"Oğru dünyası"nda istifadə olunan sözlərin inanılmaz - Mənaları

28 Fevral 2017, 14:12
AAA

 

2017-ci il Xoruz ilidir və artıq hər kəs bu ildən danışır. Kimisi düşərli olub-olmayacağından, kimisi də xoruzun dalaşqan olmasından bəhs edir. Lakin ən maraqlı məqam həbsxanada Xoruz ilinin necə qarşılanacağıdır. Axı, Xoruzun adı cinayət aləminin jarqonunda o qədər də yaxşı səslənmir. "Petux": rus dilində bu, Xoruz deməkdir. Amma cinayət aləmində, xüsusilə postsovet məkanındakı həbsxanalarda bu ifadə ən alçaldıcı söz olaraq qəbul olunur.

Cinayət aləminin tədqiqatçısı "Fima Jiqanes" təxəllüsü ilə tanınan Aleksandr Sidorovun bu haqda fikirlərini təqdim edir:

"Qanuni oğrular" xoruzu niyə sevmirlər?

A.Sidorov deyir ki, keçi (kozyol) həbsxanada mənfi qarşılanır, Xoruz isə ümumiyyətlə söyüş mənasındadır: "Keçi ilə bağlı məsələ qismən aydındır: bu üfunətli heyvandır, uzun buynuzları var və dustaqlar arasında həmişə biabırçı bir şeyi ifadə edir. Əvvəllər passiv homoseksualları keçi adlandırardılar. Xüsusilə, ötən əsrin 60-70-ci illərində belə idi. Bəs xoruz (rus dilində petux) niyə mənfi qarşılanır? Axı, bu quş növü folklorda müsbət obrazdır. Amma artıq uzun müddətdir ki, həbsxanalarda passiv homoseksualları bu quşun adı ilə çağırırlar. Yeri gəlmişkən, bu gün həbsxanalarda "xoruz" (petux) sözünün sinonimi var. Bu "pinç"dir. Bu ifadə hələ 1943-cü ildə İqor Mixaylovun "Aska" poemasında işlənir".

Cinayət jarqonuna sözlər necə daxil olur?

A.Sidorovun sözlərinə görə, həbsxana jarqonu müəyyən dəyişikliklərə məruz qalmış unikal söz toplusudur: "Sovet hakimiyyətinin gəlişi ilə həbsxanalar ziyalılar, zabitlər, tacirlər, keşişlər, kəndlilər və bu kimi müxtəlif təbəqənin insanları ilə doldu. Beləliklə, cinayət jarqonuna cəmiyyətin hər təbəqəsinin sözləri daxil oldu. Məsələn, "yüksüz vaqonları itələmək" sözü mənasız, boş danışmaqdır. Bu ifadəni həbsxanaya şaxtaçılar gətirib. "Volına" (tapança) sözü kazaklardan gəlmədir. "Jiqan" sözü "yandırmaq", "yanmaq", yaxud "hiss etməklə" bağlıdır. "Jiqan" sözünü əvvəlcə ocaqçılara, araqçəkənlərə, ümumiyyətlə, hisə batmışlara deyirdilər. Daha sonra bu söz qəddar insanlara, fırıldaqçılara, dələduzlara deyildi. Çar Rusiyanın cinayət aləmində jiqanlara çox hörmət edirdilər".

"Adaxlı", "müftə", "talvar"

A.Sidorov deyir ki, bəzən xarici sözlər də cinayət jarqonuna daxil edilib.

"Misal üçün, "müftə" (xalyava) sözü Polşadan alınma sözdür. Müftə sözü burada çəkmənin boğazı mənasındadır. Fırıldaqçılar uzunboğaz çəkmələr geyinir və bazarlarda gəzişirdilər. Fırıldaqçının biri tacirin fikrini yayındırır, o biri isə oğurladığı malı çəkmənin boğazından içəri atırdı. Bu söz müasir jarqonda "pulsuz", "hədiyyə" mənasında işlənir. Digər alınma söz "Frayer"dir (almanca freier - adaxlı). Çar Rusiyasında bu, dələduzluq edənlərə aid edilirdi. İki cinayətkardan biri digərini tora salır, o biri isə iş üstündə tutulur, bütün pulları alınır. Misal üçün, iki fahişədən biri zəngin cənabla yaxınlaşır, digəri isə onları ən vacib məqamda yaxalayaraq qışqırmağa başlayırdı. Zəngin isə biabır olmamaq üçün bütün pulunu verib geri çəkilirdi. Bu söz "xiçisnisey" sözü ilə də qarışdırılıb. Bu, yəhudilərin "xupa" sözündən götürülüb, mənası talvar deməkdir. Yəhudilərdə toy zamanı bəy və gəlin o talvara baş çəkərlər. Zaman keçdikcə "frayer" fahişəxanaların mötəbər ziyarətçilərinə deyilməyə başlandı, amma ümumiyyətlə axmaqlara, bəxtsizlərə bu söz aid edilirdi. SSRİ həbsxanalarında isə "frayer" siyasi məhbuslara aid edildi. Təcrübəli cinayətkarlar onlara nifrət edərdilər. Lakin 1960-80-ci illərdə siyasi dustaqlara hörmət edilməyə başlandı. Onlara inamları və möhkəm olduqları üçün hörmət edilirdi. Bu həm də cinayət aləmində anti-kommunist mövqedən də irəli gəlirdi", - deyə ekspert diqqətə çatdırıb.

