Ramiz Rövşən: "Adam cavanlıqda dalaşqan, qocalanda deyingən olur"

29 Noyabr 2016, 19:33
AAA
"İlan balası" şeirim əslində şair haqqındadır Amma bir dəfə gənclərin ocaq başında o şeiri dediklərinə şahid oldum və orada anladım ki, onların oxuduğu şeir əslində azadlıq haqqındadır.  
 
ŞAİR RAMİZ RÖVŞƏN 70 İLLİYİ ƏRƏFƏSİNDƏ YUĞ TEATRINDA OXUCULARI İLƏ GÖRÜŞÜB
 
Dekabrın 15-də 70 yaşı tamam olacaq Ramiz Rövşən yubileyi ərəfəsində "Söz" ədəbi layihəsinin qonağı olub. Görüşün tamaşaçıları arasında Yuğ Teatrının kollektivi ilə birgə Əməkdar rəssam Rais Rəsulzadə, professor Rafiq Əliyev, rejissor Ramiz Həsənoğlu, Əməkdar artistlər Vidadi Həsənov, Tünzalə Ağayeva, türkiyəli yazıçı və tərcüməçi İmdat Avşar, yazıçılar Fəxri Uğurlu, Günel Anarqızı, Pərvin, Ülviyyə Heydərova da vardı. Qonaqları salamlayan "Söz" ədəbi layihəsinin rəhbəri Nigar Həsənzadə Ramiz Rövşənin həyat və yaradıcılığından ətraflı danışdıqdan sonra sözü şairə verdi. Tədbir iştirakçılarına təşəkkür edən şair bu cür tədbirləri sevmədiyini bildirərək dedi ki, şair oxucularla şeirdə görüşməlidir: "Buna görə də tez-tez deyirəm, adamın özü çox vaxt sözünə mane olur. Üzümüz sözümüzün qarşısını kəsir.
 
Şeir şairdən azad olmalıdır.
 
Düzdür, bu, əvvəl-axır baş verir, amma şair heç vaxt şeirdən azad ola bilmir". Dünyada, cəmiyyətdə baş verən proseslərə biganə qalmadığını vurğulayan şairin fikrincə, indi dünyada şeir havası deyil: "Bu sözlərimin qocalıq deyingənliyi kimi qəbul olunmasını istəmirəm. Adam cavanlıqda dalaşqan, qocalanda deyingən olur. Dünya həddən artıq maddiləşib, amma mən bədbin deyiləm. Hərdən deyirlər ki, oxucu yoxdur, insanlar şeirlə maraqlanmırlar. Bunu birmənalı olaraq qeyd edirəm ki, bütün bunlara rəğmən poeziya heç vaxt ölməyəcək. Elə mən özüm də bu giley-güzarın ortasında heç vaxt oxucu qıtlığı çəkməmişəm, şeirlərimə həmişə maraq görmüşəm, aclıq hiss etmişəm. Doğrusu, heç vaxt oxucu üçün yazmamışam, əgər şair oxucu üçün yazırsa, o sifət getdikcə konkretləşəcək və kimlər üçünsə yazmağa başlayacaq, onların zövqünə uyğunlaşacaq".
 
R.Rövşən hesab edir ki, şeir oxucunun içində əks-səda verirsə, deməli, o hisslər həmin adamın içində var: "Tanınmış rus şairi Anna Axmatova deyir, yaxşı şeir odur ki, kimsə oxuyanda desin: dilimin ucundaydı. Şair yazdığını yazır, oxucu düşündüyünü oxuyur. Eyni şeiri oxuyan iki nəfər əslində ayrı-ayrı şeirlər oxuyur. Kimisi həmin şeiri dünyanın o başına qədər aparır, kimisində isə divara dəyib qayıdır. Oxucu var, şairin ağlına gəlməyən mənaları tapıb çıxarır. Amma bir məsələ də var: əgər o mənaları tapmaq olursa, deməli, onlar əvvəldən şeirdə olub. Şair öz şeirindəki bütün sətiraltı mənaları bilməyə məcbur deyil. Ümumiyyətlə, düşünmürəm ki, şair özünün ən ağıllı oxucusudur. Məsələn, "İlan balası" şeirim əslində şair haqqındadır. Amma bir dəfə gənclərin ocaq başında o şeiri dediklərinə şahid oldum və orada anladım ki, onların oxuduğu şeir əslində azadlıq haqqındadır. Bəzən gəncliyimdə yazdığım şeirlərə baxıram, əlbəttə, müxtəlif mənalara yoza bilərəm, amma bəzi məqamlarda nə demək istədiyimi anlaya bilmirəm. Çünki o vaxt başqa adamıydım, indi başqa. Zahirən də, daxilən də çox şey dəyişib. Etiraf edim, cavan Ramizi xatırlayanda anlayıram ki, şair haqqında təsəvvürlərimi ən çox dağıdan elə özüm olmuşam. 50 il bundan əvvəl ağlıma gəlməzdi ki, hazırkı yaşımda və görkəmimdə də şair olar” (gülür).
 
