03:49 Bazar Ertəsi, 22 Oktyabr 2018
SOSİAL

"Qapını içəridən bağlayıb" - Kənan Hacının xanımı

12:14, 16.03.2017590
Xəbər verdiyimiz kimi, tanınmış yazar Kənan Hacının sosial şəbəkədə yazdığı inthar statusu gündəm yaradıb. Bir çoxları onunla əlaqə saxlamaq istəsələr də, buna nail ola bilməyiblər.

Səbəb isə Kənan Hacının telefonunun sönülü olmasıdır.
Məsələni aydınlaşdırmaq üçün yazarın həyat yoldaşı İlhamə Dağlı ilə əlaqə saxladıq. İlhamə xanım bunları dedi:
"Onu sonuncu dəfə səhər saatlarında görmüşəm. Hər şey normal idi. Mən də evdən çıxıb işə gəldim. Ancaq indi zəng edirəm, heç kim telefonu götürmür. Özüm də nigaranam. Evə adam yolladım, dedilər qapı bağlıdır. Bilmirəm, yəqin içəridən qapını bağlayıb. Mən özüm şokdayam". 
 
/// metbuat.az
XƏBƏR LENTİ