03:02 Cümə, 25 May 2018
SİYASƏT

Putin Mehriban Əliyevanı təbrik edib

15:47, 07.03.2017639
Putin Mehriban Əliyevanı təbrik edib

 

Rusiya Federasiyasının prezidenti Vladimir Putin Azərbaycanın  birinci vitse-prezidenti Mehriban Arif qızı Əliyevanı 8 mart Qadınlar Günü münasibətilə təbrik edib.

Təbrikdə deyilir:

"Hörmətli Mehriban Arif qızı.

Sizi Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edirəm.

Qadınlar bütün dövrlərdə ailə ocağının, ailə dəyərlərinin və ənənələrinin mühafizəçiləri olub, sevgi və sədaqəti, qəlbin hərarətini və ümidləri təcəssüm ediblər.

Sizin həyatınızda işıqlı və sevincli günlərin mümkün qədər çox olmasını, işlərinizin və təşəbbüslərinizin həmişə uğurla nəticələnməsini ürəkdən arzu edirəm.

Sizə möhkəm cansağlığı, uğurlar və firavanlıq diləyirəm”.

///AzərTac-
XƏBƏR LENTİ