R.Rövşən qeyd edib ki, şairliyi öyrənmək mümkün deyil: "Elə bir məktəb, şairlik məktəbi yoxdur ki, orda yazmağı, yaradıcılığı öyrənəsən. Əlbəttə, müxtəlif qurumlar, məktəblər, dərnəklər mövcuddur, amma onların heç biri şair "istehsal" etmir. Şeirin texnikasını öyrənmək olar, hətta bu, çox vacib şərtlərdəndir. Müəllimlərimdən, tanınmış rejissor Andrey Tarkovski rejissorlar haqqında deyirdi ki, bizdə dahilər doludur, amma peşəkarlar çox azdır. Bu sözdə böyük ironiya var. Çünki peşəkar olmayan adam dahi də ola bilməz. Bir məsələni də qeyd edim, bizdə söhbətlər olur ki, filankəs ədəbiyyata həyatdan gəlib, bəhmənkəs ədəbiyyata kitablardan gəlib və sairə. Gülməlidir. Heç vaxt birbaşa həyatdan ədəbiyyata gəlmək mümkün deyil". Tədbir boyunca oxucularla müxtəlif mövzulara aid fikirlərini bölüşən şair şeirlərini, tərcümələrini oxudu. Yuğ Teatrının kollektivi də R.Rövşənə səs verdi.
 
Daha sonra şair oxucuların çoxsaylı suallarını cavablandırdı. (525.az)

