09:31 Bazar Ertəsi, 23 Aprel 2018
İDMAN

"Qalatasaray" Podolskini satdı - MƏBLƏĞ

14:27, 02.03.2017508

"Qalatasaray" Lukas Podolskini Yaponiyanın "Vissel Kobe" klubuna satıb. 

Bu barədə İstanbul klubu rəsmi açıqlama yayıb.

Bildirilib ki, Yaponiya klubu bu transferə görə 2,6 milyon avro təzminant ödəycək. Podolski "Vissel Kobe"yə 2016/17 mövsümü bitəndən sonra qoşulacaq. Həmin vaxta qədər "Qalatasaray"ın formasını geyinəcək.

Anlaşmadakı digər maddəyə görə, Podolski mövsümün qalan hissəsindəki matçların 75 faizində forma geyinsə və "Qalatasaray" Çempionlar Liqasına vəsiqə qazansa, yaponlar əlavə olaraq 200 min avro ödəyəcək.

Qeyd edək ki, "Qalatasaray" alman futbolçunu 2015-ci ildə "Arsenal"dan 2,5 milyon avroya almışdı.

///Qaynar.Az
0
XƏBƏR LENTİ