“Piter Elçin”in qardaşı Masallıda necə öldürüldü? - Yeni təfərrüat

21 Yanvar 2017, 16:17
AAA
Kriminal avtoritet "Piter Elçin” ləqəbli Elçin Maşallah oğlu İsmayılovun qardaşının qətli ilə bağlı yeni təfərrüat məlum olub. Bu barədə musavat.com-a İsmayılovların qohumları məlumat verib.

Əvvəlcə onu qeyd edək ki, "Piter Elçin”in 1979-cu il təvəllüdlü qardaşı Fariz İsmayılov ötən il dekabrın 21-də Masallı rayonunun Türkoba kəndi yaxınlığında öz avtomobilində qətlə yetirilib. 

4 qardaş olan İsmayılovlardan artıq ikisi kriminal aləmdəki hesablaşmaların qurbanı olub. Qardaşlardan yalnız "Piter Elçin” kriminal aləmdə söz sahibi olsa da, hesablaşmaların qurbanları onun qardaşları olub.

Belə ki, ilk olaraq onun qardaşlarından Marif ötən ilin iyununda Sant-Peterburqun əsasən azərbaycanlıların nəzarətində olan Sofiysk meyvə-tərəvəz bazarında güllələnərək qətlə yetirilmişdi. 6 ay keçməmiş isə Fariz İsmayılov güllələndi. "Piter Elçin”dən başqa sağ qalan digər qardaş isə xəstəlikdən əziyyət çəkir və hazırda doğulduğu Lənkəran rayon Boladi kəndində yaşayır.

"Piter Elçin”in yaxın ətrafından musavat.com-a verilən məlumatda bildirilir ki, kriminal avtoritetin qardaşları qisas məqsədi ilə qətlə yetirilib. 

"Qətlə yetirilən hər iki qardaş ticarətlə məşğul olub. Onların kriminal aləmlə əlaqəsinin olmadığı məlum idi. Maarif meyvə-tərəvəz bazarında öldürüldü. Fariz isə 2012-ci ildən Azərbaycanda idi. Hər ikisi öz işləri ilə məşğul idi. Fariz Lənkəranda özünün və qardaşlarının ailəsinə baxırdı. Bu qətlləri isə "Piter Elçin”lə düşmənçiliyi olan şəxslər sifariş verib. Ona yaxın düşə bilməyənlər qardaşlarını öldürdülər. Bu qətli törədənlər də, sifariş verənlər də bilir ki, Maarif və Fariz kriminal aləmdən uzaq insanalr idi”, - deyə məlumatda qeyd edilir.

Sonuncu qətlin təfərrüatlarına gəlincə. Qeyd edək ki, qətli törətdiyini deyən Lənkəran sakini, 1993-cü il təvəllüdlü Murad Quluzadə könüllü olaraq polisə təslim olub. O, cinayəti törətdiyi İsrail istehsalı olan "UZİ" markalı avtomat tapançanı və 7 ədəd gülləni polisə təhvil verib. Hadisə yerindən isə 25 ədəd giliz tapılıb. 

Cinayətin törədildiyi yer Fariz İsmayılovun yaşadığı kənddən bir neçə kilometr aralıda yerləşir. 

Baş verən hadisə haqda musavat.com-a danışan İsmayılovların qohumları bildirib ki, qətli törədən Murad Quluzadə tək olmayıb. Belə ki, Fariz İsmayılovu "VAZ 21-06” markalı avtomobillə izləyən Murad Quluzadənin yanına bir nəfər də olub. 

İsmayılovların yaxınları bu məlumatları izlədikləri videogörüntülərə əsasən dediklərini bildirirlər. Qətlin törədildiyi mağazanın nəzarət kameraları cinayət hadisəsini anbaan lentə alıb.

"Fariz evdən çıxıb qonşu kənddəki mağazanın qarşısında maşınını saxlayıb. Marketə siqaret və kontur almaq üçün girib. Arxadan gələn "06” Farizdən bir az aralıda dayanıb. Həmin maşında olanlardan biri - üzü saqqallı olan da Farizin arxasınca marketə girib. O, da marketdən alış-veriş edib, Farizdən sonra çıxıb.  Fariz maşına oturmaq istəyəndə arxadan gələn Murad Quluzadə ona atəş açmağa başlayıb. Fariz ilk güllələrdə özünü itirməyib. Maşının qapısını itələyərək, ona təpik atıb. Bir az büdrəyən Murad yenə də ona atəş açmağa davam edib. Güllələrdən biri Farizin başına dəyib. Elə oradaca keçinib”- deyə Fariz İsmayılovun yaxınları deyir.