 

Tac qoyma və dindirilmə: nələr, niyə dəyişdirildi?

Tədqiqatçı vurğulayır ki, artıq "oğru dünyası"nda tac qoyma ənənələri də dəyişib: "Vaxtilə tac qoyardılar və xaç suyuna salardılar. Misal üçün, Ded Hasan yeziddir, ona tac qoyarkən xaç suyuna da salıblar. İndi mübahisələrin düşməməsi üçün tac qoyma və xaç suyuna salmanı ayırıblar. Hazırda sadəcə danışırlar: Filan insana bu məsələyə görə verildi. Hər şey sadələşib. Daha bir maraqlı məqam isə odur ki, "qanuni oğru" bütün suallara doğru cavab verməlidir, hətta polisin dindirməsi zamanı da. Bu isə onun cinayəti faktiki etiraf etməsi deməkdir. Lakin indi bir qədər vəziyyət dəyişib. Çünki bu ənənələr onların ziyanına işləyir. Bəs belə vəziyyətlərdə nə edilməlidir? Misal üçün, Şarko Maladoy tutulandan sonra ümumiyyətlə hüquq-mühafizə orqanlarının əməkdaşları ilə ünsiyyət saxlamaqdan imtina etdi. Bəzi "qanuni oğrular" isə fərqli davranırlar. Misal üçün, onlar polisin sualına "mən öz yanımdayam" cavabını verirlər. Bu, oğruların yanında olmaq deməkdir. Bu söhbəti sadəcə anlamaq lazımdır".

Rusiya cinayət aləminə yəhudi təsiri

A.Sidokov Rusiya cinayət jarqonunun yəhudilərdən daha çox söz aldığını deyir: "Bu, əsasən Odessada olan yəhudilərdən gələn sözlərdir. Rusiyada iki əsas oğru mərkəzi var idi: yəhudi Rostovu və Odessa. Əslində hər iki şəhər yəhudilərin oturaq həyat tərzi sürdüyü yerdir. Minsk və Kiyevə nisbətdə Rostovda yəhudilər çox yaşayırdı. Onların 60-70 faizi oğru jarqonundan istifadə edənlərdir. Lakin yəhudilərdən alınma sözlər qarışıqdır. Misal üçün, həbsxana kamerasında ayaqyoluna deyilən "paraşa" sözünün yəhudilərdən gəldiyi bildirilir. Əslində isə hər şey çox sadədir: 27 oktyabrda payızın cümə günü - "Pinti Paraskeva" keçirilir. Həmin vaxt adətən yağışlar yağır və hər yer palçıq olur. Buna qısa olaraq "Paraşa" deyirlər, yəni pinti, çirkli mənasında. Həmçinin, "botat" sözündə də yəhudi kökü axtarmaq tamamilə doğru olmaz. Keçmişdə inəyin boynuna zınqırov asardılar və buna "botat", yəni guruldamaq, cingilləmək deyilərdi".

Şərqdən alınma söz

Ekspert vurğulayır ki, cinayət jarqonuna Şərqdən gələn sözlər də daxil olub.
"Onlardan biri "şmonat"dır. Bunun kökü türklərin axtarmaq, silkələmək sözünə gedib çıxır. Cinayət aləmində mənası qarət etmək deməkdir", - deyə o bildirib.

