“Rus “çinovnik”i görən kimi ekstaza gəlib” - Arif Rəhimzadəyə sərt cavab

07 Mart 2017, 13:18
AAA
 
Elçin Mirzəbəyli 

Adamlar yorulublar... 

26 illin müstəqilliyi şüurlarındakı "sovet adamı” pasını təmizləyə bilməyib. 26 il üçrəngli bayrağın kölgəsində mütgüləyib "sovet adamı” kimi oyanıblar. O bayrağın rənglərinin, o rənglərin ifadə etdiyi və müstəqil Azərbaycanın strateji hədəflərini nişan verən milli məfkurəmizin fərqinə belə varmayıblar... Onlara görə Azərbaycan hansısa təbii fəlakət nəticəsində materikdən ayrılan torpaq parçası olub. Və gözləyiblər ki, nə zamansa başqa bir təbii fəlakət baş verəcək və bu torpaq parçası geosiyasi dalğaların təsiri altında yenidən doğma materikinə doğru üzməyə başlayacaq. Bu səbəbdən də bir rus "çinovniki” görən kimi çiçəkləri çırtlayıb, damarları atıb, ekstaza gəliblər. Bir rus jurnalisti görən kimi "İsvestiya”, "Pravda” qəzetlərinin müxbirləri gəlib gözlərinin önünə... Ona görə də özününkülərin yanında özləri kimi danışmağa başlayıblar: Baxın a, biz onlardan deyilik, biz başqayıq... Biz çar imperiyasının, bolşevik Rusiyasının, Stalin konstitusiyasının "şinel”indən çıxmışıq. 

Belələrini o qədər görmüşəm ki... Təəccüblənmirəm. 

Bir tanışım var, sözünü kəsən olmasa saatlarla danışar... 

Mənasız, məzmunsuz cümlələri ard-arda düzür, dünyanın xəritəsini yenidən cızır və bütün bu mənasız, məzmunsuz çıxışlarının sonunu "köpək oğlunun rusu, görürsən neylədi?” deyimi ilə bitirir... Təbii ki, tanışım siyasi terminalogiyasında yer alan "köpək oğlu” sözünü təhqir kimi dilə gətirmir. Bu, sadəcə onun ən sevimli sözüdü. Heyran qaldığı nə, yaxud kim varsa bu sözlə vəsf edir. Əllərini ununu təmizləyirmiş kimi bir-birinə çırpıb "köpək oğlun filankəsi, bacarır da” deyir və elə içdən qəhqəhə çəkir ki, sanki ən yaxın adamının uğuruna sevinir. Yaxşı xatırlayıram, Rusiya Şimali Osetiya və Abxaziyaya əl qoyanda da, Krımı ilhaq edəndə də eyni qəhqəhəni çəkmişdi və təbii ki, əllərinin "ununu” təmizləməyi unutmadan... 
Əziz oxucum, ola bilsin ki, belələri ilə siz də qarşılaşmısınız. 

...Bu yazını oxuyanların arasında da belələri ola bilər. Bəlkə də oxuyub özlərini görəcəklər və əllərini bir-birinə çıxrpıb, "köpək oğlunun... bəhmankəsi gör nə yazır e” deyəcəklər. Amma bu "köpək oğlu” o "köpək oğlu”ndan olmayacaq. Buna əminəm...

