21:44 Cümə, 15 Dekabr 2017
KRİMİNAL

Rövşən Lənkəranski Lotu Bəxtiyarın rekordunu təzələdi

18:03, 14.03.20171484
Rövşən Lənkəranski Lotu Bəxtiyarın rekordunu təzələdi

"Qanuni oğru" haqqında yazılmış eyni adlı roman ötən ay Azərbaycan dilində satılan kitablar arasında birinci olub.

Hər ay olduğu kimi, "Qanun" Nəşrlər Evi fevral ayı ərzində ən çox satılan kitabların siyahısını açıqlayıb. Yeni siyahıya əsasən, ötən ayın ən çox satılan kitabı Bəhram Çələbinin müəllifi olduğu "Rövşən Lənkəranski" kitabıdır. 

Yazıçı Bəhram Çələbi Sputnik Azərbaycan-a deyib ki, Lənkəranski mövzusuna müraciət etməsi təsadüfü deyil: "Mənim kriminal səpkidə 14 kitabım var. Kitabların çox satılmasının səbəblərindən biri mövzunun maraqlı olmasıdır. Əvvəl "Kriminal xronika" qəzetində yazırdım. Qəzetin bütün tirajları maraqla oxunurdu". Yazıçı deyir ki, Lotu Bəxtiyar haqqında yazdığı kitabdan sonra ən çox satılanı "Rövşən Lənkəranski" romanı olub: "Sarı ədəbiyyat hər zaman oxucular üçün maraq doğurub. Rövşən Lənkəranski haqqında yazdığım kitab həcmcə bir qədər balacadır. İndi həmin kitabın geniş formatda ikinci nəşrini hazırlamaq istəyirəm".


0
XƏBƏR LENTİ