"Qayınatamın azad edilməsi üçün MTN zabitinə 1 milyon dollar verdim" - ŞOK İFADƏ

02 Fevral 2017, 18:57
AAA

 

Bu gün Bakı Hərbi Məhkəməsində sahibkarlara hədə-qorxu gəlməkdə, onların külli miqdarda əmlakını ələ keçirməkdə ittiham olunan ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi 2-ci istintaq şöbəsinin rəisi Vüsal Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Hakim Siyavuş Hacıyevin sədrlik etdiyi iclasda Vüsal Ələkbərov həbs qərarının ev dustaqlığı ilə əvəz edilməsi barədə vəsatət verib. Lakin məhkəmə vəsatəti təmin etməyib.

Daha sonra iclasda zərərçəkmiş Nizami Kazımovun qudası Tahir Əbdülqasımov ifadə verib. O bildirib ki, Nizami Kazımov həbs olunan zaman Azərbaycandan kənarda olub: "Azərbaycana qayıdandan sonra eşitdim ki, Nizamini həbs ediblər. Bildirdilər ki, banka pul qoyub, buna görə də həbs ediblər. Buna inanmadım, fikirləşdim ki, adamı banka pul qoyduğu üçün həbs edərlər? Fikirləşdim ki, burada başqa iş var. Onunla məhkəmədə görüşdük, dedi ki, banka pul qoyduğu üçün həbs ediblər. Nizaminin dilindən eşidəndən sonra deyilənlərin düzgün olduğunu bildim. Nizami dedi ki, həbsdən azad edilməsi üçün 2 milyon dollar istəyirlər, həm də bankda pulu batıb". 

Şahid qeyd edib ki, Vüsal Ələkbərova ilkin olaraq 1 milyon dollar verilib: "Pulu MTN-nin binasının yanına aparanda 4 nəfər idik. Oradan telefonla dedilər ki, pulu bir nəfər gətirsin, oğlum Samir də çantada olan pulu apardı. Həmin vaxt Vüsal Ələkbərovu uzaqdan görmüşəm. Sonra Nizami azadlığa çıxdı. Vüsal Ələkbərov qalan pulu da verməyi tələb etdi".

Daha sonra sualları cavablandıran Tahir Əbdülqasımov bildirib ki, Vüsal Ələkbərovun qanunsuz hərəkətləri ilə bağlı həmin zaman müvafiq qurumlara müraciət etməyiblər. 

Şahid qeyd edib ki, Nizami Kazımovun həbsdən azad edilməsi üçün 2 milyon dollar verilmədiyi halda, onun 15 ilə qədər azadlıqdan məhrum ediləcəyi ilə hədələyiblər.

Sonra Nizami Kazımovun kürəkəni Samir Nadirli ifadə verib. O, ifadəsində "Texnikabank"a qoyulan depozit puldan, sonra Nizami Kazımovun həbs edilməsindən danışıb. Onun sözlərinə görə, Vüsal Ələkbərov ondan qayınatasının üzünə durmağı tələb edib: "Bu işlə bağlı mənim ərizəmi aldılar, amma məni dindirmədilər". 

Samir Nadirli daha sonra Nizami Kazımovun həbsdən azad edilməsi üçün 1 milyon dolların toplanmasından danışıb, həmin vəsaiti Vüsal Ələkbərova MTN-nin binasının arxa tərəfində verdiyini təsdiqləyib. 

Proses fevralın 9-da davam edəcək. 

Qeyd edək ki, V. Ələkbərov Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) və digər maddələrinə əsasən ittiham edilir. (APA)