Lənət şeytana, çox uzaqdan başladım. Əslində Arif Rəhimzadənin son günlər ciddi müzakirələrə səbəb olan açıqlaması haqqında yazmaq istəyirdim. Doğrusu bilmirəm Arif müəllim rus müxbirlə dərdləşəndə hər zaman olduğu kimi, "ki” bağlayıcısını "kın” kimi ifadə edib, ya yox. Hərçənd ki, rus dilində "ki” bağlayıcısı başqa cür səslənir. Məsələn, "potomu çto” əvəzində "potomu ki”, yaxud "potomu kın” demək münkün deyil. Bəlkə də deyib və rus müxbir də bunu inkaredici söz önü bağlayıcısı kimi başa düşüb və başa düşdüyü kimi də yazıb. Bu, şübhəsiz ki, mənim fərziyəmdi. Amma ortalıqda fərziyə deyil, real fakt var. Arif Rəhimzadə deyir ki, "biz türk deyilik, azərbaycanlıyıq”. Yəni qüzeyli-güneyli 50 milyonluq Azərbaycan türklərinin adından çıxış edir. Etiraz doğuran da elə budur. Əgər Arif müəllim "mən türk deyiləm, azərbaycanlıyam” desəydi ən azından mən bu yazını yazmayacağdım. Ola bilsin ki, Goranboyda, Neftçalada, yaxud Masallıda yaşayan Məmməd, Əli, Fatma, Gülxanım da Arif Rəhimzadə kimi düşünür. Amma Təbrizdə, Urmiyədə, Zəncanda və bütövlükdə Azərbaycan adlanan coğrafi ərazinin 90-95 faizində yaşayan Azərbaycan türklərinin onun kimi düşünmədiyini bilirəm. Dövlət dilinin fars dili olduğu bir ölkədə fars-molla rejiminin xeyir-duası ilə parlamentdə təmsil olunan bir deputat kürsüyə çıxıb türk dilinin tədrisini, Azərbaycan türklərinin haqlarının tanınmasını tələb edir, dövlət dilinin Azərbaycan (türk) dili olduğu bir ölkənin deputatı isə "biz türk deyilik, azərbaycanlıyıq” deyir. Yer ayrılsa da Yerə girsək bundan yaxşıdır. O taydan 40 milyon Azərbaycan türkünün gözü bizdədir. Bayrağımızı öz bayraqları, dövlətimizi öz dövlətləri bilirlər. İndi bu 40 milyonluq bir toplum görəndə ki, biz milli kimliyimizi belə inkar edirik, nə düşünəcəklər haqqımızda? Dünyanın 4 bir yanına səpələnən Azərbaycan türkləri nə deyəcəklər bizə? Azərbaycan diasporunun 90 faizini Güney Azərbaycandan olan soydaşlarımız təşkil edir. Onlar özlərinə "Azərbaycan türkü” deyirlər... İndi onlara nə deyək? Deyək ki, biz "türk deyilik, azərbaycanlıyıq...”

Bəs hər addımda Azərbaycanın və onun Qarabağ uğrunda verdiyi mücadiləsinin, milli davamızın yanında olan Türkiyə türklərinə nə cavab verək, Arif Rəhimzadə? Deyək ki, biz "bir millət iki dövlət” deyəndə sizin də azərbaycanlı olduğunuzu düşünürük?! İndi sizin "sovet adamı”na xas beyniniz strateji düşünməyi bacarmırsa, bu, sizə irad tutanların problemi deyil... Arqument bitəndə şantaja keçmək... Ayıbdır, vallah... 

Sizə irad tutanlara "Xalq Cəbhəsinin tör-töküntüləri” deyirsiniz... Xatırladım ki, ünvanınıza səslənən iradları qismən də olsa yumşaltmağa, sizi bu vəziyyətdən çıxarmağa çalışan deputat həmkarınız və mənim çox böyük hörmət bəslədiyim Çingiz Qənizadə də Milli Azadlıq Hərəkatının və Xalq Cəbhəsinin aparıcı şəxslərindən biri olub...

