21:50 Cümə, 15 Dekabr 2017
Manşet

"Nazirliklərin xəbər saytı saxlaması, maliyyələşdirməsi yolverilməzdir, bunun qarşısı alınmalıdır" - VİDEO

13:57, 13.03.20171074
İctimai Televiziyada yayımlanan "Media və Zaman" verilişində internet jurnalistika və xəbər saytları müzakirə olunub.
 
AZXEBER.COM-un məlumatına görə, verilişdə qonaq qismində çıxış edən Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz maraqlı fikirlər səsləndirib.
 
O deyib ki, hansısa nazirliyin, dövlət komitəsinin xəbər saytını maliyyələşdirməsi yolverilməzdir və belə bir praktika dünyanın heç bir yerində yoxdur: "Mən dövlət qurumunun, nazirliyin, komitənin rəsmi resursunun olmasının tərəfdarıyam və hətta deyə bilərəm ki, bu vacibdir. Ancaq biz görürük ki, Azərbaycanda hansısa nazirlik 2-3 əlavə xəbər saytını da maliyyələşdirir, ona pul verir. Bu yolverilməzdir və bu halın qarşısı alınmalıdır. Həmin vəsaitlər dövlət büdcəsinə köçürülməli və dövlət özü lazım bildiyi media orqanlarına dəstək verməlidir"
 
Verilişdə iştirak edən Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov da dövlətin internet mediaya maddi dəstəyindən danışıb və deyib ki. yaxın zamanlarda bu məsələ öz həllini tapacaq.  

0
XƏBƏR LENTİ