Oxunma sayı : 8305

SON XƏBƏRLƏR
Milli Məclisin deputatı qiymət artımına etiraz etdi: "Bizdə qiymət qalxdısa enmir" - 22 Noyabr 2017, 12:55
Özündən 40 yaş böyük ərini öldürüb, kanalizasiyaya atdı - 22 Noyabr 2017, 12:39
3 uşaq atası tanış olduğu qızı 21 gün boyunca kəmərlə döyüb, təcavüz etdi - FOTO - 22 Noyabr 2017, 12:25
Regionlarda saglam həyat tərzinin təbliginə balşanılıb - 22 Noyabr 2017, 12:21
“Atletiko”nun ümidi “Qarabağ”a qalıb - Simeone - 22 Noyabr 2017, 12:15
Qənirə Paşayeva müəllimlərə bağlı Milli Məclisdə çağırış etdi - 22 Noyabr 2017, 12:01
Məşhurlardan Fədayə Laçınla bağlı prezidentə müraciət - “Bağışlanılsın - 22 Noyabr 2017, 11:48
Manatla bağlı bədbin - Proqnoz - 22 Noyabr 2017, 11:22
Günel xəstəxanalıq oldu - Foto - 22 Noyabr 2017, 11:20
"Plastik əməliyyat insanı transseksuallara oxşadır" - Nigar - 22 Noyabr 2017, 11:13
Bakıda xəstəxanadan qaçan şəxsin dəhşətli sonu - 22 Noyabr 2017, 11:08
Azərbaycan ərazisində mina partladı: 3 erməni hərbçi öldü, biri yaralandı - 22 Noyabr 2017, 10:47
Bakıda "BMW X5" dəhşətli qəza törətdi: ölən var - 22 Noyabr 2017, 10:46
Rəsulzadənin xanımının məzarı tapıldı - FOTOLAR - 22 Noyabr 2017, 10:33
Nazir avtoritetlərin qaçmasından yazdı: "Bu, problemlərin olduğunu göstərdi" - 22 Noyabr 2017, 10:23
“Bircə mənim oğlumun məzarı bayraqsız qalıb...” - Şəhid anası - 22 Noyabr 2017, 10:16
Bakıda sərnişin avtobusu ağır qəzaya düşdü: yaralılar var - 22 Noyabr 2017, 10:16
Rusiyada giriş vizasının yeni növü təsdiq olunub - 22 Noyabr 2017, 10:14
Tovuz sakinindən maraqlı ixtira — VİDEO - 22 Noyabr 2017, 09:58
Azərbaycanda gömrük rüsumları dəyişəcək - 22 Noyabr 2017, 09:47
Ağ Ev Putin-Tramp danışığının mövzularını açıqladı - 22 Noyabr 2017, 09:44
Qənirə Paşayeva Milli Məclisdə tələbələrin problemlərindən danışdı - 21 Noyabr 2017, 21:52
Sabah Bakının bir hissəsi təbii qazsız qalacaq - 21 Noyabr 2017, 20:23
İordaniyada pişiyi dövlət işinə götürdülər - 21 Noyabr 2017, 19:54
Deputatdan Elman Rüstəmova irad: “Azərbaycanda bank sistemi dağılır” - 21 Noyabr 2017, 19:51
Ən təhlükəli parollar açıqlandı - 21 Noyabr 2017, 19:28
General: “Qarabağ”-ın oyununda təhlükəsizlik təmin olunacaq - 21 Noyabr 2017, 19:06
Fədayə Laçın ev dustağı olmaq istəyir - 21 Noyabr 2017, 18:45
Dövlət müşavirləri vəzifəsi ləğv edildi – SƏRƏNCAM - 21 Noyabr 2017, 18:21
Azərbaycanda üçəm doğuldu: Mehriban, Leyla, Arzu - 21 Noyabr 2017, 17:42
Sevinc Ağasıyeva: "Bu işdən çox böyük zövq aldım" - FOTOSESSİYA - 21 Noyabr 2017, 17:38
Ərdoğan: Kim nə qədər istəyir narahat olsun, biz AES tikəcəyik - 21 Noyabr 2017, 17:23
"Banklar vətəndaşlara kömək etsin" - Siyavuş Novruzov - 21 Noyabr 2017, 17:15
Azərbaycanlı futbolçu həbs edildi - İran vətəndaşını qarət etdiyi üçün - 21 Noyabr 2017, 16:53
Yeni Azərbaycan Partiyasının yaradılmasından 25 il ötür - 21 Noyabr 2017, 16:47
“BakuBus”ın avtobusu gənc qızı vurdu - 21 Noyabr 2017, 16:46
İqtisad Universitetinin rektoru Ədalət Muradov Təhsil Naziri olmaq istəyir - 21 Noyabr 2017, 16:32
"Xarici şok baş verməzsə, valyuta bazarında sabitlik qorunacaq" - Elman Rüstəmov - 21 Noyabr 2017, 16:27
Suraxanıda körpə meyiti aşkarlandı - 21 Noyabr 2017, 16:23
"Bəzi səfirliklər bağlansın" - Deputatdan tələb - 21 Noyabr 2017, 16:21
İDDİA! Hüseyn Abdullayev "Azərsun"a basqın edib: biznesmen döyülüb, seyfindən 180 min dollar aparılıb? - AÇIQLAMA - 21 Noyabr 2017, 16:06
"Dəmirbank"a depozit qoymaq istəyənlərin milyonları mənimsənildi - 21 Noyabr 2017, 16:02
"Mənimlə yatın, yaxşı qiymət yazım" - əxlaqsız müəllimdən təklif - 21 Noyabr 2017, 16:00
Gəncədə “Bugünkü yatırım sabaha inamdır” gənclər üçün məşğulluq layihəsi həyata keçiriləcək - 21 Noyabr 2017, 15:57
“4 dil bilir, ona görə fikrini səhv ifadə edib” - Vaqif Əsədov - 21 Noyabr 2017, 15:53
Bütün xəbərlər >>


Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 32, Ofis 10
Bizim email ünvanımız: [email protected]
Əlaqə nömrəsi
012-493-13-65
077-270-01-10