06:58 çərşənbə Axşamı, 19 Iyun 2018
GƏNCLİK

Nazir: “Milli Antidopinq Agentliyi yanvarın ilk günlərindən fəaliyyətə başlayacaq”

17:18, 27.12.2016784
Nazir: “Milli Antidopinq Agentliyi yanvarın ilk günlərindən fəaliyyətə başlayacaq”
"On ildən sonra dopinqlə mübarizə aparılması üçün hansı cihazların yaradılacağı məlum deyil. Bu gün dərman qəbul edən idmançıdan, on il sonra dopinq peraparatı tapıldıqda medalı geri alınır. Dünya Antidopinq Agentliyinin öz xətti var. Biz də buna hazır olmalıyıq”.
 
AZXEBER.COM-un məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında gənclər və idman naziri Azad Rəhimov deyib. O qeyd edib ki, Milli Məclisdə "İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında" qanun layihəsi qəbul edilib: "Bu qanun əsasında Milli Antidopinq Agentliyi qeydiyyatdan keçirilib və yanvarın ilk günlərindən fəaliyyətə başlayacaq. Agentliyin nəzdində üç şöbə fəaliyyət göstərəcək. Gələn il 400-ə qədər dopinq analizi götürməyi düşünürük. Eyni sayda analiz də IV İslam Həmrəyliyi Oyunlarında götürüləcək. Ümumi say 800-ə çatacaq. Bu, yüksək göstəricidir. Agentliyin rəhbəri isə Şəfəq Hacıyeva olacaq”.
XƏBƏR LENTİ