/// publika.az-


Oxunma sayı : 988

Loading...
SON XƏBƏRLƏR
ADU-da tələbə qızın cəsarətli çıxışı rektoru özündən çıxartdı: "Kəs səsini, sözünü geri götür" (VİDEO) - 28 May 2017, 03:14
Ankarada Qarabağ parkının açılışı olub - 27 May 2017, 22:42
Ərə gedən xalq artisti toydan sonra ilk dəfə - FOTOLAR - 27 May 2017, 16:13
Bakıda gecə klubunda DAVA - 27 May 2017, 14:20
Azərbaycana məxsus helikopter qəza enişi etdi - 27 May 2017, 14:15
Gözəl Bayramlı Bakı İstintaq Təcridxanasına köçürülüb - 27 May 2017, 14:04
Tovuzda 17 yaşlı qız valideynlərinə görə intihara cəhd etdi - 27 May 2017, 14:00
Kişi biryaşlı oğlunu vurub öldürdü - 27 May 2017, 13:49
Ağəlinin 12 yaşındakı sərgüzəştləri: həmin "Porsche", "paçka-paçka" pullar və... - Fotolar - 27 May 2017, 13:29
Bu da özünə milyonluq toy edən Xəyyamın özündən 16 yaş kiçik xanımı Nərmin - VİDEO - 27 May 2017, 12:49
Bakıda hotelin şüşəsini təmizləyən iki işçi 7-ci mərtəbədən yıxılıb - 27 May 2017, 12:40
Mədət Quliyev Aygün Kazımovaya DTX-da vəzifə verdi - 27 May 2017, 12:33
Bakıda avtoqəza: Qadın yaralandı – FOTO - 27 May 2017, 12:06
DTX rəisindən təcridxanalardakı ölüm hallarına - Reaksiya - 27 May 2017, 10:07
Mədət Quliyev tutulan hərbçi casuslardan danışdı - 27 May 2017, 09:59
Günaydan oğluna maraqlı hədiyyə - FOTO - 26 May 2017, 23:16
Qızından Rəqsanəyə: "Sən başqa qollardasan, mən başqa qollarda..." - 26 May 2017, 22:43
Mark ilk sosial şəbəkəsini 10 yaşında yaradıbmış - 26 May 2017, 22:23
"Birinci xanım"ların arasında yeganə kişi - baş nazirin arvadı - 26 May 2017, 21:10
Türkiyədə qədim türbəni satmaq istəyən 12 nəfər tutuldu - 26 May 2017, 20:38
Fatimə uşaqların sevincinə səbəb oldu - FOTO - 26 May 2017, 19:57
"Təhsil sistemində heç bir ixtisar yoxdur" - RƏSMİ AÇIQLAMA - 26 May 2017, 19:33
Saxta pul əsginasları satan şəxs saxlanıldı - VİDEO - FOTO - 26 May 2017, 19:06
Vüsal Quliyev: "Gənclərin sahibkarlıq fəaliyyəti ilə məşğul olması üçün hər cür şərait yaradılıb" - 26 May 2017, 18:22
Məşhurlar podiuma öz heyvanları ilə birlikdə çıxdılar - FOTOLAR - 26 May 2017, 18:20
Damlaya ağır itki “ O insanın ölümün pis qəbul edirəm” - FOTOLAR - 26 May 2017, 17:48
Ağıq xəstəlikdən əziyyət çəkən xalq artisinin yeni - Fotosu - 26 May 2017, 17:47
“Nar” abunəçiləri arasında keçirilən lotereya qaliblərinə mükafatlar təqdim edildi - 26 May 2017, 17:46
"Başına balta ilə vurdum, gördüm barmağı kəsilib yerə düşüb" - Qan donduran ifadələr - 26 May 2017, 17:42
"Sizinlə fəal tərəfdaşımız kimi işləməyi səbirsizliklə gözləyirəm" - Trampdan İlham Əliyevə məktub - 26 May 2017, 17:21
Azərbaycanın ən yaşlı seçicisi - "O, 3 əsrdə yaşayıb" - 26 May 2017, 17:20
Dolların mayın 30-a olan məzənnəsi - 26 May 2017, 17:11
Beynəlxalq Bankdan reytinqin düşməsi ilə bağlı AÇIQLAMA - 26 May 2017, 16:53
Məleykə Abbaszadədən 700 bal toplamış abituriyentlərə - Xəbərdarlıq - 26 May 2017, 16:38
İrandan gələn Azərbaycan vətəndaşı daxili orqanında narkotik gətirmək istədi - 26 May 2017, 16:28
Bu gecə Ay Yerin yaxınlığından keçəcək - 26 May 2017, 16:20
“Tramp dedi ki, başqa ölkələrin daxili işlərinə qarışmayacaq” - İlham Əliyev - 26 May 2017, 15:59
21 yaşlı azərbaycanlı qız İŞİD-ə qoşulub - FOTOLAR - 26 May 2017, 15:47
"Yataqda olsaq da, soyunmadıq, ayaqlarımı…" - Azərbaycanlı aktrisa - 26 May 2017, 15:40
Evi əlindən alınan kişinin bankın önündə özünü yandırdığı anın görüntüləri - ( VİDEO 16+) - 26 May 2017, 15:23
Bülent Ərsoyu ilan vurdu - 26 May 2017, 15:09
Nəsimi rayonunda “Yaşa Azərbaycan” adlı tədbir keçirilmişdir - 26 May 2017, 15:04
Yanacaqdoldurma məntəqələrindən kütləvi şikayət - Benzin alan sürücülər belə aldadılır... - 26 May 2017, 14:38
3-cü mərtəbədən düşən üç yaşlı uşaq sağ qalıb - 26 May 2017, 14:16
Azərbaycanda bələdiyyə sədri dəhşətli qəzaya düşdü - FOTO - 26 May 2017, 14:05
Bütün xəbərlər >>


Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 32, Ofis 10
Bizim email ünvanımız: azxeber@mail.ru
Əlaqə nömrəsi
012-493-13-65
077-270-01-10