"Qoşunlar orda olduğu müddətdə insident baş verəcək" - Nazir

07 Mart 2017, 15:25
AAA

 

"Dağlıq Qarabağ münaqişəsinin həlli Azərbaycanın xarici siyasətinin əsas prioritetidir".

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Rusiya Diplomatik Akademiyasında çıxışında deyib.

Nazir münaqişənin bu günə kimi həll edilməməsinin regionun inkişafına əsas maneə olduğunu söyləyib: "Artıq 30 ilə yaxındır, həm Azərbaycan, həm də Ermənistan bu problemlə üz-üzə qalıb. Dünən biz Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yollarını detallı müzakirə etdik. Təkcə biz nazirlər yox, Azərbaycan və Rusiya prezidentləri də görüşlərində bu məsələni mütəmadi müzakirə edirlər".

Azərbaycan XİN başçısı Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi üçün Ermənistanın siyasi iradə göstərməli olduğunu vurğulayıb: "Bu münaqişənin həlli ilə məşğul olanlar yaxşı bilirlər ki, əsas problem nədən ibarətdir. Münaqişənin həlli üçün ilk növbədə Ermənistan qoşunları işğal altındakı Azərbaycan ərazilərini tərk etməli, regionun təhlükəsizliyi təmin olunmalıdır. Daha sonra azərbaycanlı məcburi köçkünlər doğma yurdlarına qayıtmalıdırlar. Sonra regionun kommunikasiyası bərpa olunmalı, dəmiryolu xətti bərpa edilməlidir. Bütün bunlar regionun iqtisadi inkişafına kömək edəcək. Daha sonra isə Dağlıq Qarabağın statusu məsələsinə baxılmalıdır. Dünən Lavrovla görüşdə də bunları müzakirə etdik. Bir daha qeyd edirəm ki, əsas məsələ Ermənistan qoşunlarının kazarmaya qayıtmasıdır. Bütün bu məsələlər ardıcıllıqla həll olunacaq".

Qoşunların təmas xəttində yaşanan gərginlikdən danışan Azərbaycan XİN başçısı bildirib ki, təmas xəttində insidentlərin araşdırılması üzrə monitorinqin aparılması ilə Azərbaycan tərəfi razıdır: "Deyirlər ki, gəlin qoşunların təmas xəttində insidentləri araşdırılması üçün monitorinq quraq. Biz də deyirik ki, buyurun. Lakin bu, böyük planın tərkib hissəsi olmalıdır. Ermənistan qoşunları həmin ərazilərdən çıxsın, sonra bunu edək. Qoşunlar orda olduğu müddətdə əlbəttə ki, insident də baş verəcək".