Video görüntülərdən məlum olub ki, qətlin törədilməsində iştirakında şübhəli bilinən digər - saqqallı şəxs isə marketdən çıxdıqdan sonra soyuqqanlı şəkildə Fariz İsmayılovun avtomobilinə yaxınlaşıb. Maşının içinə boylanan şəxs daha sonra iti addımlarla hadisə yerindən uzaqlaşıb. Qətli törədən Murad isə gəldikləri maşına minərək hadisə yerini tərk edib.

İsmayılovların yaxınları marketin nəzarət kameralarından çıxarılmış ikinci şübəhli - saqqalı şəxsin fotosunu da musavat.com-a təqdim ediblər. 

Cinayətin qabaqcadan bir qrup şəxs tərəfindən planlaşdırıldığını iddia edən Fariz İsmayılovun yaxınları bunu belə izah edir: "Polis tərəfindən aparılan ilkin araşdırmalar zamanı məlum oldu ki, bu şəxslərin gəldiyi avtomobil 1 ay əvvəl Masallının Bədəlan kənd sakinindən alınıb. Bu şəxsləri bizim kənddən heç kim tanımır. Onlar Farizin bizim kənddən kənarda izləyiblər. Onların bizim kəndə girməsi, kimisə izləməsi mümkün deyil. Son bir ay ərzində həmin maşını bizim kənddə heç kim görməyib. Onlar kəndin çıxışında Farizi izləyiblər. Onun tək olmasından istifadə edib, onu arxadan vurublar. "06”da olan digər şəxsin kim olması isə hələ ki, məlum deyil. Qabaqcadan planlaşdırılmış bu işi birlikdə törətdikləri məlumdur. Mağazadan çıxan saqqalı şəxs Farizin öldüyünə əmin olduqdan sonra oranı tərk edir ”.  

Bədənində 9-10 güllə olan Farizin ölümünə əsas səbəb baş nahiyəsindən aldığı xəsarət olub. Fariz İsmayılovun yaxınlarının bildirdiyinə görə, Farizə atılan 25 güllədən 13-15-i ona dəyib: "Güllələrin bir neçəsi qollarını və ayaqlarını sıyıraraq keçib. Fariz onu maşının qapısı ilə itələyib və təpik vurub. Bu zaman qatil Farizə atəş aça bilməyib. Amma çoxsaylı güllələrdən biri onun başına dəydiyindən oradaca dünyasını dəyişib”. 
 
Qətli törətdiyini etiraf edən Murad Quluzadə ilə bağlı bəzi yeni məqamlar da üzə çıxıb. 
Məlum olub ki, Murad Quluzadə bir neçə il əvvəl Moskvada qətlə yetirilən kriminal avtoritet Amil Lənkəranskinin əmisi oğludur. 

Amil Rövşən Lənkəranskinin yaxın adamlarından biri idi. Onun qətlində "Piter Elçin”in adı hallanır. Kriminal qruplaşmalar arasında qanlı hesablaşmaların cavabı olaraq Amilin ölümünə görə əvvəlcə Maarif İsmayılov, ardınca isə Fariz İsmayılov qətlə yetirildi. Hər iki qətlin qan davası olduğu qeyd edilir.

Əldə etdiyimiz məlumata görə Murad Quluzadənin atası Əfqan Quluzadə qətlə yetirilən Rövşən Lənkəranskinin ən yaxın adamlarından birinin sürücüsüdür. 

Qeyd edək ki, Fariz İsmayılovun qətli ilə bağlı Cinayət Məcəlləsinin 120 "qəsdən adamöldürmə” və 228-ci (odlu silah saxlama) maddələri ilə cinayət işi başlanıb.