Elə mən də milyonlarla Azərbaycan vətəndaşı kimi Milli Azadlıq Hərəkatının iştirakçısıyam. Amma Xalq Cəbhəsinin üzvü olmamışam, 1990-cı ilin yanvarından 1999-cu ilin sonunadək heç bir siyasi prosesdə iştirak etməmişəm. Vaxtilə Xalq Cəbhəsinin rəhbərliyində təmsil olunan şəxslərdən bir çoxunun mövqeyini bölüşmürəm və Azərbaycanın inkişafı üçün ziyanlı hesab edirəm. Unutmayın ki, Xalq Cəbhəsi Milli Azadlıq Hərəkatının dalğasında yaranmışdı və hərəkata rəhbərlik edirdi. Həmin dövrdə Xalq Cəbhəsinə qoşulan insanlar Qarabağ və Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparırdılar. Xalq Cəbhəsinin sıralarında təmsil olunan minlərlə insan Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olub. Onlara da "tör-töküntü” deyirsiniz?  Bu gün YAP da daxil olmaqla müxtəlif siyasi partiyalarda, elm və təhsil müəssisələrində, kütləvi informasiya vasitələrində, dövlət qurumlarında və sizin də təmsil olunduğunuz parlamentdə vaxtilə Xalq Cəbhəsinin üzvü olmuş minlərlə insan fəaliyyət göstərir, Azərbaycanın rifahı və inkişafı uğrunda fədakarlıq nümayiş etdirirlər. Onlar da "tör-töküntü”dür? Sizə elə gəlmir ki, artıq konkret faktlarla danışmağın, proseslərə konkret zaman kəsiyindən, fərdi müstəvidə yanaşmağın zamanı çoxdan yetişib? Artıq kütləvi qaralama kampaniyaları effekt vermir, yaxud əks effekt verir. Sizə elə gəlmir ki, siz və sizinlə eyni təfəkkürü bölüşənlər müasir dövrün çağırışlarına cavab verə bilmirsiniz və öz davranışlarınızla bu ölkəyə daha çox ziyan vurursunuz?

Başa düşmürsünüz ki, indi birlik, həmrəylik vaxtıdır! 

Son 1 il ərzində Sizin və bəzi həmkarlarınızın açıqlamalarını sıraya düzürəm və təəssüf ki, arzu etmədiyim bir mənzərə yaranır. Siz bu ölkədə aparılan və aparılması nəzərdə tutulan islahatların, keçid prosesi üçün qaçılmaz olan bəzi çətinliklərin izahını vermək iqtidarında deyilsiniz. Sadəcə qaşınmayan yerdən qan çıxarırsınız, vəssalam. Susun barı... Susun ki, Vətən qazansın!  

