14:55 çərşənbə, 13 Dekabr 2017
SİYASƏT

Ruhani İlham Əliyevi“Sədabad” sarayında qarşıladı - FOTOLAR

12:49, 05.03.2017449
Bacısının ərini və qayınatasını güllələdi - Bakıda kriminal

Martın 5-də Azərbaycan Prezidenti İlham Əliyevin Tehranda rəsmi qarşılanma mərasimi olub.

AzərTac xəbər verir ki, İlham Əliyev süvari dəstəsinin müşayiəti ilə "Sədabad” sarayına gəlib.

Azərbaycanın və İranın dövlət bayraqlarının dalğalandığı "Sədabad” sarayının qarşısındakı meydanda İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

İran Prezidenti Həsən Ruhani İlham Əliyevi qarşılayıb.

Azərbaycanın və İranın dövlət himnləri səslənib.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib.

Dövlət başçıları fəxri qarovul dəstəsinin önündən keçiblər.

Prezidentlər birgə foto çəkdiriblər.

İranın dövlət və hökumət nümayəndələri Azərbaycan Prezidenti İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə İran Prezidenti Həsən Ruhaniyə təqdim olunub.





0
XƏBƏR LENTİ