Oxunma sayı : 7436

SON XƏBƏRLƏR
Milli Məclisin deputatı qiymət artımına etiraz etdi: "Bizdə qiymət qalxdısa enmir" - 22 Noyabr 2017, 12:55
Özündən 40 yaş böyük ərini öldürüb, kanalizasiyaya atdı - 22 Noyabr 2017, 12:39
3 uşaq atası tanış olduğu qızı 21 gün boyunca kəmərlə döyüb, təcavüz etdi - FOTO - 22 Noyabr 2017, 12:25
Regionlarda saglam həyat tərzinin təbliginə balşanılıb - 22 Noyabr 2017, 12:21
“Atletiko”nun ümidi “Qarabağ”a qalıb - Simeone - 22 Noyabr 2017, 12:15
Qənirə Paşayeva müəllimlərə bağlı Milli Məclisdə çağırış etdi - 22 Noyabr 2017, 12:01
Məşhurlardan Fədayə Laçınla bağlı prezidentə müraciət - “Bağışlanılsın - 22 Noyabr 2017, 11:48
Manatla bağlı bədbin - Proqnoz - 22 Noyabr 2017, 11:22
Günel xəstəxanalıq oldu - Foto - 22 Noyabr 2017, 11:20
"Plastik əməliyyat insanı transseksuallara oxşadır" - Nigar - 22 Noyabr 2017, 11:13
Bakıda xəstəxanadan qaçan şəxsin dəhşətli sonu - 22 Noyabr 2017, 11:08
Azərbaycan ərazisində mina partladı: 3 erməni hərbçi öldü, biri yaralandı - 22 Noyabr 2017, 10:47
Bakıda "BMW X5" dəhşətli qəza törətdi: ölən var - 22 Noyabr 2017, 10:46
Rəsulzadənin xanımının məzarı tapıldı - FOTOLAR - 22 Noyabr 2017, 10:33
Nazir avtoritetlərin qaçmasından yazdı: "Bu, problemlərin olduğunu göstərdi" - 22 Noyabr 2017, 10:23
“Bircə mənim oğlumun məzarı bayraqsız qalıb...” - Şəhid anası - 22 Noyabr 2017, 10:16
Bakıda sərnişin avtobusu ağır qəzaya düşdü: yaralılar var - 22 Noyabr 2017, 10:16
Rusiyada giriş vizasının yeni növü təsdiq olunub - 22 Noyabr 2017, 10:14
Tovuz sakinindən maraqlı ixtira — VİDEO - 22 Noyabr 2017, 09:58
Azərbaycanda gömrük rüsumları dəyişəcək - 22 Noyabr 2017, 09:47
Ağ Ev Putin-Tramp danışığının mövzularını açıqladı - 22 Noyabr 2017, 09:44
Qənirə Paşayeva Milli Məclisdə tələbələrin problemlərindən danışdı - 21 Noyabr 2017, 21:52
Sabah Bakının bir hissəsi təbii qazsız qalacaq - 21 Noyabr 2017, 20:23
İordaniyada pişiyi dövlət işinə götürdülər - 21 Noyabr 2017, 19:54
Deputatdan Elman Rüstəmova irad: “Azərbaycanda bank sistemi dağılır” - 21 Noyabr 2017, 19:51
Ən təhlükəli parollar açıqlandı - 21 Noyabr 2017, 19:28
General: “Qarabağ”-ın oyununda təhlükəsizlik təmin olunacaq - 21 Noyabr 2017, 19:06
Fədayə Laçın ev dustağı olmaq istəyir - 21 Noyabr 2017, 18:45
Dövlət müşavirləri vəzifəsi ləğv edildi – SƏRƏNCAM - 21 Noyabr 2017, 18:21
Azərbaycanda üçəm doğuldu: Mehriban, Leyla, Arzu - 21 Noyabr 2017, 17:42
Sevinc Ağasıyeva: "Bu işdən çox böyük zövq aldım" - FOTOSESSİYA - 21 Noyabr 2017, 17:38
Ərdoğan: Kim nə qədər istəyir narahat olsun, biz AES tikəcəyik - 21 Noyabr 2017, 17:23
"Banklar vətəndaşlara kömək etsin" - Siyavuş Novruzov - 21 Noyabr 2017, 17:15
Azərbaycanlı futbolçu həbs edildi - İran vətəndaşını qarət etdiyi üçün - 21 Noyabr 2017, 16:53
Yeni Azərbaycan Partiyasının yaradılmasından 25 il ötür - 21 Noyabr 2017, 16:47
“BakuBus”ın avtobusu gənc qızı vurdu - 21 Noyabr 2017, 16:46
İqtisad Universitetinin rektoru Ədalət Muradov Təhsil Naziri olmaq istəyir - 21 Noyabr 2017, 16:32
"Xarici şok baş verməzsə, valyuta bazarında sabitlik qorunacaq" - Elman Rüstəmov - 21 Noyabr 2017, 16:27
Suraxanıda körpə meyiti aşkarlandı - 21 Noyabr 2017, 16:23
"Bəzi səfirliklər bağlansın" - Deputatdan tələb - 21 Noyabr 2017, 16:21
İDDİA! Hüseyn Abdullayev "Azərsun"a basqın edib: biznesmen döyülüb, seyfindən 180 min dollar aparılıb? - AÇIQLAMA - 21 Noyabr 2017, 16:06
"Dəmirbank"a depozit qoymaq istəyənlərin milyonları mənimsənildi - 21 Noyabr 2017, 16:02
"Mənimlə yatın, yaxşı qiymət yazım" - əxlaqsız müəllimdən təklif - 21 Noyabr 2017, 16:00
Gəncədə “Bugünkü yatırım sabaha inamdır” gənclər üçün məşğulluq layihəsi həyata keçiriləcək - 21 Noyabr 2017, 15:57
“4 dil bilir, ona görə fikrini səhv ifadə edib” - Vaqif Əsədov - 21 Noyabr 2017, 15:53
Bütün xəbərlər >>


Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 32, Ofis 10
Bizim email ünvanımız: [email protected]
Əlaqə nömrəsi
012-493-13-65
077-270-01-10