02:13 Cümə Axşamı, 18 Yanvar 2018
SAĞLAMLIQ

Nazirdən küçədə qalan kimsəsizlərlə bağlı - Göstəriş

15:55, 01.02.2017577
Nazirdən küçədə qalan kimsəsizlərlə bağlı - Göstəriş

 

Səhiyyə naziri Oqtay Şirəliyev Azərbaycanda ahıl və kimsəsiz şəxslərlə bağlı əmr imzalayıb.

Əmrə əsasən, havaların soyuq keçməsi ilə əlaqədar yaşayış yeri olmayan kimsəsiz şəxslər təcili tibbi yardım xidməti tərəfindən təyin edilən birləşmiş şəhər xəstəxanalarına çatdırılır və orada yerləşdirilir.

Nazirlikdən bildirilib ki, onlara zəruri tibbi yardım, qida və müvafiq geyim təqdim edilir. Məlumata görə, soyuq hava şəraiti davam etdikcə, kimsəsiz şəxslər şəhər xəstəxanalarında saxlanılacaq, zəruri qayğı ilə əhatə olunacaqlar.


///bakipost.az
0
XƏBƏR LENTİ