15:06 çərşənbə, 13 Dekabr 2017
SOSİAL

Mikayıl Cabbarovdan gözlənilməz addım: 15 əlil tələbənin təhsil haqqını sildirdi

14:55, 22.02.20171810
Bacısının ərini və qayınatasını güllələdi - Bakıda kriminal

"Təhsil Nazirliyi sağlamlıq imkanları məhdud (1 və 2-ci qrup əlil) tələbələri təhsil haqqından azad edib".

AZEBER.COM xəbər verir ki, bu haqda təhsil eksperti Kamran Əsədov şəxsi "Facebok” səhifəsində yazıb. Ekspert bu barədə bir neçə ay öncə təhsil naziri Mikayıl Cabbarova məlumat verdiyini bildirib: 

"Uzun illərdir ki, sağlamlıq imkanları məhdud uşaqların təhsili ilə yaxından məşğul. Təmannasız olaraq ali məktəblərə hazırladığım abituriyentlər yüksək ballarla dövlət və özəl ali məktəblərə qəbul olublar. Xatırlayırsızsa, onların təhsil haqqını ödəyə bilməməsi və işlə təmin olunması ilə bağlı məsələni gündəmə gətirdim. Bu zaman hörmətli millət vəkili Qənirə Paşayeva məsələni diqqətdə saxladı. Təhsil Nazirliyi, başda Nazir Mikayıl Cabbarov olmaqla həssaslıqla yanaşıb işlə təmin olunma problemini qısa müddətdə aradan qaldırdılar.

Bu gün Təhsil Nazirliyi daha böyük bir addım atdı. Hörmətli millət vəkili Qənirə xanım bir müddət əvvəl məndən sağlamlıq imkanları məhdud olan şagirdlərimin siyahısını istədi. Mən də 15-ə yaxın hazırda təhsil alan tələbələrin (bunlardan əlavə 7-si bitirib) siyahısını təqdim etdim. Onların arasında dövlət universiteti ilə yanaşı özəl universitetdə təhsil alan tələbələrdə var idi.

Bu gün həmin tələbələri oxuduqları universitetlərin rəhbərlikləri dəvət edib və onların hər birinə təhsil haqlarının Təhsil Nazirliyi tərəfindən ödənilməsi ilə bağlı ödəniş qəbzləri təqdim olunub.

Azərbaycan Respublikası Təhsil Nazirliyi sağlamlıq imkanları məhdud (1 və 2ci qrup əlil) tələbələri təhsil haqqından azad edib”.

Ekspert bildirib ki, belə bir hal tələbələrə böyük stimul verib: "Nazir Mikayıl Cabbarov, millət vəkili Qənirə xanım çox sağ olsun. Bu tələblərə böyük stimul verdi. Onları sevindirdiyiniz üçün həm öz adımdan, həm də tələbələr adından təşəkkür edirəm”.

0
XƏBƏR LENTİ