Oxunma sayı : 360

Loading...
SON XƏBƏRLƏR
ADU-da tələbə qızın cəsarətli çıxışı rektoru özündən çıxartdı: "Kəs səsini, sözünü geri götür" (VİDEO) - 28 May 2017, 03:14
Ankarada Qarabağ parkının açılışı olub - 27 May 2017, 22:42
Ərə gedən xalq artisti toydan sonra ilk dəfə - FOTOLAR - 27 May 2017, 16:13
Bakıda gecə klubunda DAVA - 27 May 2017, 14:20
Azərbaycana məxsus helikopter qəza enişi etdi - 27 May 2017, 14:15
Gözəl Bayramlı Bakı İstintaq Təcridxanasına köçürülüb - 27 May 2017, 14:04
Tovuzda 17 yaşlı qız valideynlərinə görə intihara cəhd etdi - 27 May 2017, 14:00
Kişi biryaşlı oğlunu vurub öldürdü - 27 May 2017, 13:49
Ağəlinin 12 yaşındakı sərgüzəştləri: həmin "Porsche", "paçka-paçka" pullar və... - Fotolar - 27 May 2017, 13:29
Bu da özünə milyonluq toy edən Xəyyamın özündən 16 yaş kiçik xanımı Nərmin - VİDEO - 27 May 2017, 12:49
Bakıda hotelin şüşəsini təmizləyən iki işçi 7-ci mərtəbədən yıxılıb - 27 May 2017, 12:40
Mədət Quliyev Aygün Kazımovaya DTX-da vəzifə verdi - 27 May 2017, 12:33
Bakıda avtoqəza: Qadın yaralandı – FOTO - 27 May 2017, 12:06
DTX rəisindən təcridxanalardakı ölüm hallarına - Reaksiya - 27 May 2017, 10:07
Mədət Quliyev tutulan hərbçi casuslardan danışdı - 27 May 2017, 09:59
Günaydan oğluna maraqlı hədiyyə - FOTO - 26 May 2017, 23:16
Qızından Rəqsanəyə: "Sən başqa qollardasan, mən başqa qollarda..." - 26 May 2017, 22:43
Mark ilk sosial şəbəkəsini 10 yaşında yaradıbmış - 26 May 2017, 22:23
"Birinci xanım"ların arasında yeganə kişi - baş nazirin arvadı - 26 May 2017, 21:10
Türkiyədə qədim türbəni satmaq istəyən 12 nəfər tutuldu - 26 May 2017, 20:38
Fatimə uşaqların sevincinə səbəb oldu - FOTO - 26 May 2017, 19:57
"Təhsil sistemində heç bir ixtisar yoxdur" - RƏSMİ AÇIQLAMA - 26 May 2017, 19:33
Saxta pul əsginasları satan şəxs saxlanıldı - VİDEO - FOTO - 26 May 2017, 19:06
Vüsal Quliyev: "Gənclərin sahibkarlıq fəaliyyəti ilə məşğul olması üçün hər cür şərait yaradılıb" - 26 May 2017, 18:22
Məşhurlar podiuma öz heyvanları ilə birlikdə çıxdılar - FOTOLAR - 26 May 2017, 18:20
Damlaya ağır itki “ O insanın ölümün pis qəbul edirəm” - FOTOLAR - 26 May 2017, 17:48
Ağıq xəstəlikdən əziyyət çəkən xalq artisinin yeni - Fotosu - 26 May 2017, 17:47
“Nar” abunəçiləri arasında keçirilən lotereya qaliblərinə mükafatlar təqdim edildi - 26 May 2017, 17:46
"Başına balta ilə vurdum, gördüm barmağı kəsilib yerə düşüb" - Qan donduran ifadələr - 26 May 2017, 17:42
"Sizinlə fəal tərəfdaşımız kimi işləməyi səbirsizliklə gözləyirəm" - Trampdan İlham Əliyevə məktub - 26 May 2017, 17:21
Azərbaycanın ən yaşlı seçicisi - "O, 3 əsrdə yaşayıb" - 26 May 2017, 17:20
Dolların mayın 30-a olan məzənnəsi - 26 May 2017, 17:11
Beynəlxalq Bankdan reytinqin düşməsi ilə bağlı AÇIQLAMA - 26 May 2017, 16:53
Məleykə Abbaszadədən 700 bal toplamış abituriyentlərə - Xəbərdarlıq - 26 May 2017, 16:38
İrandan gələn Azərbaycan vətəndaşı daxili orqanında narkotik gətirmək istədi - 26 May 2017, 16:28
Bu gecə Ay Yerin yaxınlığından keçəcək - 26 May 2017, 16:20
“Tramp dedi ki, başqa ölkələrin daxili işlərinə qarışmayacaq” - İlham Əliyev - 26 May 2017, 15:59
21 yaşlı azərbaycanlı qız İŞİD-ə qoşulub - FOTOLAR - 26 May 2017, 15:47
"Yataqda olsaq da, soyunmadıq, ayaqlarımı…" - Azərbaycanlı aktrisa - 26 May 2017, 15:40
Evi əlindən alınan kişinin bankın önündə özünü yandırdığı anın görüntüləri - ( VİDEO 16+) - 26 May 2017, 15:23
Bülent Ərsoyu ilan vurdu - 26 May 2017, 15:09
Nəsimi rayonunda “Yaşa Azərbaycan” adlı tədbir keçirilmişdir - 26 May 2017, 15:04
Yanacaqdoldurma məntəqələrindən kütləvi şikayət - Benzin alan sürücülər belə aldadılır... - 26 May 2017, 14:38
3-cü mərtəbədən düşən üç yaşlı uşaq sağ qalıb - 26 May 2017, 14:16
Azərbaycanda bələdiyyə sədri dəhşətli qəzaya düşdü - FOTO - 26 May 2017, 14:05
Bütün xəbərlər >>


Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 32, Ofis 10
Bizim email ünvanımız: azxeber@mail.ru
Əlaqə nömrəsi
012-493-13-65
077-270-01-10