Oxunma sayı : 340

Loading...
SON XƏBƏRLƏR
Rusiyada azərbaycanlı taksi sürücüsü öldürüldü - 28 Mart 2017, 17:44
“Bizim Market” şəbəkəsinin şəriki məhkəmə qarşısında: 2 milyon manatlıq yeyinti - 28 Mart 2017, 17:43
“Qarabağ problemi hər bir türk insanının problemidir” - Qənirə Paşayeva - 28 Mart 2017, 17:41
Sabaha məzənnə açıqlandı - Dollar bahalaşdı - 28 Mart 2017, 17:34
"Seyranın keçmiş həyat yoldaşı ilə yazışmalarım var, ailəsini mən dağıtmamışam" - 28 Mart 2017, 17:28
“Barama Media Mərkəzi” tələbələrin istifadəsinə verilir - 28 Mart 2017, 17:26
“Playboy”un azərbaycanlı gözəli belə dincəlir - Fotolar - 28 Mart 2017, 17:14
Qubaya qar yağıb - 28 Mart 2017, 17:06
AFFA-dan Azərbaycan futboluna zərbə: 14 yaşlı uşağa oynamağa icazə vermirlər - 28 Mart 2017, 17:06
Azərbaycanda müəllimənin dəhşətli qətli ilə bağlı YENİ MƏLUMAT - 28 Mart 2017, 16:54
Rayondan gələnlər Bakıda oxuya bilməyəcək? - Şərtlər açıqlandı - 28 Mart 2017, 16:43
Səməni, saxla məni - 28 Mart 2017, 16:42
Özünü öldürən MTN polkovniki barəsində qərar verildi - 28 Mart 2017, 16:32
Lənkəranda qadın müəllim öldürüldü - 28 Mart 2017, 16:27
Ali məktəblərə qəbulun keçid balları açıqlandı - Rəsmi - 28 Mart 2017, 16:17
Nazir Fazil Məmmədov öz müavini ilə quda olur - Toy olacaq… - 28 Mart 2017, 16:03
Podqoritsada “İpək Yolu” festivalı açılıb – FOTOLAR - 28 Mart 2017, 16:03
Azərbaycanlı tələbə erməni müəllimi universitetdən qovdurdu - 28 Mart 2017, 15:56
Bakıda bu da oldu: Translar birləşib yük maşının sürücüsünü döydülər - 28 Mart 2017, 15:45
"Əhalinin sayı artır, buna görə yeni iş yerləri açılmalıdır" - Prezident - 28 Mart 2017, 15:36
Bakıda uşaqlar arasında kəskin virus yayıldı - 28 Mart 2017, 15:28
Əməkdar artist Firuz Xudaverdiyev vəfat etdi - 28 Mart 2017, 15:20
Azərbaycanda məşhur barın müdiri müştərini döyərək öldürdü - 28 Mart 2017, 15:16
Bayramdan sonrakı ilk hərracda dollar bahalaşdı - 28 Mart 2017, 14:56
Gürcüstanda bayramdır: Bu gündən Avropaya vizasız gedəcəklər - 28 Mart 2017, 14:55
Azərbaycanlı müğənnilərin idarə etdiyi avtomobillər - SİYAHI - 28 Mart 2017, 14:50
İlham Əliyev əmr verdi, iki general istefaya göndərildi - ADLAR - 28 Mart 2017, 14:49
BDU, ADU və Azərbaycan Dövlət Aqrar Universiteti təqaüdləri vermir: Tələbələr əlacsız qalıb - 28 Mart 2017, 14:35
"Məni MTN-ə çağırıb 300 min manat pul tələb etdilər" - 28 Mart 2017, 14:35
Zakir Həsənov yüksək rütbəli hərbçləri istefaya göndərdi - 28 Mart 2017, 14:27
Qənirə Paşayeva itkin düşən gəncdən yazdı: "Hamımızın başına gələ bilər" - 28 Mart 2017, 14:14
Bakıda marşrut sahiblərinin səlahiyyəti əllərindən alındı - 28 Mart 2017, 14:03
"Garant İnşaat Sənayə" fəaliyyətini genişləndirir - 28 Mart 2017, 13:56
"Nümunə göstəririk ki, ölkəni necə idarə etmək lazımdır" - İlham Əliyev - 28 Mart 2017, 13:53
"Qardaş olmağımızı get anadan soruş" - Polis mayorunu bıçaqlayan şəxs danışdı - 28 Mart 2017, 13:48
Məsut Özil Azərbaycan xalqına təşəkkür etdi: 15 milyonluq səhifəsində - 28 Mart 2017, 13:40
DİN-də yeni təyinat - 28 Mart 2017, 13:38
"Azersun”un ətlə dolu yük maşını yoxa çıxdı - 28 Mart 2017, 13:28
"Kasıbın 2-dən çox uşaq doğmağa haqqı yoxdur!" - Murad Arif - 28 Mart 2017, 13:22
Qəzada yaralanan tələbələrdən xəbər var - 28 Mart 2017, 13:22
Mehman Hüseynovun həbsdən sonra ilk - FOTOSU - 28 Mart 2017, 13:17
Sabah Azərbaycanda 22 dərəcəyədək isti gözlənilir - 28 Mart 2017, 13:10
"Mənim deyilsə, heç kimin olmasın" - Arvadının üzünə "kislota" atdıran kişi - 28 Mart 2017, 13:02
“Mərcan broyler” də Ziya Məmmədovun oğlundan alınır - 28 Mart 2017, 12:59
Bakıda avtobus sürücüsünün özbaşınalığı - Marşrutdan çıxdı, sərnişinləri yola atdı - 28 Mart 2017, 12:58
Bütün xəbərlər >>


Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 32, Ofis 10
Bizim email ünvanımız: [email protected]
Əlaqə nömrəsi
012-493-13-65
077-270-01-10