02:16 şənbə, 21 Aprel 2018
GƏNCLİK

Multikulturalizm və Tolerantlıq mövzusunda sərgi baş tutub

22:37, 22.01.2017912
Multikulturalizm və Tolerantlıq mövzusunda sərgi baş tutub
Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən Multikulturalizm və Tolerantlıq layihəsinin sərgisi baş tutub.
 
AZXEBER.COM xəbər verir ki, sərgidə gənc fotograflar və fotografiya həvəskarları tərəfindən çəkilən şəkillər nümayiş olunub.
 
Sərgi müxtəlif yaş təbəqələrindən olan insanlar tərəfindən maraqla qarşılanıb.
 
Belə ki, sərgiyə baxmağa gələnlər arasında məktəblilər, tələbələr və daha yaşlı nəslin nümayindələri var idi. Multikulturalizm və Tolerantlıq layihəsinin əsas məqsədi Azərbaycan gənclərinin tolerantlıq və multikulturalizm anlayışlarının genişləndirilməsidir. Layihə çərçivəsində gənc fotografiya həvəskarları üçün fotojurnalistika üzrə 2 günlük təlim keçirilmişdir.
 
Həmçinin, daha öncə layihənin iştirakçıları üçün film nümayişi baş tutmuşdu.
 




 

0
XƏBƏR LENTİ