17:51 çərşənbə Axşamı, 20 Fevral 2018
DÜNYA

Rusiyada azərbaycanlı iş adamları öldürüldü - 17 milyon apardılar

11:25, 13.03.20176986
Rusiyada azərbaycanlı iş adamları öldürüldü - 17 milyon apardılar

Rusiyanın Krasnodar şəhərində iki azərbaycanlı iş adamı qətlə yetirilib.

Onlar yaşadıqları evin liftində öldürülüblər.

Yerli polis artıq 2 şübhəlini saxlaya bilib. Onlardan biri polis işçisidir. Digəri isə həmin  iş adamlarının şirkətinin əməkdaşı olub.
 
İstintaq nəticəsində məlum olub ki, azərbaycanlı biznesmenlər həmin gün Moskvaya yola düşməliymişlər. Onların üstündə isə 17 milyon rubl (təxminən 280 min dollar) pul olub. İlkin ehtimala görə, bu barədə şirkətin əməkdaşı da xəbərdar imiş.
 
Hazırda istintaq davam etdirilir.

 
///lent.az
0
XƏBƏR LENTİ