşlı gəncin meyiti Kürdən tapıldı - 24 İyul 2017, 16:12
Maşallah Əhmədovun cəzası 8 ildən 2 ilə endirilib - 24 İyul 2017, 16:09
Hacıbəy Heydərli: "Prezidentin jurnalistlərə "mənim köməkçilərim" deməsi mətbuata ən böyük diqqət və qayğıdır" - 24 İyul 2017, 16:02
Bakıda ana körpəsini əmizdirərkən öldü - 24 İyul 2017, 15:35
Azərbaycanda ən yaxşı özəl universitet hansıdır? - "Facebook"da açıq sorğu başladı - 24 İyul 2017, 15:30
Nişanlısının bakirəliyini pozdu, qeyri-təbii yolla cinsi əlaqədə oldu - Oğuzda şok hadisə - 24 İyul 2017, 15:29
BDU-nun fəaliyyətində nöqsanlar aşkarlandı - 24 İyul 2017, 15:14
Novxanı çimərliyində 2 qardaş boğularaq öldü - FOTO - 24 İyul 2017, 14:46
Səbail icra hakimiyyətinin saldığı parkda ağacları kəsib, kafe salırlar- Badamdar sakinləri etiraz edir - 24 İyul 2017, 14:39
Əli İnsanov ciddi rejimli cəzaçəkmə müəssisəsinə köçürüldü - 24 İyul 2017, 14:34
Bu şəxslər də güzəştli mənzil əldə edə biləcəklər - 24 İyul 2017, 14:22
8 yaşlı oğlanı zorlayan manyak həbs edildi – TƏFƏRRÜAT - 24 İyul 2017, 14:06
Samirə yeni mahnısını təqdim etdi - VİDEO - 24 İyul 2017, 13:57
Rüşvətə alarkən həbs olunan baş həkim azadlıqda - 24 İyul 2017, 13:54
Nəsimi rayonunun “Gənc İlhamçılar”ı Şəki şəhərinə istirahətə yola düşdülər - 24 İyul 2017, 13:50
Sabiq deputatın əmlakı müsadirə olundu, 13 il azadlıqdan məhrum edildi - 24 İyul 2017, 13:29
Şəbnəmin hər kəsdən gizlətdiyi oğlunun - FOTOLARI - 24 İyul 2017, 13:27
“Azərbaycan” qəzeti dənizi hasarlayan və plyajları pullu edənləri “topa tutdu” - 24 İyul 2017, 13:09
“Prezidentin nəcib əməlinə qarşı kampaniya başlayıblar...” - VİDEO - 24 İyul 2017, 13:02
Faiq Əmirliyə hökm oxundu - 24 İyul 2017, 12:58
Bakıya gələn ərəb turist icarəyə götürdüyü avtomobili bu hala saldı - VİDEO - 24 İyul 2017, 12:58
"Gecə körpə ağlayırsa, onu bir saat qadın, bir saat kişi sakitləşdirməlidir" - QMİ sədrinin müavin - 24 İyul 2017, 12:44
Azərbaycanda qadın ərini öldürərək tövlədə basdırdı – FOTO - 24 İyul 2017, 12:24
İctimai TV-nin fəaliyyətində nöqsanlar aşkarlandı - 24 İyul 2017, 12:09
Rusiyada beş nəfərlik azərbaycanlı ailəsi yanaraq öldü - 24 İyul 2017, 12:05
"Seaside" restoranının məsul şəxsi çay istəyən müştərini təhqir etdi - FOTOLAR - 24 İyul 2017, 11:57
Bakıda tanınmış aparıcının oğlunun şirkəti qarət olundu - 24 İyul 2017, 11:43
Naxçıvanda ağır qəza: ölən var - 24 İyul 2017, 11:33
"Zirə" Rəşad Sadiqovu qovdu - 24 İyul 2017, 11:27
Paytaxtda film kimi qəza - 005 nömrəli "BMW" yolu kəsdi, 6 maşın toqquşdu - 24 İyul 2017, 11:16
"Ermənilər yaşayış məntəqələrindəki mülki obyektlərə ziyan vurub" - Müdafiə Nazirliyi - 24 İyul 2017, 11:10
Avadını qətl edib, uşaqlarına ağır xəsarət yetirdi, sonra özünü öldürdü- Azərbaycanda qorxunc hadisə - 24 İyul 2017, 10:52
Bakı çimərliklərində dəhşətli gün: 3 nəfər öldü - 24 İyul 2017, 10:47
Bütün xəbərlər >>


Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 32, Ofis 10
Bizim email ünvanımız: [email protected]
Əlaqə nömrəsi
012-493-13-65
077-270-01-10