Oxunma sayı : 427

Loading...
SON XƏBƏRLƏR
Bu da Nazarovun Almaniyaya vurduğu möhtəşəm qol - VİDEO - 26 Mart 2017, 20:39
20 azərbaycanlı Almaniya tərəfə keçdi: Stadionda rəqibə azarkeşlik edəcəklər - 26 Mart 2017, 19:52
Azərbaycan – Almaniya matçına doğru: Start heyətləri açıqlandı - 26 Mart 2017, 19:31
Azərbaycanda qeyri-adi bayram adəti: kişilər arvad paltarı geyib nəmər yığdı (VİDEO) - 26 Mart 2017, 18:50
Qayınata qızına görə kürəkənini polisə verdi: ilginc oğurluq işi... - 26 Mart 2017, 18:39
Rusiya ara qarışdı: Ölkəni mitinqlər bürüdü (VİDEO) - 26 Mart 2017, 18:38
Bakının mərkəzində avtobuslar üçün zolaq çəkildi - FOTOLAR - 26 Mart 2017, 18:34
Azərbaycanda maaşlar belə veriləcək - Aprelin 1-dən qaydalar tam dəyişir - 26 Mart 2017, 18:26
Azərbaycanlı gənc iş adamı İstanbulda qurduğu şirkətin 1 yaşını qeyd etdi - FOTOLAR - 26 Mart 2017, 18:07
Bakıda tanınmış təhsil şirkətinin rəhbəri faciəvi şəkildə öldü - FOTO - 26 Mart 2017, 11:56
Tovuzda yol qəzası - Xəsarət alanlar var - 26 Mart 2017, 11:21
Azərbaycan-Almaniya futbol matçına bütün biletlər satılıb - 26 Mart 2017, 11:10
Bayram günlərində qəzalarda 11 nəfər öldü - 26 Mart 2017, 10:55
Bakıda bu yolda geriyə dönmək qadağan edildi - FOTO - 26 Mart 2017, 10:40
Saatlar irəli çəkilməyib - Diqqətli olun - 26 Mart 2017, 10:29
“Bank of Baku”dan aprel şəhidlərinə hörmətsizlik: - “Bizə görə ölməyib ki…” - 25 Mart 2017, 17:53
DİM-in sınaq imtahanları baş tutmadı - SƏBƏB - 25 Mart 2017, 15:31
Vərəm xəstəsi olan qadın özünü öldürmək istədi - 25 Mart 2017, 15:04
AFFA-dan milliyə fantastik mükafat vədi: Almaniyanı udsalar... - 25 Mart 2017, 13:51
"N brothers"in üzvünün atası anasını və xalası qızını öldürdü - Dəhşətli qətl - 25 Mart 2017, 13:37
Bazar günü hava necə olacaq? - 25 Mart 2017, 13:34
Sumqayıtın icra başçısından aprel şəhidinin ruhuna hörmətsizlik: Yaşadığı binaya şəkilinin vurulmasına icazə vermədi - 25 Mart 2017, 13:12
Ən çox evlənib-boşanan məşhurlarımız - Kimi 3, kimi də 4 dəfə... - 25 Mart 2017, 13:02
Qənirə Paşayeva Behbud Xan Cavanşirlə bağlı geniş məruzə ilə çıxış edib - 25 Mart 2017, 12:53
Azərbaycanlı gənc Mayami üzərində vertolyot uçuşu həyata keçirdi - VİDEO - 25 Mart 2017, 12:10
Müdafiə Nazirliyindən cəbhədəki vəziyyətlə bağlı AÇIQLAMA - 25 Mart 2017, 11:59
Məşhur şoumen "Instagram"da tanış olduğu azərbaycanlı qızla eşq yaşayır - 25 Mart 2017, 11:36
“Azərbaycan San Marino və ya Lixtenşteyn deyil” - “Real”ın yarımmüdafiəçisi - 25 Mart 2017, 10:46
Abşeronda dəhşətli qətl: arvadını və onun bacısı qızını öldürdü - 25 Mart 2017, 10:42
İranda 130 avtomobil toqquşub, 1 uşaq ölüb, 59 nəfər yaralanıb - 25 Mart 2017, 00:18
Təhsilin ürəyi İstanbulda döyünür-EURIE 2017-nin möhtəşəm açılışı baş tutub - 25 Mart 2017, 00:14
"Bank of Baku"nun əməkdaşı jurnalisti "razborka"ya çağırdı - 24 Mart 2017, 23:52
Məhkəmə qərar verdi: Anar Məmmədovun əmlakına həbs qoyuldu - 24 Mart 2017, 23:44
Baş redaktor Bakıda erməni malları satan mağazanı növbəti dəfə ifşa etdi - FOTO - 24 Mart 2017, 23:38
Anarla görüşmək istəyən 60 yaşlı şair döyüldü - AYB-nin binasında dava düşdü - 24 Mart 2017, 20:24
Azərbaycanda eşşəklərin sayı niyə azalıb? - 24 Mart 2017, 20:21
Bakıdakı bəzi səfirliklərdə bayraqlar endirildi - 24 Mart 2017, 20:20
Gürcüstan vasitəsilə Ermənistana hərbi karvan göndərilməsi barədə - Rəsmi açıqlama - 24 Mart 2017, 20:18
Mingəçevirdə məşhur avtoritet saxlanıldı - 24 Mart 2017, 19:38
Azərbaycanda ailə vəhşiliyi: gəlini hər gün döydülər - 24 Mart 2017, 15:45
UEFA biri "Barselona" olmaqla 2 klubu cəzalandırdı - 24 Mart 2017, 14:23
Ayla Nur: Əsl rəqsin necə olduğunu göstərmək üçün gəlmişəm - VİDEO - 24 Mart 2017, 13:32
"Qanlıgöl"dəki dəhşətli qətlin təfərrüatı — qısqandığı üçün arvadını bıçaqladı - 24 Mart 2017, 13:24
Bakıda Təbriz rüzgarı: Azərbaycan canımızdır - VİDEO - 24 Mart 2017, 13:19
Polis əks istiqamətdə hərəkət edən “Prado”nun sürücüsünü axtarır - VİDEO - 24 Mart 2017, 13:15
Bütün xəbərlər >>


Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 32, Ofis 10
Bizim email ünvanımız: [email protected]
Əlaqə nömrəsi
012-493-13-65
077-270-01-10